Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Puerto-Riko ABŞ-ın ştatı ola bilər – Referendum tarixi açıqlanıb

Tarix 17.05.20, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Puerto-Riko adanın statusu ilə bağlı referendum keçirilməsini planlaşdırır.

Vətəndaşlar bu suala cavab verəcəklər: “Puerto-Riko dərhal Amerika Birləşmiş Ştatlarının tərkibinə qəbul olunmalıdırmı?”

Referendumun 2020-ci il noyabrın 3-də keçirilməsi qərara alınıb.

Puerto-Riko hakimiyyəti hesab edir ki, ölkə yeni ştat kimi ABŞ-ın tərkibinə daxil olmalıdır.

Yerli hakimiyyətin bu istəyi iqtisadi problemlərlə bağlıdır. Puerti-Rikonun xarici borcu 80 milyard dollardan çoxdur, yoxsulluq həddi isə 45 faiz səviyyəsindədir.

Qeyd etmək lazımdır ki, əgər puertorikalılar ABŞ-ın tərkibinə daxil olmağa razılaşsalar belə, ölkənin 51-ci ştat olmaq ehtimalı azdır.

Fakt budur ki, referendumun nəticələrinin ABŞ-da icrası məcburi deyil.

Yeni ştatın ölkənin tərkibinə daxil olması ilə bağlı qərar ABŞ Konqresində də qəbul olunmalıdır.

Bundan əlavə, puertorikalılar əvvəllər ABŞ vətəndaşları olmaq üçün çıxış ediblər. 2017-ci ildə keçirilən referendumun nəticələrinə görə, bu qərarın lehinə ada ölkəsi əhalisinin 97 faizi səs verib. Ancaq bu Puerto-Rikonun statusuna heç bir təsir göstərməyib. /APA




Xəbərin oxunma sayı : 187




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap