| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
“Azərbaycanı dəyişmək mümkündür“ - Qubad İbadoğlu
Tarix 13.08.20, 22:34 |
|
“Yaşıl metrikalı oğlan”, ABŞ-da universitet professoru və Azərbaycanda hərəkat lideri Qubad İbadoğlu Pressklub-a müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir.
– Xoş gördük, Qubad bəy. Bəri başdan deyim, bu, mənim həyatımda ilk onlayn müsahibəmdir, ona görə gərək köməkləşib yola verək. Həmkar həmkarı yaxşı başa düşər. Axı siz həm də iqtisadi qəzet və jurnal redaktoru olmusunuz. Sonuncu dəfə ilyarım əvvəl rəhmətlik Rövşən Almuradlının yas məclisində görüşmüşdük. Yol üstündə idiniz. Danışdıq ki, qayıdanda oturub söhbət edək. Virus çıxardana lənət, getdiniz, gələ bilmədiniz. O vaxtdan Bakıda olmamısınız, eləmi?
– Elədir, virusa görə səfərimi təxirə salmağa məcbur oldum. Əslində bu vaxt Bakıda olmalıydım, müsahibəmizi canlı keçirmək imkanı qazanardıq. Hər şeyi koronavirusun ayağına yazmaq olar.
– Onsuz da onun ayağına çox şey yazılır… Amma Azərbaycandakı bütün hadisələrə ən operativ reaksiya verənlərdən birisiniz. Ona görə xəyalən bura qayıdaq. Ölkədə ilin birinci yarısının sosial-iqtisadi nəticələrinə yekun vuruldu və qarşıda duran vəzifələrə həsr olunmuş mühüm iclas keçirildi. Yüzlərlə rəqəm çəkildi, yadda saxlamaq çətindir, heç ehtiyac da yoxdur, əsas odur ki, iclasda ən çox səslənən, necə deyərlər, leytmotiv təşkil edən ifadələr “artım” və “inkişaf” idi, hətta gəlirlərimizin artdığı bəlli oldu. İqtisadiyyatın bir çox sahələrinin dayandığı, neft qiymətlərinin düşdüyü indiki şəraitdə? Bəlkə, bu sirri bizə anlaşıqlı dildə izah edəsiniz? Sualı belə qoyaq: o iclasda 9 nəfər çıxış etdi, 10-cu olsaydınız, 3-5 dəqiqəlik çıxışınızda mövcud vəziyyət və vəzifələr barədə nə deyərdiniz?
– İqtisadiyyatımız elə mühasibatımız kimi ikili hesablamadan ibarətdir. Dediyiniz müşavirədə nazirlərin təqdim etdikləri iqtisadiyyatın rəsmi, təbliğat tərəfidir. Orada təqdim olunan rəqəmlər yalnız iqtisadiyyatın müsbət tendensiyaları üzərində qurulan tərəfi idi və onu istəyirlər xalqa da, prezidentə də göstərsinlər. Amma xalqdan fərqli olaraq, prezidentə, çox güman, hər iki tərəfini göstərirlər – bir orada danışdıqları iqtisadiyyat var, bir də ki, bağlı qapılar arxasında ictimaiyyət üçün açıq olmayan müzakirələr var. Çünki prezidentin ondan sonrakı çıxışlarına nəzər salanda görürəm ki, ona başqa məlumatlar da verirlər. Məsələn, altı ayın yekunlarında qeyd olundu ki, dövlət büdcəsinin gəlirlərində artım var, amma avqustun 5-də parlamenti növbədənkənar sessiyaya çağırdılar və büdcədə düzəliş etdilər: gəlirləri neft pulları hesabına çoxaltdılar, xərclərdə də dəyişiklik etdilər. Halbuki, bunu altı ayın yekunlarına dair iclasdan çıxan məntiqi nəticə kimi qiymətləndirmək mümkün deyil. Mən orada 10-cu adam olmaq istəməzdim, amma fərz eləyək – onsuz da hər şey virtualdır: virtual danışırıq, hətta həmin iclasın özü də virtual keçirilirdi. Şəxsən mənim bütün müzakirələrə deməyə sözardım olub. Orada olsaydım, ilk növbədə qaldıracağım məsələlər pandemiya dövründə büdcənin idarə edilməsi olardı. Çünki bütövlükdə böhranın idarə edilməsi büdcənin idarə edilməsindən asılıdır. Bu gün Azərbaycan büdcəsində qeyri-şəffaf, hesabatsız xərcləmələr var. Onların arxasında korrupsiya, vəsaitlərin oğurlanması görsənir. Söhbəti elə istiqamətdə aparardım ki, büdcəni daha rasional edək, daha qənaətlə xərcləyək. Məsələn, İlham Əliyev özü də məsələ qaldırdı ki, dövlət şirkətləri səmərəli deyil. Mən hələ bir neçə ay əvvəl hesablamalar aparıb dərc etmişdim ki, 2019-cu ildə Azərbaycanın iri dövlət şirkətləri büdcəyə 1 manat pul ödəyiblər, əvəzində büdcədən 11 manat pul götürüblər. Büdcə əhali ilə yanaşı, dövlət şirkətlərini qidalandırır, halbuki onlar Neft Fondundan da pul alırlar, xaricdən də kredit alırlar, daxildən də borc götürürlər, əhalidən də pul yığırlar, işıq, qaz, su satırlar. Amma baxın: 2019-cu ilin dövlət büdcəsinə onlar cəmi 185 milyon manat ödəmişdilər, əvəzində isə oradan 2 milyard 45 milyon manat pul götürmüşdülər…
– Bu məsələlər hökumətin növbəti iclasında, deyəsən, qaldırıldı və müvafiq qurum da yaradıldı…
– Növbəti toplantı, bəlkə, elə məhz bu məsələlərə görə yığıldı, AZAL-da, SOCAR-da, Dəmir Yollarında, Xəzər Dəniz Gəmiçiliyində, “Azərenerji”də mövcud təsərrüfatsızlıqla bağlı idi. Haqlısınız, Azərbaycan İnvestisiya Holdinqi yaradıldı. Məqsəd iri dövlət şirkətlərinin bazar relslərinə keçirilməsini təmin etməkdir, çünki başqa cür onları vəziyyətdən çıxarmaq mümkün olmayacaq. Bir necə il əvvəl mən proqnoz vermişdim ki, əgər SOCAR-la bağlı əhəmiyyətli qərar qəbul olunmasa, o, 2022-2023-cü illərdə batacaq: borc öhdəlikləri getdikcə artır, indi də çoxdur, amma 2022-2023-də SOCAR ildə 2 milyard dollardan çox borc qaytarmalıdır. Bunu ya o, ya büdcə etməlidir. Büdcənin də imkanları məhdudlaşır – indiki proqnozlara görə, bu il ərzində neft gəlirləri təxminən 40% azalacaq.
– Bir ölkə ki, aparıcı neft şirkətinin də əvəzinə borc ödəsin, daha bu nə oldu?
– Əslində SOCAR vaxtında kommersiya şirkətinə çevrilməli idi. İndi SOCAR-ın, təsəvvür edin, bir prezidenti, 12 vitse-prezidenti var. Prezidentin haradasa 5-10, vitse-prezidentlərin hərəsinin bir neçə müşaviri var. Bir yerə yığılanda haradasa 50 nəfərə yaxın idarəetmə komandası eləyir. Özü də çox yüksək əməkhaqları var onların, bonusları, SOCAR-ın hesabına sosial xərcləri, inzibati xərcləri, idarəetmə xərcləri var. Azərbaycanın baş nazirinin cəmi üç müavini var. SOCAR-la Azərbaycan dövləti eyni deyil ki? Amma şirkətin heç bir hesabatlılığı yoxdur, ona görə rasional deyil.
– İndi ki, ağzı açıldı, mən də qoşulum. Mən o iclasda deyərdim ki, bizim iqtisadi sistemimiz sosialyönümlü adlansa da, insanyönümlü deyil. Binaya, asfalta, avtobusa böyük pullar verə bilərik, insana gələndə əllərimiz əsir. Bəlkə ən bahalı avadanlıqlar gətirmişik, düzgün işlətməyə kadr yoxdur. Kadrlar istisnasız bütün sahələrin kəskin problemidir. Niyə? Çünki təkcə infrastruktura yox, insana da kapital qoymaq, onu inkişaf etdirmək lazımdır. Bizsə, insandan kəsirik. Elə bu pandemiya dövründə o 190 manat üstündə nə qədər mübahisə getdi? Prezident “bu ay ver” deyəndə verirlər, deməyəndə dayanırlar. Ondan əvvəl – maaşlar, uşaqpulu, kommunal güzəştlər, pensiya tələbləri – hamısını cırmaq-cırmaqla almaq olur. Almaq olanda. Amma bəlkə mən nahaq belə danışıram, Qubad bəy? İnsanın cibi ilə dövlətin yüksəlişi arasında asılılıq yoxdur?
– Var və olmalıdır. Belə şey mümkün deyil ki, ölkə yoxsullardan, dövlət varlılardan ibarət olsun. O zaman mümkündür ki, gəlirlərin və sərvətlərin ədalətli bölgüsü yoxdur. Mən bərabər bölğüdən danışmıram. Nəyə görə bazar iqtisadi sisteminə keçilməsi insan üçün də faydalı ola bilər? Çünki o sistemdə dövlət bu qədər iqtisadiyyata qarışmayacaq. İndi Azərbaycanda dövlət hər yanda var: neftdə var, qazda var, işıqda var, enerjidə var, suda var, dəmiryolunda var, hava yollarında var… Bu, insan amilini arxa plana atır, çünki dövlətin orada siyasi və korporativ maraqları var. Amma özəl bölüm insan əməyini daha çox stimullaşdırır. İnsanlar üçün fərdi azadlıqlar olmalıdır, fərdi azadlıqlar seçim imkanları yaradır və seçim imkanları iqtisadiyyatın inkişafını stimullaşdırır. İndi Azərbaycanda ən böyük problem azadlıqlardır ki, dünyanın heç bir ölkəsində onlar verilməyib, alınıb. Bunun üçün xalq özü də çalışıb. Azərbaycan insanının kənarda qalmasının ən böyük səbəblərində biri iqtisadi sistemimizin mahiyyətindən, təbiətindən irəli gəlir. Çünki dövlət hər yanda var: iqtisadiyyata da nəzarət edir, siyasətə də, vətəndaş çəmiyyətinə də çalışır nəzarət eləsin, o cümlədən mətbuata da. Dövlət deyəndə mən hakimiyyəti nəzərdə tuturam, çünki dövlətin təmsilçisi odur. İkinci səbəb korrupsiyadır. İnsanlarla əlaqəyə girəndə ki, sənə bu qədər pul ödəyirəm və bir hissəsini geri götürəcəyəm, bu, məlumatın bölüşdürülməsi deməkdir. Amma daşın, asfaltın dili yoxdur. Ona görə ora daha böyük pullar yönəldilir…
– Korrupsiya… Sizin incəliklərini çox yaxşı bildiyiniz mövzu. Və həm də təsirini yeniyetməlik çağlarından öz üzərinizdə hiss etdiyiniz məsələ. Sovet Azərbaycanında Xalq Təsərrüfatı İnstitutu deyilən, kasıblar üçün əlçatmaz bir ali məktəb var idi. Rüşvət və korrupsiya yuvası idi. İş o yerə çatdı ki, 1987-ci ildə onu ləğv edib, əvəzində Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialını yaratdılar. Və nə rüşvət verən, nə rüşvət alan, maaşa baxan kənd müəllimi ailəsində böyümüş, respublika Olimpiadasının 16 yaşlı qalibi Qubad İbadoğlu ora daxil oldu. Demək istəmirəm ki, o vaxtdan həyatınızı korrupsiyaya qarşı mübarizəyə həsr etməyə and içmisiniz, amma bunun Azərbaycanın yeniləşməsinin ilkin şərti olduğu barədə fikirlərinizə çox rast gəlmişəm.
– Təəssüf edirəm ki, hakimiyyət 17 il ərzində korrupsiya ilə bağlı məsələlərə bir aydınlıq gətirə bilmədi. Korrupsiyanı yaradan amillər, yaşadan motivlər göz qabağındadır.
– Son vaxtlar elə bil buna cəhd artıb. Yox?
– Cəhd var, yanaşma doğru deyil. Deyək ki, Sərhəd Xidmətinin rəis müavinini korrupsiya ittihamı ilə tutdular və bir neçə müddətdən sonra ev dustaqlığına buraxdılar. Cəzası bundan ibarətdir? Halbuki, korrupsiya ittihamı çox ağır ittihamdır. Burada da korrupsiyanın mövcudluğundan xəbər verən bir şey var. Bilirsiniz, məsələnin mahiyyəti nədən ibarətdir? Korrupsiyanın qarşısını birmənalı şəkildə hüquq-mühafizə orqanlarının xətti ilə, korrupsionerləri həbsə atıb, sonra buraxmaqla almaq mümkün deyil. Çünki pulları, imkanları var, əgər məhkəmə hakimiyyəti, prokurorluq sistemi korrupsiyanın içərisindədirsə, onlar öz pullarını verib bir müddətdən sonra həbsdən də azad olacaqlar, yenə əvvəlki həyatlarına qayıdacaqlar. Korrupsiya ilə mübarizə üçün elə bir sistem qurulmalıdır ki, imkan verməsin belə adamlar yenə əvvəlki korrupsioner həyatlarına qayıtsınlar. O sistemlərdən biri çox sadədir. Bütün dünyada tətbiq edirlər. Götürək cəza mexanizmini. Bu, heç yanda təhlükəsizlik xidmətləri xətti ilə həyata keçirilmir. Əgər onlar büdcə vəsaitini mənimsəyiblərsə və biz hüquqi dövlətdə yaşayırıqsa, onda Hesablama Palatası var. Palata dövlət büdcəsinin icrasına nəzarət edən yoxlama institutudur, getməlidi, yoxlamalıdı, yeyinti ilə bağlı faktlar varsa, prokurorluğa təqdim etməlidi, prokurorluq da faktlar əsasında cinayət işi açıb korrupsioneri həbsə atmalıdı. Mexanizm bundan ibarətdir. Yoxsa, bu gün DTX ezam olunur bir rayona, sabah başqa rayona…
– Amma korrupsionerlərdən bezmiş camaat özü çağırırdı DTX-nı. Bir tezis var idi: bizim rayona da gəlin!
– Çünki həqiqətən beziblər, istəyirlər ki, həmin adamlar hər hansı variantda cəzalandırılsınlar. Onların cəzanlandırılması camaatda belə təsəvvür yaradır ki, bununla korrupsiyanın sonu çatır. Amma sistem imkan vermir ki, biz korrupsiyanı sona çatdıraq. Başqa vacib məsələ əmlakın, gəlirlərin bəyan edilməsidir. Bizim haqqımız var bilək ki, yeni vəzifəyə təyin olunmuş nazirin nə qədər əmlakı, gəlirləri var və bir ildən sonra o, hesabat verəndə yenə müqayisə edək, görək ki, əmlak və gəlirlərin artım mənbəyi nədir? Əməkhaqqıdırmı, yoxsa, başqa mənbə? Bu, dünyada sivil olaraq qəbul edilmiş qaydadır. Hətta bəzi ölkələr daha irəli gediblər. Orada yalnız əmlak və gəlirlər açıqlanmır, həm də xərclər açıqlanır. Tələb qoyublar ki, məmurların böyük xərcləri açıqlanmalıdır. Londonda Zamirə Hacıyeva məsələsi nədən meydana çıxdı? Bir mağazada görüblər ki, bir nəfər böyük xərclər edir, halbuki mağazanın marağında idi ki, müştərisi gəlsin, orda pul xərcləsin, amma qanunların aliliyi əsasında müəyyən orqanlara məlumat vermişdi ki, bir nəfər burada böyük alış-veriş edir, araşdırın, görün onun gəlir mənbəyi leqaldırmı? Çünki xərclər üzərində də nəzarət var. Dediyim ondan ibarətdir ki, korrupsiya ilə mübarizə istiqamətində gəlir deklarasiyalarından tutmuş, məlumatlara çıxışın asanlaşdırılmasına, şəffaflığın və hesabatlılığın artırılmasına kimi kifayət qədər böyük iş görülməlidir və o işi bir ay, hətta bir həftə ərzində də görmək mümkündür. Əsas siyasi iradədir.
– Beləliklə, Azərbaycanın gələcək inkişaf modelini necə görürsünüz?
– Azərbaycanın inkişaf modelini mən iqtisadi liberallaşmada görürəm, hüquqi dövlətdə görürəm. Üçüncüsü, sosial təminatlı rifah dövlətinin yaradılmasında görürəm. Bu üç elementi təmin edə bilsək, Azərbaycanı çox qısa müddətdə, demirəm ki, Mərkəzi Avropa, Şərqi Avropa səviyyəsinə çatdırmaq mümkündür. Amma bu elementlərdən biri olmasa, digəri işləməyəcək. Məsələn, hətta iqtisadi liberallaşma olarsa, qanunun aliliyi olmazsa, ölkəyə xaricdən sərmayə gəlməyəcək və iqtisadiyyat modernləşməyəcək. Xaricdən sərmayə təkcə pul demək deyil, innovasiya deməkdir, texnologiya deməkdir.
– Qarabağsız bu model mümkündürmü? Tovuz hadisələri göstərdi ki, ölkədə 3 gün ərzində hər şey dəyişə bilər. Və bunu qısamüddətli müharibə də edə bilər. Ona görə, hansı modeli qəbul etməyimizdən asılı olmayaraq, Qarabağ probleminin həlli prioritet vəzifə kimi qarşıdadır. Amma necə? Genişmiqyaslı müharibəyə imkan verilmir, orda-burda təpə almaqla iş keçmir, danışıqlar səmərəsizdir, beynəlxalq aləm paritet saxlayır. Bu sehrli dairədən çıxmağın yolunu görürsünüzmü?
– Qarabağ məsələsinin həllinin, ərazi bütövlüyünün təmin edilməsinin yolunu mən nədə görürəm: əvvəla, demokratikləşmədə. Çünki Qarabağ məsələsi artıq iki dövlət arasındakı məsələ deyil, qloballaşmış məsələdir. Qlobal miqyasda demokratik ölkələr özünə daha çox dost qazana bilir, nəinki avtoritar ölkələr. Bizim daha çox dost qazanmağımız üçün demokratikləşməyə ehtiyacımız var. Götürün Gürcüstanı və Ukraynanı, onların viza liberallaşdırması ilə müqayisə aparın: onlar daha çox ölkələrə vizasız gedib-gələ bilirlər. Bu bir indikatordur, göstərir ki, onlara daha çox etibar edirlər, nəinki azərbaycanlılara. Gürcüstanda bu göstərici 128-dirsə, Azərbaycanda 65-dir. Bu gün Qarabağ münaqişəsini həll etmək üçün bizim haqq səsimizi müdafiə edən dost ölkələrə ehtiyacımız var. İkinci məsələ, düşünürəm ki, insan, onun güclü vətəndaş olaraq formalaşması məsələsidir. Tovuz döyüşlərində iki ciddi nəticə oldu. Müstəqilliyimiz tarixində ilk dəfə şəhid generalımız oldu və xalq onu qəhrəmanına çevirdi. İnsanlar cuşa gəldilər və 15 iyulda orduya dəstək aksiyası ilə küçələrə çıxdılar. Elə bil ki, xalq özünə qayıdırdı, güclü vətəndaş formalaşması prosesini görə bilirdik. Bunu görmək üçün xalqa belə azadlıqlar vermək lazımdır. Güclü vətəndaş bizə həm müharibə üçün, həm də sülh üçün lazımdır. Güclü vətəndaş deyəndə, mən həm də ağıllı vətəndaş nəzərdə tuturam. Bizdə vətəndaş cəmiyyəti inkişaf edərdisə, azad mətbuat olardısa, biz daha çox beynəlxalq arenaya çıxa bilərdik. Mən özüm 2014-cü ilə qədər bunun birbaşa şahidi olmuşam. Amma bu gün ermənilər bizi üstələyirlər, çünki onların vətəndaş cəmiyyəti və mətbuatı daha azaddır. O baxımdan deyirəm ki, demokratik Azərbaycan və güclü vətəndaş. Amma bunun da mütləq üstqurumları olmalıdır: güclü iqtisadiyyatımız olmalıdır, iqtisadiyyatımız olmasa, qüdrətli dövlətimiz və güclü ordumuz olmayacaq. Məsələn, mən 1995-2020-ci illərdə həm Ermənistanda, həm Azərbaycanda müdafiə xərclərini müqayisə etmişdim. Ermənistanda bu, 6,5 milyard, Azərbaycanda isə təxminən 30 milyard dollar idi. Həqiqətən bizim ordumuz silahına, texniki göstəricilərinə görə Ermənistan ordusundan güclüdür. İqtisadiyyatsız bunu edə bilməzdik.
– İqtisadiyyatla siyasəti bir-birinə bağladınız. Qubad bəy, rəhbərlik etdiyiniz Demokratiya və Rifah Hərəkatını bu payızda partiyaya çevirəcəksiniz. Açığı, şəxsən mənim üçün sizin iqtisadçı imiciniz siyasi imicinizi qabaqlayır. Dediyim o anlama gəlməsin ki, siyasi təcrübənizin azlığına işarə edirəm. Siz çoxdan bu meydandasınız, deputatlığa namizəd olmusunuz, Müsavat Partiyasının rəhbərliyində təmsil edilmisiniz, hətta bir müddət prezidentliyə namizədlik məsələniz müzakirəyə çıxarılıb. Sözümün canı var: siz partiya yaratmaqla bir səddi keçirsiniz. Artıq sizdən iqtisadçı rəyi yox, siyasətçi qərarı gözləyəcəklər. Və niyə məhz indi? Səhv etmirəmsə, hərəkatınızı 5 il əvvəl yaratmısınız. Bu son ildə nə dəyişdi ki, partiya quruculuğuna başlayırsınız: hakimiyyətmi laxlayıb, müxalifətinmi yeri boşalıb, yoxsa ölkədə siyasi mübarizə imkanları genişlənib?
– Partiya qərarını indi verməmişik. Ötən il verdik, hərəkatın partiyaya transformasiyası istiqamətində bir plan qəbul elədik, təəssüflər olsun ki, pandemiya imkan vermədi həyata keçirək. Yəni, bu, sırf indiki şəraitlə bağlı olan qərar deyil ki, deyək, hakimiyyət laxlayıb, ya biz hansısa fürsət görürük. Mən istəyirəm ki, bu kollegial bir partiya olsun, ağıllı adamların, ağıllı başların partiyası olsun ki, orda debatlar üçün şərait yaransın. Mən bilirəm ki, Azərbaycan gənci də bir xarizmatik lider ətrafında partiya formalaşmasına razı deyil, istəyir ki, partiyada kollegiallıq, açıqlıq, şəffaflıq, hesabatlılıq olsun. Biz istəyirik nümunə olaraq bunu quraq. Başqa məsələ ondan ibarətdir ki, Azərbaycanda kim daha hiyləgərdirsə, kim daha yaxşı ixtilaf yaradırsa, onu daha yaxşı siyasətçi hesab edirlər. Amma siyasət o demək deyil ki, bunu çirkli şəkildə həyata keçirməlisən. Siyasət həm də o deməkdir ki, sən səmimi, şəffaf olmalısan. Biz bunu gətirmək istəyirik Azərbaycan siyasətinə. Həm də qanunvericiliyə görə, siyasi partiyaların daha geniş fəaliyyət imkanları var, nəinki hərəkatın. Ümumiyyətlə, hərəkatın hüquqi statusu yoxdur.
– Siz demisiniz ki, Azərbaycan cəmiyyətində kəskin qütbləşmə var. Hazırkı siyasəti tənqid edəndə müxalifətin, təqdir edəndə iqtidarın adamı kimi qəbul olunursan. Mərkəz yoxdur. Dərdimi təzələdiniz. Belə başa düşürəm ki, partiyanız mərkəzçi müxalifət partiyası olacaq. O zaman deyə bilərsinizmi ki, bir tamaşada soruşulan kimi, “bunun ortası hardadır?” Siyasi sistemdə yerinizi harda, hakimiyyətlə və digər müxalflərlə münasibətlərinizi necə görürsünüz?
– Azərbaycanda bir ideoloji boşluq da var. Partiyanın sağçı, solçu, mərkəzçi olmasını müəyyənləşdirmək mümkün deyil. Məsələn, Azərbaycanın Konstitusiyasında “sosial rifah dövləti” qeyd olunur, amma demək olmaz ki, YAP hakim partiya olaraq solçu partiyadır. Solçu partiya olsaydı, ən azı pandemiya dövründə ehtiyacı olanların hamısına 190 manat, yaxud daha layiqli yaşayışı təmin edən vəsait verərdi. Postpandemiya dövrü kifayət qədər fərqli görsənir bizə və biz bunu tədqiq edirik. Postpandemiya dövründə solçuluqla sağçılığın kombinə edilmiş variantı görsənir. Təbii ki, biz solçu mövqedə deyilik, eyni zamanda sağçı olaraq da elə bir mövqe tutmalıyıq ki, bu, Azərbaycan iqtisadiyyatının inkişafına həqiqi stimul versin. O ki qaldı iqtidar və müxalifətə münasibətimizə, Azərbaycan üçün bəzi önəmli məsələlərdə, məsələn, Qarabağ məsələsində hərəkatımız heç vaxt iqtidar-müxalifət bölgüsü tanımayıb, belə məsələlərdə biz hakimiyyətin bölüşdüyü mövqeni müdafiə edəcəyik. Təbii ki, Azərbaycanın dövlət marağını əsas götürəcəyik. Digər müxalif partiyalarla münasibətlərə dair isə deyim ki, hər hansı tək partiya qarşıda duran vəzifələri həll etmək gücünə malik deyil, biz də o iddiada deyilik, bilirik ki, resurslar məhduddur. Ona görə, mütləq birgə fəaliyyətdən söhbət gedə bilər ki, müəyyən funksional əməkdaşlıq olsun. Amma bizim başqa siyasi partiyalardan fərqli cəhətimiz də var. Məsələn, postpandemiya dövrü hələ başlamayıb, amma biz bununla da bağlı hökumətə təkliflər vermişik. Bir paket hazırlayıb aprelin 6-da dövlət orqanlarına göndərdik. Ən azı bilirəm ki, bunu oxudular, çünki oxumasalar, təklif etdiyimiz tədbirləri həyata keçirməzdilər. Artıq bizim paketdəki təkliflərin yarıdan çoxu həyata keçirilib. Sonra korrupsiya ilə mübarizəyə dair “32 addım” adlı tədbirlər paketi təqdim etdik. Milli Məclisdən cavab aldıq ki, araşdırırlar. Yəni, biz gələcəyə falçı kimi baxmırıq. Biz istəyirik gələcəyə proqramlarla, konsepsiyalarla baxaq.
– Maraqlı işarələr vurdunuz. Nə isə, qəliz məsələlərə toxunduq, bəsdir Azərbaycanda var-gəl elədik. Sizi qaytaraq Amerikaya. Oxuculara xatırladım ki, professor Qubad İbadoğlu 2015-ci ildən ABŞ-ın məşhur Dyuk, Prinston, Rutgers universitetlərində çalışır. Qubad bəy, Amerika həyatı sizi dəyişibmi və nə verib ki, o şeylərdən biz burada məhrumuq?
– Amerika həyatı çox fərqli həyatdır, burada obrazlı desək, tavan çox yüksəkdir. Nə qədər yuxarı tullansaq da, başımız tavana dəymir. Azərbaycanda bir balaca tullanmaq istəyirsən, başın tavana dəyir. Burada öz potensialını reallaşdırmaq imkanı hədsiz dərəcədə yüksəkdir. Bütün institutlar ancaq insanlara xidmət edir, insanlar da öz qabiliyyətinə görə mövqe tuturlar. Təbii ki, Amerikada burjua həyatı yaşamıram, sadə professor həyatı yaşayıram, əsas işim də ondan ibarətdir ki, buranın mədəniyyətini öyrənim, inkişafını öyrənim ki, hansı amillər hesabına baş verib. Amerikanın inkişafının ən böyük səbəbi, deyərdim ki, Amerikadakı universitetlərdir. Onlar özləri dövlət kimi bir şeydir. Bizim universitetin 70 min tələbəsi, 28 min işçisi var, polisi var, hospitalı var, televiziyası var. SOCAR-dan da geniş imkanlara malikdir. Auditoriyaya girirəm, bütün dünyanı görürəm gözümün qabağında. Azərbaycanda olanda mən nə öyrənmişəmsə, böyüklərdən öyrənmişəm. Tale elə gətirib ki, hara getmişəm, böyüklərlə ünsiyyətdə olmuşam. Hətta ali məktəbə imtahan verəndə pasportum yox idi, 16 yaşım tamam olmamışdı, yeganə adam idim ki, əlimdə yaşıl rəngdə doğum haqqında şəhadətnamə var idi. Ona görə adımı qoymuşdular “metrikalı oğlan”. Burada isə mən özümdən cavanlardan öyrənirəm, tələbələrimdən də öyrənirəm, çünki onların davranışları, təfəkkürləri tamam fərqlidir. Universitetdə professorlar üçün məhdudiyyətlər yoxdur, hər şey onların öz öhdəsinə buraxılıb. Hər yerdə etibar var, inam var. Bir dəfə kompüter almışdım, işlətdim bir müddət, sonra xoşuma gəlmədi, gec açılır, gec bağlanırdı. Apardım öz qutusunda qaytarmağa. Verdim satıcıya çekini, aldı, pulu qaytardı. Mən də gözləyirəm. Satıcı dedi ki, hər şey bitdi. Dedim, axı baxmadınız qutudakı kompüterdi, yoxsa başqa şey. Sual verdi ki, qutudakı kompüterdi? Dedim, hə. Dedi, daha nəyə görə ona baxmalıyam? Bizdə aparsaydım, açardı, baxardı, deyərdi ki, cızığı var, mən bunu qaytara bilmərəm. İstehlakçı hüququndan tutmuş, insanların mədəniyyəti, təfəkkürü, ictimai şüuruna qədər fərqli bir ölkədi. İstərdim, Azərbaycan cəmiyyəti də elə olsun, Azərbaycan dövləti də elə olsun. Təbii ki, ölkəmiz üçün darıxıram. İnandırım sizi, çox, çox darıxıram, dostlar üçün, qohumlar üçün, o cəmiyyət üçün. Və bizim ölkədən gözəl ölkə görmədim. Hesablasan, dünyanın 80-90 ölkəsinə getmişəm, amma ən gözəli Azərbaycandı. Azərbaycanımızı dəyişmək və dünyanın ən yaxşı ölkələrindən birinə çevirmək həqiqətən mümkündü.
– Bu müsahibəyə baxmayaraq vədimiz qüvvədədir, Qubad bəy. Vətənə yollar açılanda görüşüb söhbətimizi kamerasız davam etdirərik. Yolunuz həmişə açıq olsun. Uğurlar!
Xəbərin oxunma sayı : 7519
Müsahibə
Xəbərlər
-
Ermənistanla sülh yalnız kağız üzərində deyil - İlham Əliyev
-
“Məktəb təhsili ilə 50 bal da toplaya bilmirlər” - ETİRAZ
-
“Sabah“ məşhur futbolçunu transfer edir - “Atletiko Madrid“də oynayıb
-
Prezident XIII Qlobal Bakı Forumunda çıxış etdi - Fotolar
-
“İranda rejim dağılmayacaq” - Kəşfiyyat hesabatları
-
Masazırda parkın ərazisində obyekt tikilir? - FOTOLAR
-
Qlobal Bakı Forumunun XIII toplantısı 400 nəfəri bir araya gətirəcək - Hikmət Hacıyev
-
Tehranda terror aksiyası – 10 polis həlak oldu
-
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
-
“Müharibə regionu “od halqasına” doğru aparır“ - Yaşar Gülər
-
Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar - SİYAHI
-
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edir - VİDEO
-
Aygün Kazımovanın bir günü necə keçir? - Sirlərini açıqladı
-
Könül Həmzəyeva saxlanıldı - Külli miqdarda dələduzluq ittiham olunur
-
MOK-da yeni komissiya yaradıldı - Azər Əliyevə yeni vəzifə verildi
-
“ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək“ - Tramp
-
Qoyun oğrusunun həyat dramı - Cəriməsini ödəmək üçün cinayət törətdi
-
Prezidentin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu - FOTOLAR
-
Müşfiq İmranov və biznesi - AAYDA məmurlarının diqqət çəkən sərvəti
-
Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana getdi - Fotolar
-
Ramazan ayının 22-ci günü: İmsak və iftar vaxtı
-
Azərbaycanın strateji ərzaq ehtiyatı necə müəyyən edilir? - RƏSMİ
-
Turizm Agentliyindən milyonluq tender: MDB və Cənubi Asiyada Azərbaycanı kimlər “tanıdacaq“?
-
Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?
-
“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür - Bəs idarənin texnikalarını kimlər talayıb
-
Putin G20 sammitində iştirak edəcək? - Peskovdan açıqlama
-
“Biz artıq Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək“ - Azərbaycan Prezidenti
-
Kim Çen In 13 yaşlı qızı ilə qanadlı raket sınaqlarını izlədi - FOTO
-
“Aİ Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır“ - Prezident İlham Əliyev
-
Bakı meri dövlət tenderini özünə yaxın şirkətə verib - ARAŞDIRMA
-
Pentaqon 5 gündə 50 milyard dollar xərcləyib: Lüks qida, bahalı
-
İlham Əliyevlə Antonio Koşta mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərbaycanla sülh növbəti yüz, hətta min il ərzində əhəmiyyət kəsb edəcək“ - Paşinyan
-
Müharibədə nə qədər ABŞ hərbiçisi xəsarət alıb? - Say açıqlandı
-
Kamran Əliyev Sabunçuda qəbul keçirdi - FOTO
-
Əliyevin Koşta ilə təkbətək görüşü oldu - FOTOLAR
-
“ABŞ-İsrail-İran müharibəsi regionu alova bürümədən dayandırılmalıdır“ - Ərdoğan
-
Müştərilər ən çox bu banklardan şikayət edirlər - Tam siyahı
-
Pezeşkiandan qonşulara “atəşkəs“ mesajı: “Yalnız ABŞ bazalarını vuracağıq“
-
Ülviyyə Ağazadə pasiyentə 32 min manat təzminat ödəyəcək - SƏBƏB
-
ADY-nin departament müdiri işdən çıxdı, yenisi təyin olundu - FOTO
-
Nizami rayonunda icazəsiz tikinti aparan Razim Rüstəmov kimdir? - VİDEO
-
“8 noyabr” prospektində köhnə dəmiryolu relsləri niyə sökülür? - VİDEO
-
Putin İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
-
AYNA son bir gündə 11 obyekt icarəyə götürüb - TAM SİYAHI
-
Mbappe məşhur aktrisa ilə sevgilidir? - Madridə eyni təyyarədə getdilər
-
Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 27 nəfər işsiz qaldı
-
Azərbaycanda üç kəndin adı milliləşdirilir - QƏRAR VERİLDİ
-
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
-
Masazırda “hazır bina” üzərində gizli mərtəbə əməliyyatı - Qanunlar kimə işləyir? (FOTO)
-
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
-
Azərbaycanda qarpız ən çox hansı rayonlarda yığılır? - Tam siyahı
-
“İrana qarşı hərbi əməliyyatların payıza qədər davam edəcək“ - Zelenski
-
Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI
-
Paytaxtda qeyri-adi xidmət: Taksi sürücüsü dərd dinləməyə görə pul alır - VİDEO
-
“TikTok”da sevgilisi ilə açıq-saçıq görüntülərini paylaşdı - Cəzalandırıldı
-
Əlindəki idman çantasından 1,6 milyon manatlıq heroin çıxdı - VİDEO
-
Kanalizasiya kollektorunun üzərində tikilən təhlükəli evlər: Əhmədli sakinlərinin problemi
-
Mehdiabad qəsəbəsində qalaq-qalaq məişət tulantıları - ŞİKAYƏT/ VİDEO
-
Azərbaycan nefti 12 dollardan çox ucuzlaşdı - 90 dollara düşdü
-
İran ən irimiqyaslı hücumu həyata keçirib - Hücum azı üç saat çəkib
-
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
-
Böyük Qayıdış davam edir - Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
-
ABŞ İsrail xəbərdarlıq etdi - “İranın enerji və neft infrastrukturuna zərbə endirməyin“
-
Könül Həmzəyeva axtarışa verildi - Külli miqdarda dələduzluqda ittiham olunur
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
-
Ramazan ayının 21-ci günü - İmsak və iftar vaxtları
-
Çətin keçdiyi deyilən buraxılış imtahanları ilə bağlı müzakirələr səngimir - VİDEO
-
“Həkimlərin dediyinə heç fikir də vermədilər...” - Qənirə Paşayevanın bacısı
-
Mask yenidən dünyanın ən varlısı oldu: Sərvəti rekord həddə çatdı
-
Sifarişlə avtomobil gətirərkən aldanmamaq üçün nə etmək lazımdır? - VİDEO
-
15 yaşlı oğlan müəmmalı şəkildə öldü - Ailəsi hadisəni gizlətməyə çalışdı
-
Putin Pezeşkianla telefonda danışdı - Yaxın Şərqdəki vəziyyəti müzakirə edilib
-
Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - VİDEO
-
Merkel, Zelenski və Valensa ilə təltif olunublar - Avropa Xidmət Ordeni ilə
-
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
“İranın raket buraxılışları 90%, dron hücumları isə 83% azalıb“ - Heqset
-
Paytaxtın bu ərazisində 3 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
“Qarabağ“ın futbolçusu Kolumbiya millisində - İlk dəfə
-
Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi - Azərbaycana dəstəyini ifadə edib
-
Son 10 ildə ən çox hansı xərclərimiz artıb? - SİYAHI
-
İsrailə raket hücumu: Azərbaycan vətəndaşı həlak oldu
-
Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
-
ABŞ Rusiyaya qarşı neft sanksiyalarını qismən yumşalda bilər... - Bloomberg
-
“Homeline“ şirkətinin direktorundan dələduzluq - 300 min manata yaxın...
-
Qaçırdığı qızı zorla videoya çəkdi - Dostları ilə birgə tutuldu
-
Nazir Prezident mükafatçısına vəzifə verdi - Qayıbov əmr imzalayıb
-
“İranın yeni ali lideri Trampın sözlərinə qulaq asmalıdır“ - Heqset
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Surxanı icra başçısı Adil Əliyevin 3 mərtəbəli obyekti - Qiyməti 4-5 milyon manatdır
-
“Evimiz Store“un rəhbəri ilə bağlı qərar verildi - Yarım milyonluq borca görə...
-
Moskva və Qars müqavilələrinin adı - Naxçıvan Konstitusiyasından çıxarıldı
-
İrandan 10 gündə 3 mindən artıq hücum - Bu ölkələri hədəf aldı
-
Gözdən əlil qadın 18 ildir növbədədir, amma mənzil ala bilmir və Agentlik susur...- ŞİKAYƏT
-
Saleh Məmmədov çətin vəziyyətdə - “ATF” MMC şirkəti yoxlanılır
-
“Tramp Putindən Ukraynada atəşkəs istəməyib“ - Kreml
-
Buraxılış imtahanda suallar yenə çətin olub? - DİM-dən açıqlama
-
Paşinyanın boşanmasının səbəbi: Anna Akopyan Pekin sammitində sərxoş olub...
-
“Yaxın Şərqdə müharibənin yeganə qalibi Rusiyadır“ - Aİ lideri
-
Qarabağa qayıdış: 2025-də hansı kənd və şəhərə neçə nəfər köçüb?
-
Pakistan donanması ticarət gəmilərini müşayiət edəcək: Yeni əməliyyatın anonsu
-
Ağsuda dələduzluq edən qadın “məmur“ tutuldu -FOTO
-
Ermənistan Xarici Kəşfiyyat Xidməti: Seçkilərlə bağlı diaspora təzyiq edilir
-
Daha bir quruma xidməti avtomobillər veriləcək - QƏRAR
-
Türkiyə bu şəhərə “Patriot“larını göndərir - İrana qarşı müdafiə gücləndirilir
-
Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi - Nələr Olacaq?
-
“Azeri Light“ 4 ilin zirvəsində: Bahalaşan neft Azərbaycan üçün nə vəd edir?
-
Orta aylıq maaş 1400 manata çatır - Bakıda 4 min manat qazananlar kimlərdir?
-
Verdiyiniz borcu geri ala bilmirsinizsə - Bu yazını oxuyun!
-
Müğənninin evinə basqın: Təqsirləndirilən şəxslərin işi Ali Məhkəmədə araşdırılır
-
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
-
İran xaricdəki “yatan hüceyrələri” aktivləşdirə bilər - ABC News
-
“Narahatlığa heç bir əsas yoxdur” - Müdafiə Nazirliyi çağırış etdi
-
Babək prospektində qalmaqallı tikinti - nə icazə var, nə də nəzarət (FOTOLAR)
-
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü - Kəskin bahalaşma
-
İran ABŞ ilə yeni danışıqları nəzərdən keçirmir - Abbas Əraqçi
-
Prezidentin tapşırığı ilə İrana humanitar yardım yola salındı - Fotolar
-
Abramoviç pullarının bir hissəsini Rusiya ordusuna vermək istəyir - İddia
TOP 10
ARXİV






