“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Onlar 25 ildən çoxdur deputatdır - SİYAHI+FOTO

Tarix 25.06.22, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


1995-ci ildən müstəqil Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı olan Milli Məclis 125 deputatdan ibarətdir. Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Seçkilər isə 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Milli Məclisin bəzi deputatları artıq 6 dəfə bu posta seçiliblər. Yəni, nəticə etibarilə, sözügedən deputatlar 25 ildən artıqdır ki, bu vəzifədədirlər.
Yeniavaz.com 25 ildən artıq deputat olan şəxslərin siyahısını təqdim edir:
Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Ermənistanın Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olub. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatıdır.



Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olub. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək Milli Məclis Sədrinin müavini, 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclis Sədrinin birinci müavini vəzifələrində çalışıb. 76 saylı Lənkəran-Astara seçki dairəsinin deputatıdır.



Eldar İbrahimov 1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub. On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatıdır.



İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatıdır.



Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatıdır.



Vasif Talıbov 1960-cı il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatıdır.



Mixail Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olub. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 34 saylı Xətai ikinci seçki dairəsinin deputatıdır.



Qeyd edək ki, Milli Məclisə ilk seçkilər 1995-ci ildə keçirilib. Və yuxarıda adı çəkilən şəxslər Milli Məclisdə təmsil olunan ilk deputatdırlar.



Xəbərin oxunma sayı : 955




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap