“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Parlamentdə su problemi ilə bağlı müzakirələr necə keçib? - Açıqlama

Tarix 01.07.20, 16:03

Font ölçüsü : - / +
bitmap-img6


“Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında iştirak edib”.

Bunu APA-ya açıqlamasında deputat, həmin komitənin üzvü Fatma Yıldırım deyib.

O bildirib ki, bu gün Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ölkədə yaranmış su problemlərinin həll edilməsi istiqamətində dinləmə keçirib: “Hazırda ölkədə olan vəziyyətlə bağlı Qorxmaz Hüseynov məruzə ilə çıxış edib. Deputatlar da öz növbəsində həm təmsil etdiyi rayonlarda, həm də ümumiyyətlə, hazırda ölkədə olan su problemləri ilə bağlı təkliflər səsləndirib, çıxışlar ediblər”.

F.Yıldırım qeyd edib ki, iclasda əsasən, su sayğaclarının qoyulmaması məsələsini qaldırıb: “Su sayğaclarının olmaması çoxlu su itkisinə səbəb olur. İkincisi, Bərdədə kanalizasiya sisteminin olmaması pandemiya dövründə daha çox xəstəliklərə səbəb olması məsələsini gündəmə gətirdim. Q. Hüseynov isə bu məsələnin növbəti latyihənin proüramına daxil edildiyini qeyd edib. Yaxın müddətdə bu problemin həllini tapacağına inanırıq”.




Xəbərin oxunma sayı : 1387




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap