| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır - Vüqar Rəhimzadə
Tarix 15.06.20, 14:08 |
|
"Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan diletant şəxslərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir, ərazilərimiz Ermənistan silahlı birləşmələri tərəfindən biri-birinin ardınca işğal olunurdu. Orduda fərarilik artır, vəziyyət gündən-günə ağırlaşırdı. Silahlı qüvvələr torpaqlarımızın deyil, hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı siyasi qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Müstəqilliyini yenicə əldə etmiş gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə bir an belə səngimirdi. Bir sözlə, 27 il öncə Azərbaycanın dövlətçilik tarixində faciəli günlər yaşanırdı. 1992-ci ildə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü ilk gündən özünün qeyri-peşəkar və destruktiv fəaliyyəti ilə ölkəni idarə etmək imkanında olmadığını hər addımında nümayiş etdirirdi.
1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaşandı. Ölkənin belə ağır günündə xalq dahi şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli Lider xalqın təkidli tələb və dəvətini qəbul etdi və iyunun 9-da Bakıya qayıtdı. Ulu Öndər çox qısa zamanda ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il 15 iyun tarixində dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri secildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini milli qurtuluş bayramı günü kimi rəsmiləşdirdi.” Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Həmin dövrün hadisələrinin şahidi olanlar, çətinliyini yaşayanlar üçün bu tarix sözün əsl mənasında qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsində qalibiyyətin başlanğıcı tarixidir. 15 İyun-Milli Qurtuluş Günü hər bir azərbaycanlıya milli qürur, iftixar hissləri bəxş edən gündür. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas etdi. Digər tərəfdən, torpaqlarmızın işğalına son qoyuldu. Bir sözlə, xalqımız ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Milli Qurtuluşun açdığı yolla gələcəyə, perspektivlərə doğru səfərbər oldu.
Baş redaktor vurğulayıb ki, sabitliyi hər bir ölkənin inkişafının əsası kimi önə çəkən Ümummilli Lider ölkədə daxili sabitliyin yaradılmasına səy göstərdi. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Bu mühüm amil isə ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinin aradan qaldırılmasını şərtləndirdi. Ümummilli Liderin "acıq qapı” siyasəti Azərbaycana yeni-yeni dostlar, tərəfdaşlar qazandırdı. Belə ki, dünya təcrübəsinə istinad edərək heç bir ölkənin səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail olmasının mümkünsüzlüyünü önə çəkən ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın davamlı iqtisadi inkişafının əsası qoyuldu, dünya iqtisadi sisteminə inteqrasiya sürətləndi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Təbii ki, bu mühüm addımın əsasında dayanan amillərdən biri də Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması dayanır. Bunun sayəsində ölkəmiz həm daxili sabitliyini möhkəmləndirdi, həm də digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılmasına nail oldu.
V.Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana bir-birindən əhəmiyyətli ugurlar qazandırıb: «Qısa xronologiya əsasında bu fikri böyük inamla qeyd edə bilərik ki, "Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi nüfuzunun artmasında, yeni-yeni layihələrin gündəmə gətirilməsi əsasında əməkdaşlığımızın coğrafiyasının genişləndirilməsində mühüm rol oynadı. Artıq bu gün Azərbaycan beynəlxalq əməkdaşlığın nümunəsi olan Cənub Qaz Dəhlizinin reallaşmasında fəal iştirakı ilə dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri ilə diqqətdədir.»
«Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqının illərlə ürəyində gəzdirdiyi arzusunu- təbii sərvətlərinin əsl sahibinə çevrilməsini gerçəkləşdirdi» söyləyən V.Rəhimzadə bildirib ki, Ümummilli Lider neftin xalqın sərvəti olaraq indiki və gələcək nəsillərə məxsusluğunu xüsusi vurğulayaraq böyük uzaqgörənliklə Dövlət Neft Fondunun yaradılmasına nail oldu. Bu gün aktivlərinin həcmi 41 milyard dollardan artıq olan Fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir.
V.Rəhimzadə ölkəmizin iqtisadi tərəqqisində siyasi islahatların rolunu da xüsusi qeyd edib. Bildirib ki, Ümummilli Lider iqtisadi və siyasi islahatların vəhdətliyini qorumaqla bugünümüz üçün möhkəm baza formalaşdırıb: "Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanda bütün demokratik təsisatlar formalaşdırılmış, inkişafı istiqamətində ciddi addımlar atılmışdır. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, azad mətbuatın inkişafına imkanların yaradılması, çoxpartiyalı sistemin formalaşdırılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun təşkili də deyilənlərin təsdiqidir. 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin Konstitusiyasının qəbulu dövlətçiliyimizin əsaslarının qurulmasına geniş imkanlar açdı. 1998-ci ildə senzuranın ləğvi azad mətbuatın inkşafında yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədi. 2003-cü ildə Seçki Məcəlləsinin qəbulu ölkəmizdə bütün seçki proseslərinin, ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirdi. Bir mühüm məqamı xüsusi qeyd etmək istərdim ki, mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən Ümummilli Lider bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə 2002-ci ildə "Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.”
V.Rəhimzadə dahi şəxsiyyətin xidmətlərindən söz açarkən bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan, sıralarında 750 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd edib: «Xalqin istəyi, zamanın tələbi ilə 1992-ci il noyabrın 21-də yaradılan partiyanın qısa zamanda milyonların partiyasına çevrilməsi Heydər Əliyev siyasətinin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən "91-lər”in müraciəti əsasında yaradılan YAP-ın ötən bu illər ərzində tutduğu yola sadiqliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etməsi xalqın partiyaya dəstəyini günbəgün artırır. Ümummilli Liderin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə YAP inkişaf edir, yeni-yeni hədəflərin gerçəkləşməsinə böyük töhfələr verir. YAP tariximizə qələbələr partiyası kimi daxil olub və bu mövqeyini ölkəmizdə keçirilən seçkilərdə qazandığı uğurlarla daha da möhkəmləndirir.
Ulu öndər Heydər Əliyevin xidmətlərini bir sual, yaxud bir yazı çərçivəsində əhatə etməyin mümkünsüzlüyünü vurğulayan baş redaktor bildirib ki, Ümummilli Liderin fəaliyyətinin hər bir sahəsi tədqiqat mövzusudur: «Çünki Azərbaycana hansı sahədən diqqət yetirsək, əldə olunan uğurlar dahi şəxsiyyətin adı ilə bağlıdır. Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın müstəqilliyini daimi və əbədi etdi, bir dövlət olaraq dünya birliyində yerini və rolunu möhkəmləndirdi, dünyaya günəş kimi doğmasına yol açdı. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyinə, bir mərkəzdən idarə olunnmasına nail oldu. Bu gün böyük inamla bildiririk ki, güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.»
V.Rəhimzadə onu da qeyd edib ki, Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının aradan qaldırılnasını təmin etdi. Ermənilərin əsl siması dünyaya açıqlandı. Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması fonunda həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas amillərdən olan beynəlxalq dəstəyi təmin etdi. Bununla bərabər, müstəqilliyimizin, suverenliyimizin təminatçısı kimi ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer tutması məhz həmin dövrdə yaradılan möhkəm təmələ əsaslanır.
Baş redaktor vurğulayıb ki, Heydər Əliyev yolu Azərbaycana davamlı uğurlar qazandırır: «2003-cü ildən başlanan Böyük Yolun davamı yeni-yeni hədəflərin gerçəkləşməsində özünü təsdiqləyir. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam edəcəyi vədini vermişdi. Bu vədə sadiqlik cənab İlham Əliyevin 2008, 2013, 2018-ci illərin prezident seçkilərində qələbəsinin təminatında öz aydın ifadəsini tapır. Azərbaycan son 16 ildən artıq dövrdə 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində daha böyük uğurlara imza atıb. Böyük inamla qeyd edirik ki, bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. Bütün sahələrdə davamlı uğurlara imza atan ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Təkcə son illərin diplomatik uğurlarına diqqət yetirsək Azərbaycanın ədalətli mövqeyinə dəstəyin artdığını inamla qeyd edə bilərik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi və iki il quruma sədrliyi öz üzərinə götürməsi, dövlətimizin başçısı İlham Əliyevin ən yüksək tribunalardan "Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək bəyan etməsi işğalçı Ermənistana ciddi mesajdır. Xalqımız tam əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətində olacaq. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın istər ölkə daxilində, istərsə də beynəlxalq çərçivədə gördüyü işlər də malik olduğu imkanları bir daha ortaya qoydu. Azərbaycan hər bir çətinlikdən üzüağ, az itki ilə çıxmaq imkanındadır.»
V.Rəhimzadə Azərbaycana uğur qazandıran Heydər Əliyev ideyalarının təbliği missiyasını uğurla həyata keçirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinə də diqqəti yönəldib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan dövlətçiliyinin inkişafında, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində rolu böyükdür. Heydər Əliyev siyasətinin uğurlu icrasına, irsinin təbliğinə öz davamlı töhfələrini verən Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.
Baş redaktor ümumiləşdirmə apararaq bu qənaətə gəlir ki, illər keçdikcə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin nə qədər böyük olduğu aydın görünür, bu yolun hələ qarşıdakı illərdə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracağı inamla qeyd edilir: "Müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. 15 iyun 1993-cü ildən başlanan inkişaf dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun-Milli Qurtuluş Gününü hər il Azərbaycanın davamlı uğurları fonunda yüksək əhval-ruhiyyə ilə qeyd edir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!”
Xəbərin oxunma sayı : 1354
Analiz
Xəbərlər
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
-
Azərbaycanda 490 manata satılan meyvə - Xaricdən 22 manata gətirilir
-
“Kaşif Kozinoğlu işi“ ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
-
Tramp Feyrford aviabazasındakı həbslərdən danışdı: “Onları uzun müddət izlədik“
-
“Xəbərdarlıq etmişdik, dinləmədilər” - “Real”dan Fransa millisinə ittiham
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - Fotolar
-
Bakıda bu mənzil 10 milyona satılır - FOTOLAR
-
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
-
Anar Ələkbərov “44” filmindən daha bir hissəni paylaşıb - Video
-
“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” - Ərdoğan
-
Millətlər Liqası:Azərbaycan Litva ilə heç-heçə etdi
-
Hörmüz boğazından rekord həcmdə neft daşınıb - Tramp
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - SİYAHI
-
KTN rəhbərlik və kollektivi Zəfər parkında - FOTOLAR
-
Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq - Hikmət Hacıyev
-
Baxçalı 2 mafiya liderini barışdırdı - Sedat Peker dəstək verdi
-
Niderland əhaliyə çağırış etdi: Üç günlük ərzaq və su ehtiyatı saxlayın
-
Azərbaycan xalqının milli kimliyinin və ləyaqətinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişi
-
“Hər şey Sizdən başladı, cənab General“ - Polad Həşimovun xanımı
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
-
27 sentyabr-Anım Günü: Milli birlik, həmrəylik rəmzi, qəhrəman şəhidlərimizə dərin ehtiramın ifadəsi
-
Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahıda ABŞ və Avropa yoxdur
-
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
-
Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?
-
ABŞ İrana iqtisadi təzyiqi artırır - 50-dən çox ölkə ilə danışıqlar aparılıb
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
-
YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov
-
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - Video - Fotolar
-
44 günlük qəhrəmanlıq dastanının yazılmasının başlandığı tarix
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri təyin olundu - FOTO
-
Prezident və birinci xanım Zəfər parkında - FOTOLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
-
Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi
-
Dünyda ən çox dizel ixrac edən ölkələr - SİYAHI
-
TikTok 100 milyon dollar ödəyir - Uşaqlar üçün yeni rejim
-
Səhər nə içmək daha yaxşıdır: Qəhvə, yoxsa portağal şirəsi?
-
Kuba ilə ordusuz razılığa gələcəyik - Donald Tramp
-
Bakının bu ərazisində bulvar salınır - VİDEO
-
Ağsu aşırımında aktivlik yenidən artdı - VİDEO
-
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni açıqlama
-
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər
-
Prezident Anım Günü ilə bağlı paylaşım edib - FOTO
-
Anım Günü - Vətən müharibəsinin başlanmasından 6 il ötür
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
TOP 10
ARXİV






