| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Fazil Mustafadan polisi müdafiə etməyənlərə sərt qınaq:“Zibil atmanın arxasınca güllə atmaq gələcəkdi!“
Tarix 14.06.20, 13:20 |
|
Fazil MUSTAFA,
BQP sədri, Milli Məclisin deputatı
Proses alınmadı. Tələb səsləndirdilər ki, qanunu pozmuş polislər cəzalandırılsın. Məsələ araşdırılandan sonra dövlət dərhal günahı olan polisləri cəzalandırdı.
Zərərçəkmiş ailə üzərindən dövləti ittiham altında tutmaq istədilər, yenə də alınmadı. Ailənin başçısı xanım çıxıb prezidentə təşəkkür etdi. Bu əzabkeşlik variantını da davam etdirə bilmədilər. O xanım, əslində bu yaxasını cıranların hamısından daha şüurli və dövlətçi vətəndaş imiş. İmkan vermədi ki, bu qaragüruhçu qüvvə ölkənin polisinin üzərinə məqsədyönlü çirkab kampaniyası yönəltməklə iğtişaşlar yaratsın.
Azərbaycan polisi də bir çox davranışları ilə məsuliyyətli vətəndaşlarla hər hansı problemin olmadığını sübut etdi. Əlacları qaldı, bu qaragüruh sürüsünün qarşısında öz sözü və qələmi ilə Azərbaycan polisinə zibil atanları qınayan şəxsləri hədəfə almağa.
Görün, nədən mədət ummağa başladılar: polisə zibil atan şəxsləri dəstəkləyən bir neçə profil sahibinin şəxsimizə qarşı təhqirlərinə cavab olaraq yazdığımız “it sürüsü†ifadəsinin aidiyyətini təhrif edərək “deputat xalqa it küçüyü dedi†başlıqları ilə paylaşıb cahil və başıboş kütləni öz alətləri üçün istifadə etdilər.
Bu dəfə bir neçə xuliqanın obrazını xalq obrazı ilə eyniləşdirərək, istiqaməti dəyişməyə çalışdılar. Olsun, bu, bizim cəmiyyətin reallığıdır, yazılı mətn ənənəsi olmayanda dini də, tarixi də bu cür əzbərləyib öyrənirsən və sonradan anlayırsan ki, nələrsə mahiyyətə uyğun gəlmir. Hansısa məqsədli insanlar artıq bu yalanları ona görə ictimailəşdirə bilirlər ki, özükimilərin psixologiyasını tam əsarəti altına alıb. Sabah bu sürüdə olanlar öz dəstəkçilərinə belə, hansısa rasional mövqe çatdıra bilməzlər, əks halda, dərhal öz kütləsinin gözündə ən yaramaz birisinə çevriləcəklər.
Baxın, daxildə və xaricdə sosial şəbəkəyə doluşmuş Fransadan, İngiltərədən, Rusiyadan bütün namussuzlar üzərimə gəldi. On il öncə dünyasını dəyişmiş və hamısının böyüklərindən daha şərəfli və ləyaqətli ömür yaşamış, Naxçıvan şəhərinin əksər binalarını inşa etmiş, ölkənin əməkdar inşaatçısı olan atamın ruhunu incitdilər. Mənim qələmimin və sözümün qarşısında duruş gətirə bilməyən, sözün bütün mənasında bizim böyük xalqın adından danışmağa çalışan it sürüsü bir suala cavab verə bilmədi ki, bəs on il sonradamı böhtan atdığınız vəfat etmiş adam sizin əzizlərinizin pozğun həyatını o dünyadan necə tənzimləyə bilir?
Mən hər zaman siyasi mübarizəni insanın özü ilə aparıram, heç vaxt Qurbanın atası Cəlal kişi barədə, böhtan da olsa, doğru da olsa, fikir söyləsələr, deyərəm ki, ləyaqəti olanlar insanın özü ilə mübarizə apararlar, onun valideyinləri, ailəsi, uşaqları ilə deyil. O isə müraciət edir ki, buyursun, hansısa naxçıvanlı, əzizlərindən kimin hansısa hoteldə zərərçəkən olması barədə bilgi versin.
Sizi, gidi it sürüsü, hansı namussuz üsullara əl atsanız da, bu xalqın, bu dövlətin maraqlarını daha qətiyyətlə qoruyacağam! Əmin olun, nə intellektiniz, nə əxlaqınız, nə də şəxsiyyətiniz mənimlə savaş aparmağa yetərli deyil. Sizi şüursuz sürü üzvü kimi yetişdirmiş öz atanızın (əminəm ki, bundan da bixəbərsiniz!) əxlaqını təftiş edin, məni bu xalqın, bu millətin haqqını müdafiə edən, qaragüruçuluğun, nadanlığın qarşısında duruş gətirə bilən bir vətəndaş kimi yetişdirən bir atanın övladı olmağımla yalnız fəxarət duyuram.
İllərdir siyasi çalışmaların içində dəfələrlə müxtəlif mövzularda qaragüruha dirəniş göstərmişəm. Bunu həyati əhəmiyyətli məsələ hesab edirəm, çünki Azərbaycanın başına gələn bütün bəlalar məhz bu amillə bağlıdır. Xatırlayıram, Gəncədə dövlətə qarşı 1993-cü ilin iyun qiyamı baş qaldıranda populyar bir mövzu vardı: “qardaş qırğınıâ€. Ağdamdan olan bir ziyalı dostumuz mənə zəng edib irad bildirirdi ki, nahaq qardaş qırğınına getmisiniz. Deyirdim ki, öldürülən dövlətin adamlarıdır, bu, dövlətə qarşı qiyamdır, dar düşüncəli insanlar, yəni, qaragüruhçular buna hakimiyyətdən qisas alınması hadisəsi kimi yanaşırlar, ancaq bədəlini mütləq ödəyəcəklər. Az keçmiş, Surət Hüseynovun, guya, xilaskar kimi Ağdama girən başıpozuq dəstələri məqsədyönlü şəkildə bu Vətən torpağını ermənilərin qaşısında müdafiəsiz qoyanda, həmin ziyalı dostumun telefonda ağlaya-ağlaya söylədiyi sözlər indiyədək qulağımdadır: “Bu qardaşı niyə qırmadınız, təkcə hakimiyyət getmədi, həm də Ağdam getdiâ€.
İndi də, təqribən, bu hadisəyə bənzər reallıqdır. Niyə bütün hücumlar əsasən polisə yönəlib? Burada iki il öncə Gəncədə baş verənlərin uyğun ssenarisini sezmək elə də çətin deyil. Maraqlıdır ki, son illərdə polisdə xeyli müsbət yöndə davranış dəyişiklikləri baş verib, vətəndaşla münasibətdə mədəni üslub artıb, iş adamlarına qanunsuz müdaxilələr, demək olar ki, yox səviyyəsindədir. Karantin dövründə isə Azərbaycanın qəhrəman tibb işçiləri ilə yanaşı, ən böyük fədakarlığı edən peşə sahibləri məhz Azərbaycan polisləri və daxili qoşunların əsgərləri oldu. Eyni fədakar davranış Dövlət Təhlükəsizlik Xidməti personalı və Silahlı Qüvvələrimizin təmsilçiləri tətəfindən sərgiləndi.
Etiraf edək ki, bu gün mühacirətdə olan insanların bir qisminin incik vəziyyətə düşməsinin səbəbi həm keçmiş MTN şefinin cinayətkar bandası, həm bəzi polis məmurları və prokurorluq orqanlarının vəzifəli şəxsləri, həm də qanunsuz qərarlar verən məhkəmə hakimləri ilə bağlıdır. Kiminsə mülkiyyətinə, kiminsə gəlirinə qanunsuz müdaxilə olunub, bir sıra sahibkarlar hər şeyini atıb ölkəni tərk ediblər. Yəni, çox az bir hissə siyasi mövqeyinə görə mühacirətə üz tutub, sosial-iqtisadi səbəblər daha çox üstünlük təşkil edir. Ona görə də ölkəmizdə elə azad iqtisadi mühit yaratmalıyıq, inhisarçılığa son qoymalıyıq ki, bu insanların öz ölkəsində rifah içində yaşaması mümkün olsun.
Əslində, polis qanunların icraçısıdır. Vətəndaşın əsas problemi başında korrupsionerlərin durduğu məhkəmə sistemidir, bu sistemdə də ölkə prezidenti tərəfindən ciddi islahatlara start verilib və məhkəmə ədalətinə inamı bərpa edərsək, polis-vətəndaş münasibətlərində etimad amili xeyli yüksələcəkdir.
Əlbəttə, polis vətəndaşı incitməməlidir, qanunlara əməl etməlidir, öz içində formanı daşımağa layiq olmayanlardan təmizlənməlidir, daha peşəkar kadrlar işə götürülməlidir. Ancaq polisin tələblərinə tabe olmaq istəməyən şəxslərə qarşı olsa belə, qanunauyğun davranmayan bir neçə polisin hərəkətini böyük bir ajiotaja çevirərək, məqsədyönlü şəkildə bütövlükdə polis təşkilatını hədəfə alanlar dövlətin ən mühüm qoruyucu zirehini deşmək məqsədi güdürdülər və bir çox yayılmış videolardan yaranan emosiyalardan təsirlənən vətəndaşlarımızı da öz çirkin əməllərinə alət etmək istəyirdilər.
Dövlətdə hansısa bizi narazı salan boşluqlar varsa, onu dağıdaraq düzəldə bilmərik, onu təmir edərək düzəltməliyik. Bunun da inqilabi variantını düşünənlər məhz polisə zibil atanları dəstəkləyənlərdir. Yenə də deyirəm, unutmayın: istənilən dövrdə, xüsusilə də karantin dövründə polisimizə zibil atmanın arxasınca güllə atmaq gələcəkdi! Zibil atmanı təşviq edənlər, məhz o gülləatmanı təqdir edənlərdir, məhz Gəncədə günahsız polis qardaşlarımızı qətlə yetirənlərlə həmrəy olanlardır.
Məsuliyyətli vətəndaşlar islahatlardan başqa yolu düşünməzlər, çünki bir inqilab, bir hakimiyyət boşluğu hansı nəticəni doğura bilər, artıq bunu yetkinlik yaşına çatmış hər bir azərbaycanlı dəqiq anlayır.
Mənim həmin o ağdamlı dostum da bunu anlayacaqdı. Fəqət Ağdam işğal olunduqdan sonra ürəyi partlayıb dünyasını dəyişməsəydi…
Bu arada, günün gərginliyinə rəğmən, cəmiyyətdə ziyalı adı ilə tanınan bir neçə şəxsdən mobil telefonuma zəng gəldi. Hamısının söyləyişinin özəti, təqribən, belə idi: “Bu qaragüruh dalğası cəmiyyətimiz üçün çox təhlükəlidir, mövqeyinizi dəstəkləyirik, lakin bunu açıq ifadə edə bilmirik. Çünki yığışıb pis-pis söyüşlərlə söyəcəklərâ€.
Mən də anlayıram ki, bu qaragüruhu idarə edən narazılıq duyğusunun təməlində mütləq hansısa inciklik hadisəsi var, bir çox hallarda normal düşüncəli fərdlərdir, ancaq sürü içində tərbiyəsizləşməyə məhkumdurlar. Burada söyüş söyməyəni sürüdən qovurlar. Yəni, dövlətdən inciklik üçün əsaslar onlarda hər şeyə, hər kəsə nifrət sterotipi yaradıb. Ancaq bizim qaragüruhdan da acınacaqlı gündə olanımız bu ziyalı adı altında başını cəncələ soxmaq istəməyən və savaşı kənardan seyr edən bir zümrədir. Bunların sosial şəbəkələrdə Rəsulzadədən, Elçibəydən bir şeylər paylaşmasına çox da aldanmayın, profil çərçivəsinə yerləşdirdikləri bu və ya başqa büt şəkilləri sizləri çaşdırmasın, əksəriyyəti həmin qaragüruhun səssiz müdafiəçilərdir. Bunu yazar Şərif Ağayarın söyüş terroruna qarşı ürək yanğısı ilə yazdığı yazısından daha aydın sezmək olur. Bir yazar, bir şair, bir alim qaragüruhçu zehniyyətin diqtə etdiyi hay-küyün qarşısında qorxudan öz fərqli və faydalı sözünü deyə bilməyəcəksə, narahat olmayın, bu boşluğu doldurmağa hər cür zərərli axının qarşısında durmağı ömür kredosuna çevirmiş bir millət vəkilinin cəsarəti çatacaqdır. Bu küy bir neçə günə yatandan sonra doğruları söyləyən səsimizi daha aydın eşidəcəksiniz. O zaman içinizdə azacıq səmimiyəti və insanlığı olanlar “xalqı təhqir etdi†yalanının altında hansısa ifadənin olmadığını görəcək və həmin o it sürüsündən ayrılıb Azərbaycan xalqını və dövlətini canıyla, qanıyla, idrakı ilə müdafiə edən ləyaqətli insanlara qoşulacaqsınız.
Bir Allah şahididir ki, biz parlamentdə, dövlət vəzifələrində iqtidar nemətlərindən illərdir yararlanaraq titullarının yastığında mürgüləyənlərdən olmadıq, xalqı düşündürən ən ciddi mövzuları gündəmə gətirdik, bəlkə də elmi, siyasi, dini, tarixi mövzularda xalqımızın düşüncə həyatına töfhəsi olacaq məsələləri canlandırdıq və bu ziyalıların əksəriyyətinin təşəbbüslərini və özlərini dəstəklədik, problemlərinin həllində yardımçı olduq. Ancaq yazdığım yazılara qaragüruhun qorxusundan bəyənmə işarəsi qoymaqdan çəkindiyini etiraf edən, kənarda öz “prikollarâ€ını paylaşmaqla başını qatan “dostları†görəndə bir daha düşündüm ki, tək də olsaq, on da, yüz də, qətiyyən durmaq olmaz, sona qədər xalqımızı içindən dağıdacaq bu qaragüruh virusuna qarşı Mirzə Fəthəli dəyanəti ilə savaşmaq lazım, bu məxluqları tərbiyələndirərək müqəddəs saydığımız xalqa qazandırmaq lazım. Yalandan düzüb-qoşduğunuz və bizə aid etdiyiniz ifadəni özünüzə geri çevirirəm: bu xalqa qarşı ən böyük təhqir sizlərin başımıza, beynimizə, düşüncəmizə sözün bütün mənası ilə oturmanızdır! Məhz sizə görə bu xalqın son 50 ildə dünya arenasına çıxacaq yazarı, filosofu, alimi yetişmədi. Çünki fərqli fikir söyləməyə qoymadınız, söydünüz, susdurdunuz! Qarşınızda bu dövlətin gücü durmasa, hamısını məmnuniyyətlə məhv edərsiniz. Ona görə də Azərbaycan polisi üzərindən, Azərbaycan hakimiyyəti üzərindən Azərbaycan dövlətini hədəf seçmisiniz, onu zəiflətmək, çökdürmək üçün ən çirkin vasitələrə əl atırsınız! Siz düşüncə hanniballarısınız, siz nizam hanniballarısınız, bu dövləti yemək istəyən dişləriniz mütləq qırılacaqdır!
Bilirəm, bu, xeyli çətin olacaq, xeyli namussuzun böhtan və şantajları ilə üzləşəcəksən, ancaq bu millətin və dövlətin varlığını qorumaq üçün ya bu virusun peyvəndini tapmalıyıq, ya da mutasiya olunmasını gözləməliyik…
Əminəm ki, peyvənd tapılmayacaq, çünki bizim də daxil olduğumuz Şərq ölkələrində məhz bu qaragüruhun sayəsində düşünən başlar kəsildiyinə, danışan dillər susdurulduğuna görə, elmi kəşflər uzun əsrlərdir olmur.
Bəs mutasiya? Əslində, mən sizlərə maariflənməniz üçün yazdığım yazılarla məhz bu işlə məşğulam. Bu qədər öz dövlətinə kin püskürən ruhi xəstənin mütaliəsini təmin etmək eyni zamanda mutasiyanın həyata keçməsi üçün şərait yaratmaqdır. Bu qaragüruhçuların başlarına döyə-döyə, söyə-söyə də olsa, yazılarımı oxumağa məhkum etmişəm, bu, onları ağıllandıracaq, dəyişəcək, öz dövlətlərinə sayğılarını artıracaq!
Eyb etməz, əvvəl böhtan, şantaj üçün işlərinə yaraya biləcək sözlər, ifadələr axtaracaqlar, ardınca keçəcəklər düşündürücü məqamlara. Dəyişəcəklər, ağıllanacaqlar, əxlaqlı olacaqlar. O zaman xalqımız və dövlətimiz üçün bu virusun təhlükəsi yoxa çıxacaqdır, ən azı, qaragüruh başımızda və ürəyimizdə oturmayacaqdır. Həm də qaragüruhun söyüşlərindən qorxaraq danışığını qısmış bəzi zavallı ziyalıların da düşüncə həyatına dönüşünə imkan yaranacaq.
Bir də, adam kimi oturub düşünsəniz, hər şey yaxşı ola bilər!
Xəbərin oxunma sayı : 1441
Analiz
Xəbərlər
-
İşsiz qalıb, pensiyasını da bərpa edə bilmir - “3 aydır həkimlərdəyəm”
-
Ramiz Mehdiyev ona verilən cəzadan narazıdır - Şikayət edib
-
MDB-nin subay prezidenti - Maya Sandu “Persona”da
-
Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı - Video
-
Britaniyadan Ukraynaya hərbi yardım - “Gripen“ qırıcıları ilə bağlı da razılaşma var
-
Yeni rüsum Gürcüstandan gətirilən avtomobillərin qiymətinə təsir edəcək? - VİDEO
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - VİDEO
-
8 Noyabr prospekti 2 həftədir təmirdədir... - “Nə var üstünü örtməyə?”+Video
-
“Mançester Siti” Holanı satmağa hazırlaşır - 175 milyon avro tələb edcək
-
Bu cihaz olmadığından özəl xəstənalara üz tuturlar - VİDEO
-
Anna Akopyan tıxacda qaldı -Qadın sürücüləri etiraza çağırdı
-
Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir
-
ƏDV güzəşti uzadılır - çörək və ərzaq ucuzlaşacaqmı?
-
Prokuror məşhur iş adamlarına cəza istəyəcək - 800 min manatlıq mənimsəmə
-
“Meridian Luks“, “Vegas City Hall“, “Sarı Gəlin“ şadlıq saraylarında nöqsanlar - Camış əti, saxta kürü...
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
Etibar Pirverdiyevin adı keçən prosesin qapalı keçirilməsi tələb olundu - QALMAQAL
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Binəqədidə 23 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
“İran Vaşinqtona hücum etsə, ABŞ görünməmiş cavab zərbəsi endirəcək“ - Tramp
-
Azərbaycanda orta aylıq maaş 1173 manata çatıb - Bəs vətəndaş niyə bahalıqdan şikayətlənir?
-
Bakıdakı insidentin təfərrüatı: Sevgilisini başqa qadınla tutubmuş - VİDEO
-
“Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta mesajlar göndərirlər - XƏBƏRDARLIQ
-
“Azərbaycan Restaurants“ audit tələbini yerinə yetirmədi - Cərimə olundu
-
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - FOTOLAR
-
Bakıda ilin ən uzun gecəsi olacaq - Tarix açıqlandı
-
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
-
Yol-nəqliyyat hadisələri ən çox hansı günlərdə baş verir? - Rəsmi məlumat
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi: yeni qanunda nə deyilir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İran ABŞ-də “çirkli bomba” partlatmağa hazırlaşır - CNN
-
Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi
-
Bu şəxslərə 70 milyonluq dəstək: 600 mənzil və avtomobillər
-
Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı - VİDEO
-
“ATA Tinqçilik“in 37 min avroluq işi: Direktorun ölkədən çıxışına “stop“ qoyuldu
-
Din xadimləri ilə bağlı yayılan məlumatlar barədə - Xəbərdarlıq
-
“Türkiyəyə bir də zibilli ayağını basmayacağını bəyan edir...“ - Deputatdan sərt açıqlama
-
Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
-
Dövlət şirkətlərində kütləvi ixtisarlar gözlənilir - Hansı qurumlar bağlanacaq?
-
“Parlament danışmaqxana deyil” - Spikerdən deputata irad
-
Ev sahibini hədələyib 11 min manat alanlar tutuldu - FOTO
-
Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası
-
Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA
-
Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü
-
Yollarda faciəvi statistika: 9 ayda 500 nəfər ölüb
-
Dərsliklər niyə narazılıq yaradır? - Nazirlik ictimaiyyətin passivliyini əsas gətirdi
-
Azərbaycana 314 milyon dollarlıq smartfon idxal edilib - Ən çox hansı ölkədən gətirilib?
-
Təcili tibbi yardım sistemində idarəetmə böhranı: TƏBİB rəhbərliyi vəziyyətə nə zaman müdaxilə edəcək?
-
Epşteyn həbsxanada öldürülmüş ola bilər - Məhkəmə-tibbi ekspert şübhəli məqamları açıqlayıb
-
Prokuror cəza istədi, məhkəmə bəraət verdi - Bakıda səs-küylü dələduzluq işi
-
Bakıda sərxoş kişi əvvəl maşını mağazaya çırpdı, sonra qadını yumruqladı - VİDEO
-
Nazir generallara ali hərbi rütbələrini təqdim etdi - FOTOLAR
-
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı
-
Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
-
İsrail 2006-cı ildə iranlı generalı İstanbulda qaçıraraq öldürüb – NYT
-
Türkiyədə Sözcü TV-də əməliyyat keçirilib - Kanala qəyyum təyin edilib
-
Bülbülə gölündə bənd yarıldı: Evlər su altında qaldı (VİDEO)
-
Hikmət Hacıyev Aİ rəsmiləri ilə bir araya gəldi - Nələr müzakirə olunub?
-
Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - FOTO
-
“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb
-
Azərbaycan-Böyük Britaniya əməkdaşlığı: regional maraqlar və qlobal çağırışlar
-
Azərbaycanın çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin növbəti təzahürü
-
Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO
-
Millimiz ili qələbə ilə yekunlaşdırdı - Andorranı məğlub etdi
-
Azərbaycanda Milli Dirçəliş Günüdür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür (VİDEO)
-
Sənəd olsa da, belə yerlərdə ev tikmək olmaz - Diqqət
-
Moskva və Vaşinqton arasında çox sayda ziddiyyət hələ də qalır - Lavrov
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında - Fotolar
-
Saxta “İvanovka” məhsulları istehsal edən sex bağlandı - VİDEO
-
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək - XƏBƏRDARLIQ
-
Alyona Əliyeva “Sərhədsiz Uçuş” sərgisində - VİDEO
-
“Mahal MTK“da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
-
“Tərtər işi”nə görə daha üç nəfər təzminat alacaq - Məbləğlər
-
“Putin Ukrayna məsələsində mövqeyini yumşaldır, güzəştlərə gedir“ - Tramp
-
“Boranı” restoranında qeyri-adi tələblər: “3-4 nəfərlə gəl”, “Əlavə pul ödə”…
-
Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar - Xitam verdildi
-
TRIPP layihəsi Tehranda narahatlıq yaradıb - İran Ermənistanı hədələyir
-
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional və beynəlxalq təhlükəsizlik amilidir
-
500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün şok qərar
-
“Putinlə Trampın görüşü mütləq baş tutacaq” - Uşakov
-
Azərbaycanın 12 Milli Qəhrəmanı sağdır - SİYAHI
-
“Kristal“da gizli rəqəm OYUNU - Deputatın oğlu vətəndaşları aldadır?
-
Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar və ödənişlər dəyişir
-
Avropa İttifaqından Kiyevə rekord dəstək: Ukraynaya 8 milyard avro ayrıldı
-
FHN-ə məxsus 21 nəqliyyat vasitəsi cəmi 27 min manata satıldı - SİYAHI
-
Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü - Amma gör kimi məhkəməyə veriblər!
-
ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır - Daha bir təyyarədaşıyan göndərdi
-
Hər 100 manatın 65 manatı... - Yeni rəqəm açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Minimum əməkhaqqı bu qədər olacaq - Əhaliyə şad xəbər
-
Ayın 17-də qar yağacaq - 10 dərəcə şaxta olacaq
-
Kirayədə qalanların bilmədiyi qayda - Bu pulu kim ödəməlidir?
-
Plastik cərrahiyyə sertifikatı olmayan Səkinə Xudiyeva cərimələndi - Şikayəti rədd edildi
-
Nazirliklərdə və icra hakimiyyətlərində yüksələn qaliblərin SİYAHISI
-
25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı
-
Bu marşrutun hərəkət sxemi dəyişdirildi - Sərnişinlərin nəzərinə!
-
Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
-
Milli Qəhrəman Ehtiram Əliyev dəfn edildi - FOTOLAR
-
Saatyarımlıq gecikmə, sıfır məlumat: Sərnişinlər AYD-dən narazılıq edirlər
-
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
-
Aİ-95 istehsalı 2,9 dəfə azalıb - SOCAR-ın açıqlamasından 2 il ötür…
-
“Sea Breeze”in tikinti şirkətinin vergi borcu yarandı - DETALLAR
-
Xəzərin sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Xidmətinə həvalə olundu - FƏRMAN
-
Ali Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı qərar verdi - YENƏ UDUZDU
-
“Neftin yüksək qiymətləri büdcə xərclərini artırmaq üçün yetərli deyil“ - Komitə sədri
-
Prokuror generalın qızınının həbsini tələb edir - Protest verdi
-
Azərbaycanda 10 il müddətinddə qiymətlər nə qədər artıb? - Müqayisə
-
Son 10 ildə avtomobillərin sayı 33, yanacağa çəkilən xərc isə 74 faiz artıb – İnfoqrafika
-
Etibar Pirverdiyev özünə 55 min manat maaş yazdırırmış - MƏHKƏMƏ İŞİ
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
-
Milli Məclisdə büdcə müzakirələri - Hökumət üzvləri parlamentdə
-
Vəkil Elçin Əmirov həbs edildi - Dələduzluq və hədə-qorxu (FOTO)
-
Kreditlə aldığı maşın ondan xəbərsiz satışa çıxarıldı - VİDEO
-
Ağır xəstə olsa da əlillik sənədləri qəbul edilmir - VİDEO
-
Şahdağa 20 sm qar yağıb - Faktiki hava
-
İki rayonda əməliyyat: Saxlanılanlar var
-
Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
TOP 10
ARXİV






