Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Şuşasız bizim işimiz yarımçıq olar” - Azərbaycan Prezidenti

Tarix 16.10.20, 18:28

Font ölçüsü : - / +
bitmap-img6


“İstiqamət hər tərəfdir”.

AzFakt.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Qarabağın qəlbi, gözü Şuşa. Azərbaycanlıların gözü, qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz sualını cavablandırarkən deyib.

Dövlət başçısı qeyd edib ki, işğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir: Hər bir şəhəri. Və mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq sizdə yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirə müddəti hər zaman bu məsələ gündəlikdə idi. Bilirsiniz, bundan əvvəlki dönəmdə danışıqlar masasında bir çox məsələlər var idi və bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu 5 rayonu alsın, bununla kifayətlənsin, qalanlar da qalsın, yəni hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. 5 rayonu alıb, qalan rayonları sonraya saxlayıb, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, niyə İlham Əliyev bununla razılaşmır? Axı ona verib deyirik ki, 5 rayon – halbuki Ermənistan görünür o 5 rayonu da vermək istəmirdi – ancaq belə təkliflər olub. Amma mənim mövqeyim hər zaman olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Buna biz çalışmalıyıq. Buna biz nail olmalıyıq. Nə zaman bu olacaq, onu yaxın gələcək göstərər”.





Xəbərin oxunma sayı : 907




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap