Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi” (VİDEO)

Tarix 20.11.20, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


Şəhid ərinin tabutunu çiyinlərində daşıyaraq nəşini torpağa tapşırmağa aparan qadın... 

Hər kəs onu belə tanıdı. Onun kim olduğunu bilmədən bütün Azərbaycan onu sevdi, dəstəklədi, qürur duydu.

Və bu müsahibədə məlum oldu ki, xanımının çiyinlərində daşıdığı o şəhid Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda ön cəbhədə döyüşən və azad Qubadlıya ilk Azərbaycan bayrağını taxan Müddətdən Artıq Hərbi Xidmət qulluqçusu Röyal Cəfərovdur.

Hamımızın Müdafiə Nazirliyinin yayımladığı videoda gördüyü, erməni bayrağını binanın üstündən təpikləyib yerə atan və orada Azərbaycan bayrağını dalğalandıran igid – döyüşçü Röyal Cəfərov!

“Qafqazinfo”nun əməkdaşları şəhid Röyal Cəfərovun Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan ailəsi ilə görüşərək Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün onlarla söhbətləşib.


R.Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova deyir ki, ərinin tabutu altına girərkən əlavə heç bir şey düşünməyib: “Bu mənim son borcum idi, Röyalın qarşısında son vəzifəmi yerinə yetirdim”.

Atası Vaqif Cəfərov isə oğlu ilə danışarkən ona əsir düşməkdənsə, şəhid olmağı tapşırdığını deyir.

Röyalı xilas etməyə çalışan döyüş yoldaşı Süleyman Məmmədov həm də onunla birgə hərbi təhsil alıb.

S.Məmmədov döyüş zonasında ayağından yaralanan dostu Röyalın yarasını özünün “jqut”u ilə bağlayıb və sinəsində sürüyərək çıxarmaq istəyib. Bu zaman düşmən snayperi ilə Röyal növbəti dəfə vurulub, ona dəyən güllə çıxaraq dostu Süleymana tuş gəlib və o da yaralanıb. Süleyman onlara tərəf gələn 8 erməni əsgərini güllələyərək öldürüb, sonra isə dostunun meyitinin ermənilərin əlinə keçməməsi üçün yaralı vəziyyətdə özü ilə  onu 700 metr daşıyıb. 

Röyaldan ailəsinə və Vətəninə yadigar 4 yaşlı Yağmur və 4 aylıq Rüzgar qaldı. Oğluna bu adı özü versə də, onu cəmi bir ay görə bilib.

Son arzusu da bu olub: ailəsini bir də görüb, sonra şəhid olmaq...














Xəbərin oxunma sayı : 1669




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap