Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Qaraçuxur qəsəbəsində kanalizasiya problemi - VİDEO

Tarix 11.06.26, 11:42

Font ölçüsü : - / +
bitmap-img6


Qaraçuxur qəsəbəsində, Səyavuş Aslan küçəsinin sakinləri iddia edirlər ki, bir neçə il əvvəl yaxınlıqdakı hərbi hissə söküldükdən sonra onun ərazisində yerləşən iri kanalizasiya sistemi də sıradan çıxıb. Nəticədə ətraf yaşayış massivinin tullantı suları artıq keçmiş hərbi hissənin həyətinə axır.

Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə yaranan gölməçələrdən yayılan kəskin üfunət xüsusilə isti havalarda yaşayışı demək olar ki, dözülməz hala gətirir.

Sakinlər bildirirlər ki, problem təkcə xoşagəlməz qoxu ilə məhdudlaşmır. Kanalizasiya sularının toplandığı ərazi müxtəlif həşəratların və ağcaqanadların çoxalmasına səbəb olur.

Onlar deyir ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilib, rəsmi məktublar göndərilib, lakin indiyədək problemin aradan qaldırılması istiqamətində konkret tədbir görülməyib.

 Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, əraziyə baxış keçirilib. Tullantı su xəttində müşahidə olunan mövcud problemin səbəbləri araşdırılıb və onun həlli istiqamətində müvafiq planlar hazırlandıqdan sonra əsaslı təmir və bərpa işlərinə başlanılacaq.






Xəbərin oxunma sayı : 1033




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap