| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Prezident AzTV-yə müsahibə verdi:“Ən həssas qruplara maliyyə dəstəyi, vergi güzəştləri, digər imtiyazlar da veriləcək“
Tarix 24.03.20, 17:59 |
|
Bu gün Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
AzFakt.com Azərtac-a istinadla həmin müsahibəni təqdim edir:
-Cənab Prezident, xoş gördük Sizi.
– Sağ ol, xoş gördük.
– Cənab Prezident, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Sizin rəhbərliyiniz və təşəbbüsünüzlə Azərbaycanda bütün irimiqyaslı sosial layihələr uğurla icra olunur və bu möhtəşəm Hövsan layihəsinin icrası da buna əyani misaldır. İstərdik ölkədə bu istiqamətdə görülən işlər haqqında məlumat verəsiniz.
– Bəli, Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir. Mən bildirmişəm və bir daha demək istəyirəm ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə inşa edilmiş bu böyük yaşayış kompleksi bunu bir daha göstərir.
Bu kompleksin təməli 3 il bundan əvvəl qoyulmuşdur. Ötən müddət ərzində işlər uğurla aparılaraq bu kompleks indi təhvil verilir. Burada 3 minə yaxın mənzil var, 2 min şagird yerlik böyük məktəb binası, 2 uşaq bağçası, poliklinika, yəni yaşamaq üçün bütün şərait var və bu, bir şəhərcik halına gətirilib. Burada təqribən, 12-15 min insan yaşayacaqdır. Bu, bir daha göstərir ki, Azərbaycanda sosial infrastruktur layihələri yüksək səviyyədə və yüksək keyfiyyətlə icra edilir.
O ki qaldı, bütövlükdə bizim sosial siyasətimizə, mən dəfələrlə bildirmişəm, güclü iqtisadiyyatımız imkan verir ki, sosial sahədə bəyan etdiyimiz bütün layihələr və proqramlar icra edilsin. Hesab edirəm ki, keçən il bu baxımdan çox yadda qalan il olmuşdur. Bildiyiniz kimi, keçən il minimum əməkhaqqının, minimum pensiyaların artırılması nəticəsində 4,2 milyon insan, o cümlədən dövlətdən müavinət alan insanlar maddi vəziyyətlərini böyük dərəcədə yaxşılaşdırmışlar. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya isə 70 faiz artmışdır. Bu gün Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci yerdədir. Əlbəttə ki, indiki səviyyə bizi hələ də qane etmir. Əminəm ki, görüləcək tədbirlər nəticəsində gələcəkdə bu sahəyə daha da böyük vəsait ayrılacaq.
Bununla paralel olaraq, bu il sosial infrastruktur layihələri icra edilir. Bu böyük şəhərcik onlardan biridir. Eyni zamanda, bu il məcburi köçkünlər üçün rekord sayda mənzillərin təqdim edilməsi nəzərdə tutulur – 7 min mənzil veriləcəkdir, keçən il 5 min mənzil tikilmişdir. Şəhid ailələri üçün 1500 mənzil təqdim ediləcək. Hesab edirəm ki, bu gün növbədə duran şəhid ailələri yaxın bir neçə il ərzində evləri alacaqlar və bu proqram da başa çatacaq.
Ölkəmizdə sosialyönümlü digər layihələr icra edilir, eyni zamanda, sosial təminatı yaxşılaşdırmaq, bu sahədə şəffaflığı təmin etmək üçün bildiyiniz kimi DOST mərkəzləri açılmaqdadır. Artıq 2 mərkəz fəaliyyət göstərir və vətəndaşların bəyənmə əmsalı kifayət qədər yüksəkdir. Bütövlükdə 30-dan çox belə mərkəzin yaradılması bu sahədə institusional baxımdan böyük bir irəliləyişə gətirib çıxaracaq. Yəni, sosial sektor böyük sahə olduğu üçün bunun hər bir istiqaməti üzrə praktiki addımlar atılır, bəyan edilmiş proqramlar icra edilir və verilmiş bir dənə də vəd icra edilməmiş qalmır. Bütün vədlər icra edilir və əminəm ki, həm bu il, həm bundan sonrakı illərdə bu istiqamətdə daha böyük işlər görüləcəkdir.
– Növbəti sualımız dünyanı bürümüş koronavirus pandemiyası haqqındadır. Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər görülür. Bu tədbirlər daim Sizin nəzarətinizdədir və ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilir. Dünən də bir məlumat yayıldı. Cənab Prezident istərdik bu günədək görülən işlər haqqında məlumat verəsiniz.
– Bilirsiniz, mən bu barədə öz fikrimi açıq bildirmişəm. Bir daha demək istəyirəm ki, biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq. Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bəzi ölkələrdə gündə yüzlərlə – 500-600 insan vəfat edir. Yəni, bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər. Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bizim dəvətimizlə bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olmuşlar. Onlar Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə yüksək qiymət vermişlər. Əlbəttə, onların tövsiyələri bizim üçün vacibdir. Bizim qəbul etdiyimiz qərarların bir çoxu onların tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır. Yəni, biz o səhvləri təkrarlamamalıyıq və təkrarlamırıq. Bizim bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarıldı. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir.
Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazimat və avadanlıq almaq da problemə çevrilib. Çünki bütün ölkələr bunu almaq istəyirlər. İstehsalçıların sayı o qədər də böyük deyil. Ona görə biz bu laboratoriyaları vaxtında almaqla, testləri gətirməklə daha böyük imkanlara nail olduq. Ondan çox xəstəxana həm karantin rejimi, həm bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldı. Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıbdır. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıbdır. Bütün bu tədbirlər haqqında danışmaq çox vaxt aparar, hər halda, müntəzəm olaraq bu barədə məlumat verilir.
Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, – biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, – müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim.
Yəni, bütün tədbirlər görüldü. Hesab edirəm ki, martın 14-də və dünən elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır. Çünki biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.
Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, – istər dərman preparatları olsun, istərsə də ərzaq, – biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq.
Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır.
Bir sözlə, hesab edirəm ki, bu günə qədər görülmüş bütün işlər vaxtında və düzgün istiqamətdə atılmış addımlardır. Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır. Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir.
– Cənab Prezident, Sizin Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Siz və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqqınızı həmin fonda ianə etdiniz. Bu, çox gözəl bir nümunədir. Artıq ayrı-ayrı şəxslər və digər qurumlar da həmin fonda pul vəsaiti köçürürlər. Bunu necə qiymətləndirirsiniz?
– Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün səhər verilən məlumata görə, bəzi başqa ölkələrdə də buna oxşar fondlar yaradılır. Biz buna ancaq sevinə bilərik. Çünki bu, birinci dəfə deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər sonra başqa ölkələr tərəfindən də əsas götürülərək eyni addımların atılmasına gətirib çıxarır.
Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.
Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq o ianələri qəbul etməyə başlamışdır. Ancaq dünən axşam mənə verilən məlumata görə, Fondda artıq 60 milyon manat vəsait yığılıbdır. Bu, xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərir.
Mənim göstərişimlə “koronavirusinfo.az” saytında bütün vətəndaşların və şirkətlərin adları, onların ianələrinin məbləği göstərilir, özü də əlifba sırası ilə. Biz hamımız bərabərik və vəsaitdən asılı olmayaraq, bütün insanların, bütün şirkətlərin adları əlifba sırası ilə dərc edilir.
Fürsətdən istifadə edərək bu günə qədər Fonda ianə vermiş bütün insanlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Bu, bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik.
-Cənab Prezident, Sizin Sərəncamınızla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı. Bu vəsait iqtisadiyyatın stimullaşdırılmasına nə dərəcədə töhfə verəcək?
-Əlbəttə ki, biz bu haqda da düşünürük. Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin.
Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir.
Biz bu ili çox yaxşı nəticələrlə, yaxşı göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni, ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki biz indi bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq. Eyni zamanda, dediyim kimi, sahibkarlığın inkişafı, sahibkarlara dəstəyin verilməsi, bizim ümumi maliyyə vəziyyətimizin sabit saxlanması üçün bu vəsaitdən istifadə olunacaq. Bu sahədə də Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərib.
Bir daha demək istəyirəm ki, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Dünən xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük.
-Çox sağ olun, cənab Prezident. Suallarımızı ətraflı cavablandırdığınıza görə minnətdarıq.
-Sağ olun.
Xəbərin oxunma sayı : 754
Müsahibə
Xəbərlər
-
Nazirlik 16 tender keçirib - Hamısında onun şirkətləri qalib gəlib
-
Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - Fotolar
-
Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
-
Milyarderlər Britaniyanı tərk edir - 160 milyard dollarlıq aktiv çıxarıldı
-
Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
-
Yeni ildən pensiyalar necə hesablanacaq? - İqtisadçı AÇIQLADI
-
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: “Bunu ona yaraşdırmadım“
-
Bir milyardlıq müflisləşmə - Vətəndaşların 400 milyon manatı necə batdı?
-
Husilər “Əş-Şəbab”la İsrailə qarşı ittifaq qurmağa çalışır - “Financial Times”
-
Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
-
Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
-
Bu sənəd artıq kağızla verilməyəcək - YENİLİK
-
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar
-
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul etdi - FOTOLAR
-
Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - “Boz kardinal” nə deyəcək?
-
Rusiya bütün Donbası ələ keçirənədək dayanmayacaq - Peskov
-
Məktəblərin maliyyələşməsi dəyişir: 100 təhsil müəssisəsində yeni sistem
-
Prezident dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR
-
“Alim Qasımov toyumda oxumaq üçün 15000 istədi“ - Pünhan Piriyev
-
Yəməndə qızğın döyüşlər gedir - 1700-dən çox husi döyüşçüsü öldürülüb
-
Böyük Britaniya Çin avtomobillərinə rüsum tətbiq etməyə hazırlaşır - “The Times“
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
Vaşinqton və Minsk yaxınlaşır - 30 min tonluq yük yola düşdü
-
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
-
İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır - Başçının adamına dur deyən yoxdu
-
Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Neftin qiyməti 100 dollardan aşağı düşmür: Bloomberg 5 səbəb açıqlayıb
-
Adnan Əhmədzadənin “Grand-Mart“ında böhran? - Vergi borcu 1.2 milyonu ötdü
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Zəfərin ilk müjdəçisi - Cəbrayıl
-
Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsində qazanılan ilk döyüş uğurları idi
-
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
-
Şakiranın konsertinə Dua Lipa gələrsə - VİDEO
-
Tramp aralıq seçkilərlə bağlı iddialı danışıb: “Böyük sürpriz olacaq”
-
Gələn ildən artırılacağı gözlənilən minimum əməkhaqqı kimlərə şamil olunacaq? - VİDEO
-
Həyat yoldaşını qətlə yetirən şəxs Vətən müharibəsi qazisi imiş - ŞOK DETALLAR
-
Azərbaycan vətəndaşlarına Rusiyada döyüşmək üçün şirnikləşdirici pullar təklif edirlər - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu? - İLGİNC
-
Pensiyalar nə qədər artacaq? - Yeni məbləğ açıqlandı
-
Zidan Ronaldu barədə: “Onun sayəsində inanılmaz kuboklar qazandım“
-
“Bu mənasız müharibəni dayandırın” - Merts Kiyevdən Putinə çağırış etdi
-
Tramp Super İntellekt Qüvvəsi yaratdı - 120 gün vaxt verdi
-
Paşinyanla “Mossad“ı nə birləşdir - ABŞ nəşrindən şok iddialar
-
Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO
-
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
-
“Tramp Marşrutu” bizim marşrutumuzun rəqibi deyil” - Kobaxidze
-
Britaniya hökuməti geri addım atıb - “Andlılar məhkəməsi” qalacaq
-
İran XİN-dən diplomatların ABŞ-dan qovulmasına münasibət: “Cəfəngiyyat və yalandır“
-
“Azərbaycana hücum ailəyə edilən hücumdur” - Hulusi Kılıç
-
Betonun üstündə yaşıllıq axtarışı: Bakını yaşıl şəhərə çevirmək mümkün olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Montellanın taleyi bəlli olur: Türkiyə millisindən ayrılsa, nə qədər təzminat alacaq?
-
Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - Maraqlı görüntülər
-
Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməlidir?
-
İran ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı tədbirlər görüb - Pezeşkian
-
Bakıda yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Məkkə Müdafiə Alyansı genişlənir: 6-dan çox ölkə yeni hərbi pakta qoşulmaq istəyir
-
Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır
-
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq?
-
Bakıda daha bir dəbdəbəli toy - Kutsi də gəldi (VİDEO)
-
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama
-
ABŞ İran müharibəsindən dərs çıxarmalıdır - Medvedev
-
Ölkənin avtobus parkı “qocalır“ – 61 faizinin yaşı...
-
Kiyevdə daha bir körpü hədəfə alındı - Nəqliyyat dayandırıldı
-
Müharibə yaxınlaşır: Baltikyanı ölkələr müdafiəyə ciddi hazırlaşır
-
Bakıda fərdi ev uçdu - Ölən və yaralanan var - Video
-
“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” - Video
-
Abşeronda yaşayış binasında partlayış: Xəsarət alan var
-
Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar
-
2030-a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? - HƏDƏFLƏR
-
Nazir 400-ə yaxın müəllimi təltif etdi – SİYAHI
-
Paytaxtın ən ucuz mənzilləri - 30 min manatdan başlayır
-
Azərbaycanla delimitasiya prosesi dostluq ruhunda davam etdiriləcək - Kobaxidze
-
Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir - Tramp
-
Cəbrayıl şəhərin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür
-
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir?
-
Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
-
İran yenidən bombalanacaq - Tehran böyük hücuma hazırlaşır
-
6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Britaniyalıların 49%-i Aİ-yə qayıtmaq istəyir - “The Guardian”
-
Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib? - VİDEO
-
Arvadı evdən çölə buraxmayan kişilər cərimələnə bilər - 300-500 manat
-
Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
-
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
-
Aqil Ələsgər Tokayev adına orden ilə təltif edilib - FOTO
-
Marketdən 1400 manat dəyərində lotereya biletləri oğurlandı - Saxlanılan var
-
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu “tapdı“: “Ermənistan vətəndaşı Tanrıya inanmalıdır“
-
Güclü yağışlar Zaqatalada fəsadlar törətdi: Körpü dağıldı - FOTO
-
Səudiyyə Ərəbistanı Avropadan husilərlə müharibəyə qoşulmağı xahiş edir - “Bild“
-
Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu
-
DİN narkotiklə bağlı əməliyyat keçirdi - Saxlanılanlardan biri İran vətəndaşıdır + Video
-
Vətəndaşın evini sökən “Gold Məkan” şefi həbs olundu - Həm qanunsuz söküb, həm də...
-
Nərimanovda silsilə oğurluqlar - 4 nəfər saxlanıldı
-
Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
-
Azərlotereya”nın “Kosmos” uduşu - Bəs vətəndaş yerdə nə udur?
-
Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - 15 oktyabrdan
-
Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?
-
Avropanı çətin payız-qış mövsümü gözləyir - “Qazprom”
-
Bayramovla Əraqçi telefonda danışdı - Nələr müzakirə olunub?
-
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?
-
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
-
Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO
-
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - VİDEO
-
Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər - “Axios“
-
6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - VİDEO
-
Milli komandaların ən çox maaş alan 10 baş məşqçisi bəlli oldu - SİYAHI
-
“Artıq altı ildir ki, kirayədə yaşayıram” - Şəhid xanımına ev nə vaxt veriləcək?
-
Sabirabadda canavar təhükəsi - Xeyli heyvan tələf oldu (VİDEO)
-
Bakıda 870 min manatlıq avtomobil satışa çıxarıldı - FOTOLAR
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - FOTO
-
Qafar Dəmirçi “Ferrum Kapital”ın sədrliyindən getdi - 13 işçi işdən çıxarıldı
-
“Almaniyanın ən mühüm tərəfdaşı olaraq...“ - İlham Əliyev almaniyalı həmkarına yazdı
-
Marketlərdə toyuq filesi qıtlığı yaranıb - Qiymətlər artıb (VİDEO)
-
Qusara və Şahdağa qar yağır - FAKTİKİ HAVA
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi - FOTOLAR
-
Anar Bayramov əmr imzaladı - İlkin Namazov vəzifəsindən azad edildi
-
Elçin Əmirbəyov İsveçrə rəsmiləri ilə görüşlər keçirib - Nələr müzakirə olunub?
TOP 10
ARXİV






