| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Siyavuş Novruzov: “Bu qış çox isti keçəcək...“
Tarix 13.12.19, 12:58 |
|
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) qərarının tam mətni açıqlanıb. Qərara əsasən, YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi partiyanın icra katibinin müavini Siyavuş Novruzovdur. Bu barədə məlumat yayılandan sonra bəzi media orqanları S.Novruzovun namizədlər siyahısında olmayacağını iddia etdilər. YAP funksioneri ilə seçkilər mövzusunda müsahibəmizdə əvvəlcə bu məsələdən danışdıq.
- Siyavuş bəy, saytlar sizin parlament seçkilərində namizəd olmayacağınızı yazıb. Düzdür, hakim partiyadan məsələyə münasibət bildirilib, amma sizin şəxsi mövqeyinizi öyrənmək istəyirdik.
- Ümumilikdə mən elə başa düşürdüm ki, Milli Şurada təmsil olunan insanlar Seçki Məcəlləsini oxumurlar. Sonradan görürəm ki, bəzi jurnalistlərin də Seçki Məcəlləsindən xəbəri yoxdur, amma seçkidən yazırlar. Siyasi partiyanın səlahiyyətli nümayəndəsi namizəd də ola bilər. Həmçinin hər bir fərdi qaydada namizədliyini irəli sürən şəxs özünün səlahiyyətli nümayəndəsi də ola bilər. Qanunla buna heç bir qadağa yoxdur. Bunun əksini düşünmək ya sensasiya axtarmaqdır, ya da Seçki Məcəlləsindən məlumatlı olmamaqdır. YAP Seçki Məcəlləsinə uyğun olaraq səlahiyyətli nümayəndələrini təqdim edib. Hər dairədə bizi bir nəfər səlahiyyətli nümayəndə təmsil edəcək, bir nəfər isə respublika üzrə təmsil edir - Əli Əhmədov. Bir nəfər də maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndədir, o da mənəm.
- Namizədlərlə bağlı siyahı hazırlanır. Yaxın vaxtlarda İdarə Heyətində müzakirə olunacaq və uyğun şəkildə bu namizədlər irəli sürüləcək.
- Bir az da konkretləşdirsək...
- Seçki qanunvericiliyinə uyğun olaraq, seçkilərə 30 gün qalmışa qədər namizəd irəli sürüb və müvafiq sənədləri də toplayıb qeydiyyata alınmaq üçün təqdim edə bilərik. Yəni imza toplayırsan və sənədləri təqdim edirsən. Yəqin ki, növbəti həftələr ərzində YAP-ın namizədləri artıq təqdim olunacaq. Yəni 50 gün qalmışdan 30 gün qalmışa qədər olan bir prosesdir. Bununla bağlı araşdırmalar aparılır, götür-qoy olunur, ondan sonra dairələr üzrə yekun qərar verilir. Bütün bu işlər yekunlaşandan sonra mətbuata geniş şəkildə məlumat veriləcək.
- Siyavuş bəy, yəqin fərqindəsiniz, əksəriyyət, həm partiyalar, həm də fərdi şəkildə seçkiyə qatılmaq istəyənlər hakim partiyanın açıqlayacağı siyahını gözləyir.
- Elə qarşılıqlıdır. Burada söhbət nədən gedir. Sizin də kifayət qədər təcrübəniz var, bilirsiniz, YAP gözləyir ki, kimlər hansı dairədən gedəcək, onlara qarşı kimi alternativ verəcək. Onlar isə gözləyir ki, YAP hansı dairədən kimləri verəcək, o zaman başa düşəcəklər ki, keçə biləcəklər, ya yox? Əslində hər seçkidə belə olur, indi də belədir. Amma yaxın vaxtlarda YAP öz namizədlərini irəli sürəcək.
- Namizədliyin irəli sürülməsi, qeydiyyat və sair prosedurlarla bağlı səslənən fərqli fikirlərə münasibətiniz necədir?
- Azərbaycanda namizədlərin qeydiyyata alınması prosesi ən sadə prosesdir. Yəni hər bir namizədə 450 imza toplamaq və müvafiq sənədləri təqdim etmək lazımdır. Bu sənədlər hansılardan ibarətdir? Əmlakı və gəlirləri haqqında arayış təqdim etməklə, ərizə verməklə namizədliyi qeydiyyata alınır və ona imza vərəqələri verilir. Bilirsiniz ki, Milli Şura bu məsələ ilə bağlı insanları aldatmaqla məşğuldur. İddia olunur ki, prosedur çətinləşib... 2000-ci illə müqayisədə qanunvericiliyə edilən dəyişikliklər nəticəsində namizədin qeydə alınması xeyli sadələşdirilib. Əgər o vaxt namizədlərdən 2 min imza tələb olunurdusa, indi 450 imza tələb olunur. Əgər o vaxt bir seçici bir namizədə imza verə bilərdisə - siz özünüz də namizəd olmuşunuz, əksəriyyəti şikayət edirdi ki, seçici əvvəlki namizədə də imza verdiyi üçün DSK onu qeydə almır - indi bir seçici bir neçə namizədə imza verə bilər. Yaxud əvvəlki seçkilərdə bir seçki vərəqində bir imza səhv idisə, bütün imza vərəqi ləğv olunurdu, yəni 50 imza. İndi isə sadəcə olaraq, həmin səhv imzanı ləğv edirlər, tutaq ki, 49, ya 48-i doğrudursa, artıq onlar düzgün imza kimi hesablanır. Görün Azərbaycanda namizədlərin qeydiyyata alınması üçün nə qədər sadələşmə prosesi gedib. Bir namizəd 9 imza vərəqi, üstəlik, əlavə olaraq 10 faiz artıq imza vərəqi almaq hüququna malikdir. İmza vərəqələrini alır, doldurur, təqdim edir və namizədliyi qeydə alınır. İndiki müasir dövrdə hər bir imza dəqiqliklə yoxlanılır və hər kəsin də şəxsiyyət vəsiqəsi orda öz əksini tapır. Yəni burada heç bir qəlizlik yoxdur. Dünyanın heç bir ölkəsində bu sadəliklə namizədin qeydə alınması prosesi yoxdur.
- Sosial şəbəkələrdə və müxtəlif media orqanlarında iddiaçıların həddindən artıq çox olması da geniş müzakirə olunmaqdadır. Bu amil sizi, YAP olaraq məmnun edir, yoxsa iddiaçıların çoxluğundan narahat olursunuz?
- Azərbaycanda qeydiyyatdan keçmiş 50-dən artıq siyasi partiya var. Hələ qeydiyyatdan keçməyənlərdən danışmıram. 50 siyasi partiyanın 40-dan çoxu artıq öz bəyanatlarını veriblər ki, seçkidə namizədləri ilə iştirak edəcəklər. Bundan əlavə, QHT-lər var - 3 minə yaxın QHT var - onların da bir çoxlarının nümayəndələri seçkilərdə iştirak etmək istəyir. Mətbuat nümayəndələri, qəzet redaktorları və aparıcı jurnalistlər, yaradıcı şəxslər, mədəniyyət işçiləri və xüsusilə gənclər öz niyyətlərini açıqlayırlar. Gənclərin bu prosesə güclü bir axını başlayıb, xüsusilə cənab prezidentin Şamaxıdakı çıxışından sonra... Orada gənclərə müraciət etdi ki, seçki prosesində iştirak edin! Avropada və dünyanın başqa ölkələrində təhsil alan gənclər bu prosesdə iştirak etmək, namizədliyini irəli sürüb gücünü sınamaq üçün çalışır. Onların da iştirak etməsi üçün tam seçki mühiti mövcuddur. Bu mənada mən hesab edirəm ki, hər dairədə namizədlərin sayı həddindən artıq çox olacaq.
- Amma demədiniz, namizədlərin çox olması sizi narahat edir, ya məmnun?
- Bu, həm rəqabətdir, güclərin yoxlanılmasıdır, həm də ümumilikdə götürəndə demokratik bir prosesdir ki, yaşı 18-ə çatmış hər bir Azərbaycan vətəndaşı üçün seçki prosesində özünü sınamaq üçün şərait yaradılır.
- Seçkiqabağı görüşlər, təbliğat-təşviqat məsələləri ilə bağlı hansısa problem yaranmayacaq ki?
- Milli Şura yenə də insanları aldatmaqla məşğuldur, yalan danışırlar. MSK-nın verdiyi təlimatda var ki, hər bir dairənin ərazisində namizədlərə seçicilərlə görüşmək üçün açıq və qapalı, pulsuz yer ayrılır. Əgər hansısa namizəd bu məqsədlə kiminsə mülkiyyətindən istifadə etmək istəyirsə, onunla müqavilə bağlayır və istifadə edir. Biri şadlıq evini, başqası xeyir-şər evini götürür və s. Yəni seçki üçün hər cür demokratik şərait yaradılıb. Hesab edirəm ki, görüşlər çox gərgin keçəcək. Ümumilikdə bu qış çox isti olacaq. (Gülür)
- Deputat həmkarınız Qüdrət Həsənquliyev bizə müsahibəsində demişdi ki, iqtidar indiki durumda çox güclü olduğu üçün 125 yerin 125-ni də götürə bilər. Amma onun fikrincə, YAP çoxpartiyalı sistem əsasında fəaliyyət göstərən parlamentin formalaşması üçün 125 dairənin hamısında namizədlərini irəli sürməməlidir. Bu kimi fikirlər hakim partiya tərəfindən nəzərə alınacaqmı?
- Vaxtilə bizim təcrübəmizdə belə hallar olub. Elə dairələr olub ki, oradan namizəd irəli sürməmişik. Hansı ki, həmin dairələrdən namizədliyini irəli sürən tanınmış şəxslər olub və onlara hörmət əlaməti olaraq namizəd irəli sürməmişik. Məsələn, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun və ya Zeynəb Xanlarovanın namizədliyini irəli sürdüyü dairədən namizəd irəli sürməmişik. Həmçinin bizimlə müttəfiq olan partiyalar var ki, onların sədrlərinə alternativ namizəd verməmişik. Yəni belə hallar olub. Amma seçki bir mübarizədir. Ona görə də bu mübarizədə biz hər tərəfə uğurlar arzulayırıq və açıq mübarizə aparmağa hazırıq.
- Bəzi media orqanları yazıb ki, hakim partiya bir neçə namizədlə bağlı konkret qərarını verib, hətta adlar sadalanır, bəzi deputatların kənarda qaldığı iddia olunur. Nə dərəcədə doğrudur?
- Qəti şəkildə! Heç bir məlumatı olmayan adamlardır. Partiyanın mərkəzi qərargahı var. Burada tam dəqiqləşmə işləri yekunlaşdırdıqdan, partiya sədri ilə bütün namizədlərimizi razılaşdırdıqdan və İdarə Heyətində müzakirə olunub qərar verildikdən sonra bu siyahı təqdim olunacaq. Hələ ki, nə qərar var, nə təqdimat var. Kimsə düşüb ki, hə, filankəs gedəcək, filankəs getməyəcək, o, yanlış informasiya verməklə məşğuldur.
- İndiki ana qədər YAP neçə dairə üzrə namizədlərini müəyyənləşdirib?
- Artıq əksər dairələrdə namizədlərimizin müəyyənləşməsi prosesi başa çatır.
- Siyavuş Novruzov özü necə, artıq dairəsini qətiləşdiribmi?
- Mən partiyanın qərarına tabeyəm. Partiya nə qərar versə, hansı dairəni məsləhət görsə, o dairədən də mən namizədliyimi irəli sürəcəyəm.
Xəbərin oxunma sayı : 604
Müsahibə
Xəbərlər
-
Azərbaycanlı dağçı Kamçatkada kömək istəyir: Ərzağımız bir günə çatacaq
-
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Gəncədə iki pensiyaçı domino üstündə dalaşdı, biri öldü - TƏFƏRRÜAT
-
Azərbaycandan keçməklə Ermənistana növbəti yük göndərildi - Fotolar
-
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
“Nigarın iflic olmasından sonra atam da dünyasını dəyişdi“ - Ailəsi onları ittiham edir
-
Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
-
Azərbaycan Özbəkistandan 508 milyon dollarlıq qızıl aldı - Qarşılığında nə satdıq?
-
Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır
-
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
-
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Tələsik imzalanan kredit müqaviləsinin yaratdığı risk - Açıqlama
-
Özgür Özəldən Netanyahuya: “Ərdoğanla qarşıdurmadan özünə güc toplama!”
-
Zelenskinin doğulduğu şəhər vuruldu - Ölənlərin sayı 16-ya çatdı
-
“Tesla” 3 milyon avtomobilini geri çağırır - Bu sahədə rekorddur...
-
Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü - FOTO
-
Zaqatalada ağır qəza - Sürücü sükan arxasında yanaraq ölüb
-
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Salah “Trabzonspor”u niyə seçdi? - Sensasion transferin pərdəarxası
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Xəstəxanada izdiham: “Dörd gündür həkim qəbuluna düşə bilmirəm“ - VİDEO
-
“Trampın kursunu dəstəkləyin, silah alın” - Ağ Ev Avropanı küncə sıxışdırır
-
Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər
-
Vətəndaşlar Milli Oftalmologiya Mərkəzində aylarla növbə gözləyir- VİDEO
-
Türkiyədə mədəndə uçqun olub - Ölən və xəsarət alanlar var
-
Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır - Fotolar
-
Səbaildə ara məsafəsi saxlanılmadan bina tikilir - VİDEO
-
İsrail Qəzzada kütləvi qətlləri davam etdirir - Albanese
-
Bu il xaricdən 48 nəfər tutularaq Azərbaycana gətirilib - Rəsmi
-
Paytaxtın 2 rayonunda yol bağlanır - XƏBƏRDARLIQ
-
MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə
-
Şimali Koreya Rusiyaya daha 8500 hərbçi göndərdi - CNN
-
Bakıda üç poliklinika birləşdirilir - TƏBİB-dən rəsmi açıqlama
-
Xocavənddə mina partlayışı - Üç qurum birgə məlumat yaydı
-
Milyarderlər üçün bunker - “Ağıla gələn bütün təhlükələrdən qorunacaqlar”
-
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
Valideynləri satış məntəqələrinə yönləndirmək olmaz - Rəsmi xəbərdarlıq
-
Netanyahu haqqında “Qırmızı bildiriş“ prosesi başladı: Türkiyə Ədliyyə Nazirliyindən şok bəyanat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Venesuelada Maduronun izləri silinir: Taleyin ümidinə buraxılıb
-
Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satıb? – Siyahı
-
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
-
“İran nüvə silahına sahib olsaydı, Yaxın Şərqi məhv edərdi” - Tramp
-
Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi - VİDEO
-
“Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları geniş üfüqlər açır“ - İlham Əliyev
-
“Yeni yoluxma halı müəyyən edilməyib“ - Nazirlikdən qarayara açıqlaması
-
Bu əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir -İlham Əliyev
-
Saxta BOKT səhifələri yaradıb vətəndaşların pulunu talayan şəxs tutuldu – Video
-
Telefonunu müştəriyə verdi, bir neçə saat sonra şoka düşdü - VİDEO
-
Binaların arasında külək niyə daha güclü hiss olunur? - Səbəbi budur
-
“Süleymancılar“ın liderinin qardaşı da saxlanıldı - 200 kiloqram qızılı aşkarlanmışdı
-
Tünzalə Ağayeva yenə Röyanı təkrarladı - VİDEO
-
Daşkəsəndə sel suları kəndin yolunu bağladı - Fotolar
-
Hansı ölkələr ehtiyatlarını daha çox qızılda saxlayır? - Siyahı
-
Azərbaycanda ən çox işsizlikdən sığorta ödənişi harada verilir? - SİYAHI
-
Mais Nəsirov departament rəhbəri təyin edilib - Agentlikdə növbəti dəyişiklik
-
Bu şəxslərin pensiyası yenidən artırılacaq-Səbəb?
-
Avropanın ən bahalı və ən ucuz aviaşirkətləri açıqlanıb - Siyahı
-
İrana qarşı əlimizdəki ən yaxşı vasitə iqtisadi təzyiqdir - Vens
-
Gürcüstanda mənfəətini ən çox artıran bank “Paşa Bank” olub - Tam siyahı
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
-
Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
-
Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - XƏBƏRDARLIQ
-
Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
-
Dünyanın ən yaxşı hücumçuları açıqlandı - SİYAHI
-
Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi
-
Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - VİDEO
-
Böyük Qayıdış davam edir - Onlar da doğma yurdlarına yola düşdü (FOTO)
-
Kazım Abbasovun “xüsusi xidmət idarəsi“ şousu... - İttiham aktı ÜZƏ ÇIXDI
-
Ay qırmızı rəngə bürünəcək: Tarix və saat açiqlandi
-
Qarabağ“ Niderlandda “Tvente“ni məğlub etdi - VİDEO
-
İşçilərin xəbəri olmadan edilən bu əməl qanunsuz sayılır - Açıqlama
-
Azərbaycanda bu şəxslərin pensiyası yenidən artırılacaq - Açıqlama
-
“Pakistan Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək“ - Şərif
-
Deputatın adıyla hallanan şirkət daha bir tenderə sahibləndi - 50 milyon manatlıq
-
Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını ləğv etdi - SƏBƏB?
-
“İrana kömək edən ölkələr iqtisadi nəticələrlə üzləşəcəklər” - Tramp
-
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? - MÜRACİƏT
-
Nazir müşavirini vəzifəsindən azad etdi - Əmr imzalayıb
-
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
-
Putinin səfəri Yaponiyanı qarışdırdı - Cavab tədbiri görəcəklər
-
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
-
Trampın görüş təklifinə raketlə cavab verdi - Yapon dənzini atəşə tutdu
-
Xanımına iş düzəltdi, özünə baha başa gəldi – keçmiş baş nazir cəzalandırıldı
-
AFFA O futbolçuya ağır cəza veddi - Özünə xəsarət yetirmişdi
-
“Sayğac yoxdur, amma borc gəlir...“ - Bərdədə qəribə hadisə + VİDEO
-
Bakının mərkəzindəki yolda təmir işləri niyə dayandırılıb? - AÇIQLAMA
-
Azərbaycanda dəmiryol bileti paketləri tətbiq ediləcək - Turistlər üçün
-
Hasil Abbasov şöbə müdirini işdən çıxardı - Yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Turizmin inkişafı ilə bağlı yeni Dövlət Proqramı təsdiqləndi - Sərəncam
-
Masazırda qaranlıq küçələr və sahibsiz itlər sakinləri narahat edir - VİDEO
-
Prezident yeni Agentliyin Əsasnaməsini təsdiqlədi - FƏRMAN
-
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
2 nəfər öldü, 5 nəfər yaralandı - İsmayıllıda ağır qəza
-
Azyaşlının ayağı avtobusun qapısında qaldı - Sürücü cəzalandırılacaq + FOTO
-
Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində yeni təyinat - FOTO
-
Azərbaycanda mina qurbanlarının sayı açıqlanıb - STATİSTİKA
-
İşçilərin 456 min manatlıq ödənişi gecikdirilib - Nazirlik müdaxilə etdi
-
Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı - 15 min cərimə edilib
-
Bu sənədinizi itirsəniz 200 manat cərimə olunacaqsınız - Xidmət məlumat yaydı
-
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
-
Ticarət mərkəzləri və restoranlar bağlanır - Ölkədə yeni mərhələ
-
Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq - 36 dərəcə isti olacaq
-
AQTA 570 əməkdaşın geyimi üçün 336 min manat xərcləyəcək - DETALLAR
-
Viza və iş vədi ilə 73 min manatdan çox pul aldı - Pərvin Quliyevaya hökm oxundu
-
NASA-nın 30 milyon dollarlıq planı çökdü - kosmik teleskop Yerə düşür
-
Banklar məlumatlarımızı niyə toplayır? - Hər kəsin bilməli olduğu məqamlar
-
Azərbaycanın “ən bahalı” və “ən ucuz” futbolçuları kimlərdir? - Siyahı
-
Xəzər sahili, meşələr, otlaqlar... - Hansı torpaqlar dövlət mülkiyyətindədir?
-
Britaniyadan İsrailə sərt xəbərdarlıq: Plan dərhal dayandırılmalıdır
-
Söyüş üstündə sahibkarın qulağını dişləyərək qopardı - TƏFƏRRÜAT
-
“Kubinka“da sakinlərlə “Vialon“ MTK arasında münaqişə yaşanır - VİDEO
-
Bu ilin birinci yarısında avtoqəzalarda ölənlərin sayı açıqlandı - Dəhşətli FAKT
-
ABŞ Ordusu Hörmüzdə yeni neft ixracı yolu yaradıb - Sxem açıldı
-
Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
-
DTX-dən xüsusi əməliyyat: 17 il axtarışda olan şəxs Azərbaycana gətirildi
TOP 10
ARXİV






