Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Səfər Mehdiyevin 1.3 milyonluq bünövrəsi: “Progress“ şirkəti kimindir?

Tarix 12.09.20, 11:07

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsi "Progress” Sənaye-İstehsalat Şirkəti ilə maliyyə dəyəri 1 331 832.61 AZN olan müqavilə imzalayıb. 

AzFakt.com yenisabah.az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət bu məbləğə DGK-nın yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərini həyata keçirməlidir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Progres” Sənaye-İstehsalat Şirkəti 26 dekabr 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20, mənzil 5B-də yerləşir. "Progress”in qanuni təmsilçisi Atakişiyev Azər Mətləb oğludur.

Açıq mənbələrdə Azər Atakişiyev barəsində hər hansı məlumat yoxdur. Elə "Progress” də 26 ildir fəaliyyət göstərməsinə baxmayaraq o qədər də tanınan şirkət deyil. Hər halda şirkət haqqında axtarışlarımız nəticə vermədi. Buna baxmayaraq, "Progress”  ayrı-ayrı yerli və mərkəzi icra hakimiyyətlərinin keçirdiyi milyonluq tenderlərin qalibi olub. Məsələn, şirkət Kürdəmir, Ucar, Ağcabədi, Abşeron rayonları ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisi işləri üzrə 1 may 2019-cu ildən 13 mart 2020-ci ilə qədər ümumi dəyəri 18 milyon manat civarında 6 tender udub.

Dövlət qurumlarının 20 manatlıq şirkətə iri məbləğli layihələri hansı səbəbdən etibar etdiyi bəlli deyil.



Xəbərin oxunma sayı : 727




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap