| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Şəhid adını sağkən qazanmış əfsanəvi general … – Öldürülən Qasım Süleymani kim idi?
Tarix 03.01.20, 21:00 |
|
İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsi dünya mətbuatının bir nömrəli mövzusuna çevrilib. Mətbuat İranın əfsanəvi generalının həyat və fəaliyyətini, hərbi uğurlarını işıqlandırır, onun İran dövləti qarşısında xidmətlərini yada salır.
Strateq.az da general Süleymani ilə bağlı illər əvvəl hazırladığı bioqrafik yazını təkrar dərc edərək, oxucuları ilə bölüşür.

BBC-nin yaydığı məlumata görə, İran İnqilab Keşikçiləri Korpusunun komandanı general Qasım Süleymani Yəmənə gedib. Adının açıqlanmasını istəməyən mənbə tərəfindən sızdırılan bu xəbərin indiki zamanda gündəmə gətirilməsi, sözsüz ki, səbəbsiz deyil. Səudiyyənin rəhbərliyi altında başlanan “Qərarlılıq Fırtınası” əməliyyatından sonra Yəməndə siyasi stabilliyi təmin etmək üçün müttəfiqlərin bu ölkəyə quru qoşunlarını yeridəcəyi gözlənilirdi. Qasım Süleymani isə quru döyüşlərini uğurla aparan əfsanəvi generallardan sayılır və onun bu özəlliyi hətta düşmənləri tərəfindən də etiraf olunur. Amerikanın təqaüddə olan generalı Mark Hertling CNN-ə verdiyi müsahibəsində rəqibi haqqında bunları deyib: “İranın “Qüds xüsusi bölməsinin generalı Qasim Süleymani əfsanəvi hərbçidir, o, xüsusilə İran-İraq müharibəsində gözlənilməz uğurlara imza atıb”.
Bir müddət ABŞ-ın İraqdakı qüvvələrinə rəhbərlik edən komandanı general Devid Petreus da Süleymanini qorxu dolu təriflə xatırlayan hərbçilərdəndir. O, 2010-cu ildə mətbuata verdiyi açıqlamasında İraqdakı uğursuzluqlarının səbəbini açıqlayarkən, İranın bu əfsanəvi generalının üstün hərbi zəkasından bəhs etmişdi: “Hər hansı bir ölkəylə əlaqələrinizi diplomatiyanın ənənəvi tərəf müqabili – Xarici İşlər Nazirliyiylə yürütmürsünüzsə, işiniz xeyli çətin olacaq deməkdir. Bizim İraqda yaşadığımız problem də tərəf müqabilimizin diplomat olmaması idi. O, sözün bütün mənalarında bir təhlükəsizlik makinasıdır”.
Bir başqa Pentaqon yetkilisi isə onu belə təsvir edir: “Mərhəmətsizliyi və təsir gücüylə o, hər kəsi dəhşətə salır. Süleymani Yaxın Şərqin həm hər yerindədir, həm də heç bir yerində…”
“Yaxın Şərqi barmağına dolayan general”
İran da əslində Yaxın Şərqdəki rəqiblərinin kürkünə birə salan ən qorxulu silahının fərqindədir. Rəsmi Tehran öz ordu generalları haqqında hazırladığı virtual tanıtım səhifəsində Qasım Süleymanini bu cür təqdim edir – “Yaxın Şərqi barmağında fırladan general”. Generalın Yaxın Şərqdəki bu ürküdücü imicindən istifadə edib bölgədə söz haqqı qazanmaq istəyən Tehran son zamanlar Qasım Süleymani barədə təbliğati fəaliyyətə başlayıb. Əvvəl adı və şəkilləri mediadan gizli tutulan “Sepah” yetkilisinin indi müxtəlif coğrafiyalarda keçirdiyi görüşlər, çəkdirdiyi şəkillər tez-tez mətbuat orqanlarının səhifələrini bəzəyir. O, telekanalların ən çox göstərdiyi ulduza çevrilib. İranda onun həyatı və apardığı mübarizə barədə sənədli filmlər çəkilir, bir növ, Türkiyənin yalnız film səhnəsində obrazını cızdığı Polad Ələmdarın gerçək prototipini yaradırlar.
Sual oluna bilər: bu əsrarəngiz general kimdir və necə əfsanəyə çevrildi? Bu suallara cavab vermək üçün gəlin, onun həyatından mətbuata yansıyan bəzi fraqmentlərə nəzər salaq.
Qasım Süleymani kimdir?

Bu üstün hərbi zəkanın bəlkə də ən maraqlı tərəfi bisavad olmasıdır. Hərb sahəsində qarşılaşıb qələbə çaldığı generallardan fərqli olaraq, Qasım Süleymani, sadəcə, ibtidai sinfi qurtarıb. 1957-ci ildə Kirmanın Əfqanıstan sərhədində yerləşən Rabord kəndində dünyaya göz açıb. Sadə bir əkinçi olan atasının dövlətə 9000 riyal borcu olduğunu ödəmək məqsədilə 13 yaşında təhsildən ayrılıb inşaatda fəhlə işləməyə başlayıb. Elə həmin il də kəndlərindən rayon mərkəzinə gəlib və burada İranın indiki dini lieri Xameneinin tələbələriylə tanış olub. Bu tanışlıq onun və ölkəsinin gələcəyində mühüm rol oynayıb.
18 yaşında – Kirmanda su müdirliyində sıravi işçi kimi əmək fəaliyyətinə başlayandan bir il sonra inqilabi fəaliyyətlə məşğul olan gizli təşkilata qoşulub. Bu zaman kəsiyində şəxsən tanış olduğu Xamenei ilə yaxın münasibətləri yaranıb. İlk tanış olduğu illərdə Kirman əyalətinin Ciroft bölgəsinə sürgünə göndərilən Xameneini heç vaxt tərk etməyib və iqtidar uğrunda bütün mübarizələrdə onu ən çox dəstəkləyən insana çevrilib. 3 ildən sonra İranda İslam inqilabı başlayıb və gənc Qasım da bu prosesdə aktivliyi ilə seçilib.
Fəhləlikdən generallığa
İnqilabın qələbəsindən sonra başlayan daxili və xarici münaqişələr 20 yaşını təzəcə atlamış Süleymaninin karyerasının mühüm mərhələsini təşkil edir. İnqilabın gətirdiyi siyasi sabitsizlikdən istifadə edib üsyana qalxan kürd separatçılarına qarşı mübarizə onun hərbi-kəşfiyyat zəkasını ortaya çıxarıb və rejimə sədaqətini isbatlayıb. Üsyanı amansızlıqla yatıran Süleymani hələ 22 yaşındaykən İnqilab Keşikçiləri Korpusunun Kirmandakı “Qüds qarnizonu”nun rəhbərliyinə gətirilib. Qısa müddətdən sonra başlayan İran-İraq müharibəsi onun Yaxın Şərqlə ilk tanışlığının əsasını qoyub. Bu müharibə zamanı göstərdiyi manevr və hərbi qabiliyyətləri ilə nəinki Tehranda, hətta düşmən qüvvələri arasında ən çox haqqında bəhs edilən hərbçi olub.
Müharibədən sonra rəsmi Tehran istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahələrdə kadr seçimində savaş veteranlarına üstünlük verdiyindən, Süleymaninin ulduzu daha çox parlayıb. O, İnqilab Keşikçilərinin ən üst mərtəbələrinə qədər yüksələ bilib. Savaşdan sonra rəhbərliyinə gətirildiyi 41-ci “Sarallah diviziyası” İranın Sistan-Bəlucistan bölgəsinin qaçaq-quldurdan təmizlənməsində önəmli rol oynayıb. Əsasən sünnilərin yaşadığı bu bölgə ölkənin Pakistan və Əfqanıstan sərhədində və beynəlxalq norkoticarətin keçdiyi əsas marşrutlardan biri üzərində yerləşir. Süleymani beynəlxalq norkotacirlərin maliyyə dəstəyiylə fəaliyyət göstərən qaçaqmalçılıqla mübarizədə də uğurlu əməliyyatlara imza atdıqdan sonra 1997-ci ildə İnqilab Keşikçilərinin rəhbərliyinə gətirilir.
Tehran səmalarında doğan hərbi ulduz

Bu illər İranın həm xarici, həm daxili siyasi həyatında ən gərgin dövr kimi tanınır. Əfqanıstanda və Pakistanda İranı özünün ən böyük düşməni hesab edən Talibanın güclü olduğu bir dövrdə ölkənin şərq sərhədləri ciddi təhdid altında idi.
Maraqlıdır ki, bu qüvvələr ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənirdi. İnqilab Keşikçiləri “əl-Qaidə”nin İrana qarşı təxribatlarıyla əlləşərkən, hakimiyyətə gələn Məhəmməd Xatəmi ölkənin demokratikləşməsi üçün idarəetmə orqanlarını mühaifəzkarlardan təmizləməyə çalışırdı. İlk hədəf Süleymani idi. Dini rəhbər Xameneiyə bağlı olan Süleymani belə çətin zamanlarda ancaq öz liderininin himayəsinə bel bağlayırdı. Xamenei də həmin illərdə bu ümidi doğruldur, dəfələrlə Süleymanini tərifləyən çıxışlarla onun mövqeyini gücləndiridi. Hətta həmin çıxışlarının birində o, İranın bu əfsanəvi generalını “yaşayan şəhid” belə adlandırmışdı.
2001-ci ilin məşhur 11 sentyabr hadisələri Süleymaninin karyerasının ən mühüm mərhələsinin başlanğıcı hesab oluna bilər. Dünya Ticarət Mərkəzinə edilmiş məlum terror hadisəsində “əl-Qaidə”ni günahlandıran ABŞ, Əfqanıstana qarşı müharibəyə qərar vermişdi. Yaranmış yeni situasiya İranın tam arzuladığı bir vəziyyət idi. Sərhədindəki kiçik düşmən uzaqdakı güclü tərəfindən məhv oluna bilərdi. Bu fürsəti yaxşı dəyərləndirən İran diplomatlarının Cenevrədə ABŞ hərbçiləriylə görüşdükləri bildirilir. Həmin görüşdə İran heyəti ABŞ yetkililərinin önünə Əfqanistanın hərbi xəritəsini qoyur və düşmənin hansı nöqtələrdən başlayaraq daha tez məğlub ediləcəyini başa salırlar. ABŞ hərbçilərinin verdiyi məlumata görə, iranlı diplomatlar görüş zamanı tez-tez harasa zəng edib aldıqları məlumatları onlara deyirmişlər.
İran generalı Pentaqonun sükanını necə ələ keçirir?
İranın ABŞ-a verdiyi məlumatların dəqiqliyi və təqdim olunan taktiki hücum planı Pentaqon yetkililərini xeyli təəccübləndirir. ABŞ tərəfi İran heyətindən xəritədəki məlumatlar barədə qeydlər tutmaq üçün icazə istəyirlər. Yenə telefonla harasa zəng edən İran diplomatlarının cavabı amerikalılar üçün xeyli gözlənilməz olur. Telefonun o biri başındakı adam həmin xəritəni ABŞ yetkililərinə hədiyyə etdiyini bildirib. Sonradan məlum olur ki, Əfqanıstanın hərbi-strateji xəritəsini onlara hədiyyə edən şəxs general Süleymani imiş. Beləcə, Əfqanıstanda “Taliban” və “əl-Qaidə” qüvvələrinə qarşı vuruşan ABŞ gücünün İran ağlıyla hərəkət etdiyi ortaya çıxır. O da bildirilir ki, ABŞ ordusunun Əfqanıstanda ciddi müqavimətlə qarşılaşmamasının səbəbi hücum strategiyasının Süleymani tərəfindən hazırlanması olub.
ABŞ-ın, Əfqanıstandan fərqli olaraq, İraqda böyük itkilər verməsinin səbəbi də Süleymani zəkasının onların əleyhinə işləməsiylə əlaqələndirilir. Bilindiyi kimi, Əfqanıstanın işğalından sonra ABŞ prezdenti Corc Buş növbəti hədəf olaraq İranı göstərmişdi. Bu ölkəni “şeytan üçbucağı”na aid edən Buş bundan əvvəl İraqda öz mövqeyini möhkəmləndirməyə qərar verir. ABŞ-ın İraqa girməsindən əvvəl İran orada özünə bağlı qüvvələri formalaşdırmış, bir neçə böyük şiə sialhlı dəstəsi yaratmışdı. “Bədr Tuğayları”, “Mehdi Ordusu”, “Hizbullah Tuğayı” və “Əsaib əhl el-Həqq” adlanan bu şiə silahlıları İraqın işğalı prosesində əvvəl ABŞ-a kömək göstərsələr də, daha sonra ona qarşı partizan müharibələrini davam etdirmiş və super gücə Vyetnamdan sonra ən böyük itkiləri yaşatmışdılar.
Bütün bu hadisələrin arxasında isə yenə haqqında söhbət açdığımız əfsanəvi general dayanırdı. Bunu yenə ABŞ qaynaqlarının özləri etiraf edirlər. “Newyorker” dərgisinin dünyaca məhşur və ən etibarlı qaynaq hesab olunan jurnalisti Dexter Filkinsin bildirdiynə görə, 2006-ci ildə İsrail-Livan müharibəsi başlayanda şiə partizan qüvvələrinin ABŞ-a qarşı hücumlarına ara verilir. Bundan çox təəccüblənən və şiələrin müqavimətini qırdığını düşünən ABŞ 31 günlük Livan müharibəsi bitdikdən sonra sürpriz bir məktubla qarşılaşır. Bağdaddakı ABŞ komandanlarına göndərilən həmin məktubda eynilə bu cümlələr yazılıbmış: “Ümidvaram ki, Bağdaddakı hüzurun və sakitliyin dadını çıxardınız. Çünki mənim bu müddət ərzində başım Beyrutda qarışmışdı… General Qasım Süleymani”.
İraqdakı İran

Doğrudan da yenidən artmağa başlayan hücumlar nəticəsində ABŞ əsgərlərinin hüzuru pozulmuş və bu proses onların İraqdan çıxmasına qədər davam etmişdir.
Maraqlıdır ki, ABŞ ordusunun İraqdan çəkilməsində də Süleymaninin qurduğu hərbi-siyasi strategiyanın mühüm rol oynadığı xəbər verilir. Yenə Dexter Filkinsin məlumatlarına görə, ABŞ işğalından sonra bütün İraq hökumətləri Süleymaninin direktivləri əsasında qurulub və super güc stabilliyi təmin etmək məqsədiylə bütün bu oyunlarla razılaşıb. İstər keçmiş kürd əslli prezident Tələbani, istərsə də baş nazir Maliki iranlı generalın şiə idarəçiləriylə birbaşa təmasları nəticəsində öz postlarında əyləşiblər.
2010-cu ildə Malikinin hakimiyyətə gətirlməsinə razılıq verən ABŞ bu xidmətləri sayəsində öz ordusunun Bağdadda qalacağına ümid edirmiş. Süleymaninin tələbiylə Maliki isə bütün səylərini ABŞ ordusunun İraqı tərk etməsi üçün göstərmiş, 9 ay sürən ciddi müzakirələr nəticəsində buna nail olmuşdu. ABŞ ordusu İraqdan çıxdıqdan sonra rəsmi Vaşintqonun Maliki əleyhinə başlatdığı və onu devirilmsiylə nəticələnən kampaniyanın da əsas səbəbinin bu hadisə olduğu bildirilir. İndi yenidən İraqa qayıtmaq istəyən ABŞ-ın ipi Süleymaninin əlində olan şiə qruplarıyla bərabər hərəkət etməsi, İŞİD-in təmizlənməsi prosesində onlara havadan hücum dəstəyi verməsi bu mənada təsadüfi görünmür.
Qasım Süleymani Suriyada
İranın bu əfsanəvi generalının əli yalnız İraqda deyil, həmçinin Suriya və Livanda da kifayət qədər uzundur. ABŞ və Qərb ölkələrinin dəstəklədiyi müxalifət güclərinin Suriyada irəliləyişlərini dayandıran və hər şeyi tərsinə çevirən qüvvənin məhz Süleymani zəkası olduğu bildirilir. Xatırlayırsınızsa, 2011-ci ildən 2013-cü ilə qədər hərbi uğurlar əldə edən “Azad Suriya Ordusu”nun önü Qüseyr qəsəbəsində kəsilmişdi. İrandan Livana uzanan “Şiə hilalı”nın ən kilid nöqtəsində yerləşən bu qəsəbənin müdafiəsi üçün Livandakı “Hızbullah” silahlıları fəaliyyətə keçmiş, iki min könüllüylə müxalif güclər geri oturdulmuşdu. Qeyd edək ki, Livandakı “Hizbullah”ın da Süleymaniyə bağlı olduğu sirr deyil.
Bundan sonra Əsədə qarşı vuruşan qüvvələr arasında parçalanma yaranmış, bir tərəfdən İŞİD, digər tərəfdən “Azad Suriya Ordusu”, kürd silahlıları və “Nusra Cəbhəsi” bir-birlərinin qanlarına susamışdılar. “Nusra Cəhbəsi”nin bütün komandanları bir günün içində iclasa toplanmış, hamısı Suriyanın atdığı mərmiylə yox edilmişdi. Kürd separatçılarıyla İŞİD silahlıları arasında aparılan amansız döyüşlər isə Əsəd tərəfindən laqeydliklə izlənmiş, nəhayət, ABŞ-ın müdaxiləsi təmin olunmuş və ən böyük müxalif güc beləcə zəiflədilmişdi.
Hazırda zərərsizləşdirilməsi Suriyanın öhdəsinə qalan “Azad Suriya Ordusu” isə olduqca zəif qüvvədir və Bəşər Əsədin istənilən vaxt onu məhv etməsinin yolu açılıb. Suriyada bütün proseslərin Əsədin leyhinə çevrilməsi də Süleymaninin düşünülmüş hərbi taktikalarıyla əlaqələndirilir.
İsrailə qarşı 2006-cı il savaşını Süleymani qazandı
2006-cı ildə başlayan İsrail-Livan döyüşlərindən qələbəylə çıxan yeganə tərəfin də “Hizbullah” olduğu məlumdur. Baxmayaraq ki, İsrail bombalarıyla o vaxt Beyrutun altı üstünə çevrilmişdi, lakin bu proseslərdə cəmi-cümlətani “Hizbullah”ın 70 nəfərə yaxın əsgərini itirməsi zərbənin hərbi gücə deyil, sivil xalqa dəydiyini sübut edir. Qeyd edək ki, 1 ay sürən həmin döyüşlərdə İsrailin itkisi rəsmi etiraflara görə, 90 əsgər idi. Rəsmi Təl-Əviv bu savaş boyunca həmçinin onlarla tankından və bir neçə hərbi gəmisindən məhrum olmuşdu. Livan “Hizbullah”ı tərəfindən başladılan savaşın demək olar, bütün tələblərini yerinə yetirən İsrail isə girov götürülən iki əsgərinin cansız meyitini qarşı tərəfdən güclə ala bilmişdi.
Qısası, bu cür hərbi zəkanın indi ərəb dövlətlərinin hücum etdiyi Yəməndə bulunması faktı təsdiqlənərsə, gerçəkdən də, səudiyyəlilərin kürkünə birə düşməsi üçün kifayət qədər əsas vardır. Belə görünür ki, İran ən böyük strateji silahını əzəli düşməni Səudiyyəylə birbaşa döyüşə göndərib. İrandan çox-çox uzaq olan Yəmənin Səudiyyə Ərəbistanın canı olan neft bölgələrinin yaxınlığında yerləşməsi məsələni tündləşdirən amillərdən sayıla bilər. Bir sözlə İran, deyəsən, “Səudiyyə divi”nin canını yavaş-yavaş ələ keçirməkdədir.
Heydər OĞUZ, (29.03.2015)
Xəbərin oxunma sayı : 1816
Analiz
Xəbərlər
-
“Hatay Üsulu“nun kuryeri həbs edildi: Piyadanı vurdu, dostunun telefonunu zorla aldı
-
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
-
Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır - Prezident
-
Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan xalqı dünyada bir presedent yaratdı - İlham Əliyev
-
Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına “stop“ qoyuldu - VERGİ BORCU
-
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
-
Yardımlının icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAMA
-
FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları
-
“Bəzi ölkələrdə tıxac o səviyyəyə çatır ki, sürücülər maşında yatırlar” - Elman Nəsirov
-
Məhkəmələrdə yeni qayda - bəzi işlərə 3 hakim yox, 1 hakim baxacaq
-
YAP Beyləqan rayon təşkilatının XII konfransı keçirildi - FOTOLAR
-
Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
-
Azərbaycan və Türkiyədən yeni enerji layihələri - Ceyhun Bayramov açıqladı
-
Hava bu tarixdən dəyişir - Yağış yağacaq, şimşək çaxacaq
-
Kobaxidze Rusiyaya söz verdi - “Kökünü kəsəcəyik”
-
Bir kənddən üç qız Heydər Əliyev adına Hərbi İnstituta qəbul olundu - FOTO
-
ABŞ Ənsər Allah-la birbaşa əlaqə qurub - Vens
-
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Xaricdən Azərbaycana qarşı hücum: Altay Göyüşovun “tarixçi” maskası düşdü
-
Hakan Fidan Bakıya gəldi, Ceyhun Bayramovla görüşdü - FOTO
-
Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu
-
“Səndən zəhləm gedir, boşanacam” deyən arvadını bıçaqladı - MƏHKƏMƏ
-
Ramiz Mehdiyevin cinayət işində məşhur siyasətçilərin də adları var - SİYAHI
-
“Məzuniyyət pulumuzu verib, sonra da maaşımızdan tuturlar...“ - Naxçıvanda narazılıq
-
ABŞ ilk dəfə açıqladı: Kosmosda silahlar yerləşdirilib
-
Suraxanı rayonunda “Daş abidə“parkını söküblər? - VİDEO
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Pit Heqset Pentaqonun fəaliyyətini xaosa çevirib - The New York Times
-
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - TƏFƏRRÜAT
-
Türkiyəli kriminal avtoritet Bakıda güllələndi - TƏFƏRRÜAT
-
DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
-
Azərbaycan nefti kəskin bahalaşdı - 127 dolları oldu
-
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur - Emin Əmrullayev
-
Paytaxtın bu yollarında “Yaşıl dalğa” rejimi tətbiq edilir - Siyahı
-
Rusiya və Ukrayna bu obyektlərə hücum etməyəcək - Tramp açıqladı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Nərimanovda qazılan yol aylardır bərpa olunmur - VİDEO
-
Böyük Qayıdış davam edir - Növbəti köç karvanı ilə 50 ailə yola salındı
-
15 sentyabr-Azərbaycanda Bilik Günüdür
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu ixtisaslar tezliklə sıradan çıxacaq - AÇIQLAMA
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sabah Yasamalın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq? - Açıqlama
-
Yeni tədris ilinə görə metro və avtobuslarda hərəkət intervalları azaldılacaq? - VİDEO
-
Toylarında taxılan qızıllar gündəm oldu: “Vanlı Kara Haydar“ın həyat yoldaşı da həbs edildi
-
Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
-
Endirimli internet adı ilə kart məlumatları toplanır - “TikTok”da TƏHLÜKƏ!
-
Trampdan yeni əmr: “Yadplanetlilərlə görüşə hazırlaşın”
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Avropada qazın qiyməti 1000 dolları keçdi - Bu sahədə rekorddur…
-
Prezident 500 min dollarlıq mükafatını bağışladı - Qarabağ Dirçəliş Fonduna
-
Rusiya və Ukrayna həmin razılaşmanı qəbul etdi - Tramp açıqladı
-
Almaniyanın nəhəng enerji şirkəti Azərbaycan bazarını tərk edir - DETALLAR
-
“Xınalıq və Köç Yolu“ndakı evləri 2 manatlıq şirkət bərpa edəcək - 627 minlik sifariş
-
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə mexanizm yoxdur - Ruben Rubinyan
-
Bakıda yeniyetmənin ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
-
Azərbaycanla BƏƏ arasında 6 sənəd imzalandı - FOTOLAR
-
Nazirdən 3 illik bakalavr açıqlaması: “Bəzi ixtisaslarda mümkündür”
-
DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu - TƏFƏRRÜAT
-
Prezident BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR
-
Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib - DETALLAR
-
“Toyota Bakı Mərkəzi“nin həbs edilən sürücüsü Rauf Xəlilovun adından istifadə edibmiş - TƏFƏRRÜAT
-
Mark Rütte Moskvaya meydan oxudu: “Rusiya birliyimizi poza bilməyəcək“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu məktəblər bağlanacaq - Nazir anons verdi
-
Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? - Açıqlama
-
Həmin dəbdəbəli toydakı bəyin də atası yüksək vəzifəli şəxs olub - Foto
-
Məktəblərdə dərs saatları dəyişdiriləcək? - Nazirdən cavab
-
“Bəy Mamed“ yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir“ - FOTO
-
İyul ayında Azərbaycandan 4 ölkəyə 336 baş diri ətlik at satılıb - SİYAHI
-
Azərbaycanda neçə uşaq məktəbə gedəcək? - Nazirdən açıqlama
-
Müəmmalı şəraitdə oğlu ölən ana-ataya Türkiyədən vəkil gətirəcəyi adı ilə dələduzluq edildi - TƏFƏRRÜAT
-
SOCAR istiqrazlarını satan şirkət milyonlarla manat borca düşdü - DETALLAR
-
Nazirliyin adından 10 min manatlıq dələduzluq - Hökm oxundu
-
Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
-
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başladı - FOTO
-
“Xəzri Rezidens”də sevgilisinə 5 bıçaq vuran kişi həbs olunmadı - TƏFƏRRÜAT
-
Qızına dəbdəbəli toy edən sabiq məmurun atası və babası da yüksək vəzifələrdə işləyiblər – Dosye
-
“Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? - İDDİA (Video)
-
Putin istəsə, iki məsələyə görə atəşkəs elan edə bilərik - Zelenski
-
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı“nın sertifikatı verildi - FOTOLAR
-
Beyləqanda qanvermə aksiyası keçirilib - FOTOLAR
-
Avropada ən çox vergi tətbiq edən ölkələr hansılardır? - Siyahı
-
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
-
DTX rəisi Çində - Təhlükəsizlik sahəsində yeni saziş imzalandı
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Prezident “SABAH.city”nin açılışında - FOTOLAR
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
-
Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?
-
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
-
Avropada meşə yanğınlarına qarşı yeni üsul: “Yanğınsöndürən keçilər“ işə düşür
-
Ölkədən qanunsuz pul çıxaran dəstə üzvüləri təşvişdə - Bayram və Şəmməd kimdən gizlənir?
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər: Yeni limitlər nəyi dəyişəcək?
-
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
-
ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq - Tramp
-
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
-
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
-
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
-
Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
-
Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
-
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
-
İndoneziya sahillərində bərə aşdı: Ölənlər var, 130 nəfərdən xəbər yoxdur
-
Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO
-
“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” - Lavrov
-
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
İnfantino FIFA seçkilərində iştirak edəcək? - Açıqladı
-
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
-
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan
-
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
-
Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video
-
Yuxululuq, halsızlıq, diqqət azalması: Gizli səbəblər bəlli oldu
-
Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - FOTO/VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
TOP 10
ARXİV






