“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Piyadaya yol vermədi, 50 manat cərimələndi - Bəs qanun nə deyir?

Tarix 11.06.26, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


"15 illik izləyicimiz bizə müraciət edərək bildirir: "Piyada yolun tam əks tərəfində hərəkətə başlayıb. Aramızda kifayət qədər məsafə var idi, ona heç bir maneə yaratmadım və sürətini dəyişməyə məcbur etmədim. Amma kamera piyadaya yol vermədiyim üçün 50 AZN cərimə yazıb. Burada qayda pozuntusu var?".

Bu barədə tanınmış radio aparıcı və texno blogger DJ Tural "Facebook" səhifəsindən etdiyi paylaşımda bildirib.

Həmin paylaşımı təqdim edirik:

15 illik izləyicimiz bizə müraciət edərək bildirir: "Piyada yolun tam əks tərəfində hərəkətə başlayıb. Aramızda kifayət qədər məsafə var idi, ona heç bir maneə yaratmadım və sürətini dəyişməyə məcbur etmədim. Amma kamera piyadaya yol vermədiyim üçün 50 AZN cərimə yazıb. Burada qayda pozuntusu var?"

Qanun nə deyir?

"Yol Hərəkəti Haqqında" Qanunun 1-ci maddəsinə görə, "Yol vermək" - sizin hərəkətinizin digər hərəkət iştirakçısını (piyadanı) sürətini və ya istiqamətini dəyişməyə məcbur etməməsi deməkdir.Yəni, əgər piyada yolun əks tərəfindədirsə, sizin keçməyiniz onun addımını yavaşıtmağa, qaçmağa və ya dayanmağa məcbur etməyibsə, ortada İXM-nin 330-cu maddəsinə uyğun bir qayda pozuntusu yoxdur! 

Bəs kamera niyə cərimə yazır?

Elektron sistemlər (kameralar) bəzən piyadanın keçid xəttinə toxunduğu anla avtomobilin keçiddən keçdiyi anı eyni vaxtda qeydə alır və bunu avtomatik cərimə kimi sistemə vurur. Bu, texniki bir yanaşmadır və real vəziyyəti tam əks etdirmir.

Nə etməli?

Əgər piyadanın hərəkət traektoriyasını kəsmədiyinizə və ona mane olmadığınıza əminsinizsə, video görüntünü tələb edərək bu cərimədən Baş Dövlət Yol Polisi İdarəsinə (və ya məhkəməyə) rəsmi şikayət verə bilərsiniz. Qanun sizin tərəfinizdədir!".



Xəbərin oxunma sayı : 976




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap