| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Ədalət hissini itirmiş Makronun terrorçu Ermənistan sevgisi...“ - Vüqar Rəhimzadə
Tarix 02.10.20, 19:23 |
|
“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cinayətkar əməlləri nəticəsində cəbhə boyu baş verən qanlı hadisələr bəraəti olmayan insidentdir. Bu hadisələr Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. İşğalçı dövlətin təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirdikdə hansı plan üzərində çalışdığını aydın görmək mümkündür. Düşmənin əsas məqsədlərindən biri danışıqlar prosesini pozmaq, münaqişənin həllini uzatmaqdır. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması bir neçə yaşayış məntəqəsinin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə nəticələnib. Cəbhə xəttində şiddətli döyüşlər bu gün də davam edir. Azərbaycanın döyüş meydanında üstünlüyü işğalçı Ermənistanın, ona havadarlıq edən dövlətlərin, beynəlxalq təşkilatların narahatlığına səbəb olur. Artıq dünya bu reallığı qəbul etmək məcburiyyətindədir ki, kağız üzərində qalan bəyanatlarla Azərbaycan dövlətini, xalqını arxayın salmaq, bundan sonra hələ neçə illər də gözlətməyə vadar etmək mümkün deyil.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə diqqəti bu məqama yönəldib ki, möhtərəm Prezidentimiz İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxışında bildirmişdir ki, dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir: «Dağlıq Qarabağın nəzərətsiz zona olduğu, bu ərazilərdə narkotik bitkilər yetişdirildiyi və əldə olunan vəsaitlərin terror təşkilatlarının fəaliyyətinə yönəldilməsi inkaredilməz faktlardır. Rəsmi Bakı bu faktları dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edib» söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, lakin beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq etməyə adətkar olan dövlətlər, aparıcı beynəlxalq təşkilatlar ikili siyasətləri ucbatından belə çağırışları arxa plana keçirir, özlüyündə terroru dəstəkləməklə onun coğrafiyasının genişləndirilməsinə şərait yaradırlar: «Ermənistanın müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edərək onları Azərbaycana qarşı istifadə etdiyini təsdiqləyən xeyli sayda faktlar mövcuddur. «Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir» deyən möhtərəm Prezidentimiz İlham Əliyev BMT-nin tribunasından işğalçı dövlətin Azərbaycana qarşı 30-dan artıq terror aktı törətdiyini bəyan edib. ASALA erməni terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Bu statistika da dünya dövlətlərinə çox yaxşı bəllidir ki, erməni terrorçuları 24 türk diplomatını qətlə yetiriblər. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Təsadüfi deyil ki, günü bu gün də həmin cani, terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.»
Baş redaktor dünya mətbuatında da PKK muzdlularının Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşdüyünün faktlar əsasında sübuta yetirildiyini vurğulayıb. Bildirib ki, nüfuzlu dövlətlər, aparıcı beynəlxalq təşkilatlar tərəfindən PKK döyüşçülərinin Dağlıq Qarabağda məskunlaşdırılmasına göstərilən seyrçi münasibət birmənalı qarşılana bilməz. Məhz bu kimi laqeydliklərin, Ermənistan kimi təcavüzkar ölkəyə dəstəklərin nəticəsidir ki, dünya COVID-19-la birgə mübarizə apardığı bir zamanda işğalçı dövlət faşist siyasətini daha qabarıq şəkildə büruzə verir, təxribatlarını davam etdirir: «Ermənistan artıq uzun illərdir ki, işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparır» söyləyən V.Rəhimzadə Azərbaycan dövlətinin bu faktın araşdırılması ilə bağlı BMT-yə müraciət etdiyini, bu addımın işğalçı Ermənistanda və onun havadarlarında böyük narazılıqlar yaratdığını xatırladıb: «Ermənistan və ona dəstək olan dövlətlər Azərbaycan dövlətinin bu təşəbbüsünü ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina kimi dəyərləndirərək ATƏT-in Faktaraşdırıcı Missiyasının yaradılmasını daha zəruri hesab etdilər. Həmin missiya tərəfindən işğal edilmiş ərazilərə iki dəfə təşkil olunan səfər bu məqamı təsdiqləsə də, hesabatda öz əksini tapmadı. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış hesabat gözlədiyi halda, onlar baş verənlərə heç bir reaksiya vermədilər. Bu gün də eyni vəziyyət yaşanmaqdadır.»
Sentyabrın 29-da BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı iclasının keçirildiyini önə çəkən baş redaktor bildirib ki, iclasın nəticəsi gözləniləndən fərqli oldu. Belə ki, yekun Bəyanatda qeyd edildi ki, Azərbaycan və Ermənistan arasında döyüşlər dayandırılsın, tərəflər sülh prosesinə cəlb edilsin, danışıqlar davam etdirilsin: «Amma gözləntilər tamamilə başqa idi. Halbuki həmin qapalı iclasda BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamənin icra edilməməsi ilə bağlı işğalçı dövlətə sanksiya tətbiq edilə bilərdi. Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüşdə də möhtərəm Prezidentimiz bu faktı BMT rəhbərinin diqqətinə çatdırmışdır ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış könüllülər dəstələri yaradıb. Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makronun dövlətimizin başçısı İlham Əliyevə telefon zəngində də döyüşlərin dayandırılmasının, sülh danışıqlarının davam etdirilməsinin zəruriliyini bildirməsi bir çox məqamlara aydınlıq gətirir. Fransa kimi bir dövlətin, ən əsası BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi belə mövqe tutması onun münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. İşğalçının adı ilə çağırılması bir qayda olaraq ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən birtərəflilik kimi dəyərləndirilir, amma fürsət düşən kimi həmsədrlər tərəfindən işğalçı Ermənistana açıq-aşkar dəstək ifadə olunur. Görünür, ATƏT-in Minsk qrupu həmsədrlərinin «özünəməxsus» prinsipləri mövcuddur. Fransanın Ermənistana dost ölkə olduğu da məlum faktlardandır. Məhz bu sevgi Fransanın heç bir araşdırma aparmadan qondarma «erməni soyqırımı»nı tanımasını şərtləndirib, hətta o, bu tələblə digər dövlətlərə də müraciət edib. Fransa Senatında qondarma «erməni soyqırımı» məsələsini tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması da bu ölkə rəhbərlərinin erməni sevgisinin göstəricilərindəndir. E.Makron prezident seçildikdən sonra 24 apreli qondarma “erməni soyqırımı”nı anma günü də elan edib.
Bütün bu addımlar fonunda dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar özlərini ədalət, sülh tərəfdarı kimi göstərməyə çalışsalar da, reallıq budur ki, onlar Ermənistana dəstək göstərməkdə davam edirlər. Bu dəstəklərin acı nəticələrinin fərqində olmayan həmin dövlətlər heç olmasa nəhayət, dərk etməlidirlər ki, ədalət deyilən bir meyar var. Dövlətimizin başçısı İlham Əliyevin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşündəki nitqində söylədiyi bu fikirlər dünyanın bugünkü mənzərəsini təqdim edir: “Mən açıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir…İndiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin?»
V.Rəhimzadə bildirib ki, dünya ictimaiyyətinin rəsmi Bakı tərəfindən ünvanlanan bu suallara cavab vermək imkanının hansı səviyyədə olduğunu onların Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri, bu günədək kağız uzərində qalan bəyanatlarının reallıqda öz əksini tapıb-tapmayacağında görmək olar.
Xəbərin oxunma sayı : 829
Analiz
Xəbərlər
-
İcra Hakimiyyətində əməliyyat - 2 vəzifəli şəxs saxlanıldı
-
“Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik“ - Prezident
-
“Hatay Üsulu“nun kuryeri həbs edildi: Piyadanı vurdu, dostunun telefonunu zorla aldı
-
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
-
Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır - Prezident
-
Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan xalqı dünyada bir presedent yaratdı - İlham Əliyev
-
Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına “stop“ qoyuldu - VERGİ BORCU
-
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
-
Yardımlının icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAMA
-
FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları
-
“Bəzi ölkələrdə tıxac o səviyyəyə çatır ki, sürücülər maşında yatırlar” - Elman Nəsirov
-
Məhkəmələrdə yeni qayda - bəzi işlərə 3 hakim yox, 1 hakim baxacaq
-
YAP Beyləqan rayon təşkilatının XII konfransı keçirildi - FOTOLAR
-
Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
-
Azərbaycan və Türkiyədən yeni enerji layihələri - Ceyhun Bayramov açıqladı
-
Hava bu tarixdən dəyişir - Yağış yağacaq, şimşək çaxacaq
-
Kobaxidze Rusiyaya söz verdi - “Kökünü kəsəcəyik”
-
Bir kənddən üç qız Heydər Əliyev adına Hərbi İnstituta qəbul olundu - FOTO
-
ABŞ Ənsər Allah-la birbaşa əlaqə qurub - Vens
-
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Xaricdən Azərbaycana qarşı hücum: Altay Göyüşovun “tarixçi” maskası düşdü
-
Hakan Fidan Bakıya gəldi, Ceyhun Bayramovla görüşdü - FOTO
-
Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu
-
“Səndən zəhləm gedir, boşanacam” deyən arvadını bıçaqladı - MƏHKƏMƏ
-
Ramiz Mehdiyevin cinayət işində məşhur siyasətçilərin də adları var - SİYAHI
-
“Məzuniyyət pulumuzu verib, sonra da maaşımızdan tuturlar...“ - Naxçıvanda narazılıq
-
ABŞ ilk dəfə açıqladı: Kosmosda silahlar yerləşdirilib
-
Suraxanı rayonunda “Daş abidə“parkını söküblər? - VİDEO
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Pit Heqset Pentaqonun fəaliyyətini xaosa çevirib - The New York Times
-
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - TƏFƏRRÜAT
-
Türkiyəli kriminal avtoritet Bakıda güllələndi - TƏFƏRRÜAT
-
DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
-
Azərbaycan nefti kəskin bahalaşdı - 127 dolları oldu
-
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur - Emin Əmrullayev
-
Paytaxtın bu yollarında “Yaşıl dalğa” rejimi tətbiq edilir - Siyahı
-
Rusiya və Ukrayna bu obyektlərə hücum etməyəcək - Tramp açıqladı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Nərimanovda qazılan yol aylardır bərpa olunmur - VİDEO
-
Böyük Qayıdış davam edir - Növbəti köç karvanı ilə 50 ailə yola salındı
-
15 sentyabr-Azərbaycanda Bilik Günüdür
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu ixtisaslar tezliklə sıradan çıxacaq - AÇIQLAMA
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sabah Yasamalın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq? - Açıqlama
-
Yeni tədris ilinə görə metro və avtobuslarda hərəkət intervalları azaldılacaq? - VİDEO
-
Toylarında taxılan qızıllar gündəm oldu: “Vanlı Kara Haydar“ın həyat yoldaşı da həbs edildi
-
Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
-
Endirimli internet adı ilə kart məlumatları toplanır - “TikTok”da TƏHLÜKƏ!
-
Trampdan yeni əmr: “Yadplanetlilərlə görüşə hazırlaşın”
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Avropada qazın qiyməti 1000 dolları keçdi - Bu sahədə rekorddur…
-
Prezident 500 min dollarlıq mükafatını bağışladı - Qarabağ Dirçəliş Fonduna
-
Rusiya və Ukrayna həmin razılaşmanı qəbul etdi - Tramp açıqladı
-
Almaniyanın nəhəng enerji şirkəti Azərbaycan bazarını tərk edir - DETALLAR
-
“Xınalıq və Köç Yolu“ndakı evləri 2 manatlıq şirkət bərpa edəcək - 627 minlik sifariş
-
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə mexanizm yoxdur - Ruben Rubinyan
-
Bakıda yeniyetmənin ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
-
Azərbaycanla BƏƏ arasında 6 sənəd imzalandı - FOTOLAR
-
Nazirdən 3 illik bakalavr açıqlaması: “Bəzi ixtisaslarda mümkündür”
-
DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu - TƏFƏRRÜAT
-
Prezident BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR
-
Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib - DETALLAR
-
“Toyota Bakı Mərkəzi“nin həbs edilən sürücüsü Rauf Xəlilovun adından istifadə edibmiş - TƏFƏRRÜAT
-
Mark Rütte Moskvaya meydan oxudu: “Rusiya birliyimizi poza bilməyəcək“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu məktəblər bağlanacaq - Nazir anons verdi
-
Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? - Açıqlama
-
Həmin dəbdəbəli toydakı bəyin də atası yüksək vəzifəli şəxs olub - Foto
-
Məktəblərdə dərs saatları dəyişdiriləcək? - Nazirdən cavab
-
“Bəy Mamed“ yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir“ - FOTO
-
İyul ayında Azərbaycandan 4 ölkəyə 336 baş diri ətlik at satılıb - SİYAHI
-
Azərbaycanda neçə uşaq məktəbə gedəcək? - Nazirdən açıqlama
-
Müəmmalı şəraitdə oğlu ölən ana-ataya Türkiyədən vəkil gətirəcəyi adı ilə dələduzluq edildi - TƏFƏRRÜAT
-
SOCAR istiqrazlarını satan şirkət milyonlarla manat borca düşdü - DETALLAR
-
Nazirliyin adından 10 min manatlıq dələduzluq - Hökm oxundu
-
Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
-
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başladı - FOTO
-
“Xəzri Rezidens”də sevgilisinə 5 bıçaq vuran kişi həbs olunmadı - TƏFƏRRÜAT
-
Qızına dəbdəbəli toy edən sabiq məmurun atası və babası da yüksək vəzifələrdə işləyiblər – Dosye
-
“Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? - İDDİA (Video)
-
Putin istəsə, iki məsələyə görə atəşkəs elan edə bilərik - Zelenski
-
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı“nın sertifikatı verildi - FOTOLAR
-
Beyləqanda qanvermə aksiyası keçirilib - FOTOLAR
-
Avropada ən çox vergi tətbiq edən ölkələr hansılardır? - Siyahı
-
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
-
DTX rəisi Çində - Təhlükəsizlik sahəsində yeni saziş imzalandı
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Prezident “SABAH.city”nin açılışında - FOTOLAR
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
-
Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?
-
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
-
Avropada meşə yanğınlarına qarşı yeni üsul: “Yanğınsöndürən keçilər“ işə düşür
-
Ölkədən qanunsuz pul çıxaran dəstə üzvüləri təşvişdə - Bayram və Şəmməd kimdən gizlənir?
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər: Yeni limitlər nəyi dəyişəcək?
-
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
-
ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq - Tramp
-
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
-
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
-
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
-
Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
-
Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
-
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
-
İndoneziya sahillərində bərə aşdı: Ölənlər var, 130 nəfərdən xəbər yoxdur
-
Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO
-
“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” - Lavrov
-
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
İnfantino FIFA seçkilərində iştirak edəcək? - Açıqladı
-
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
-
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan
-
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
-
Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video
-
Yuxululuq, halsızlıq, diqqət azalması: Gizli səbəblər bəlli oldu
-
Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - FOTO/VİDEO
TOP 10
ARXİV






