“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Xalq artisti Rasim Balayev:“Kino yoxdur, oturmuşam evdə, qapılmışam özümə“

Tarix 10.09.20, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


“Kino yoxdur, oturmuşam evdə, qapılmışam özümə. Kino çəkilsə, başım qarışar, səhhətimə də müsbət təsir edər. Məsələ burasındadır ki, kino komanda işidir, bir nəfərin öhdəsindən gələ biləcəyi iş deyil. Bunun üçün ssenaristlər, rejissorlar olmalıdır”.

AzFakt.com xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Rasim Balayev deyib.

Aktyor seriallara çəkilmək istəmədiyini də bildirib.

“Bir çox xalq artistləri seriallarda çəkilir, siz niyə çəkilmirsiniz”, – sualına Rasim Balayevin cavabı belə olub:

“Seriallara çəkilmək istəmirəm. Çünki serial bazarı bizdə hələ inkişaf etməyib, “xaltura”dır, ssenarini də mənasız yerə uzadırlar. Xalq artistləri də neyləsin, məcburiyyətdən çəkilirlər. Oturublar evdə, pul yox, maaş yox, yaradıcılıq yox, bağırları çatlayır, ona görə də seriala çəkilməyə razılıq verirlər”.




Xəbərin oxunma sayı : 409




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap