Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Qvineya-Bisauda çevriliş olub: Prezident həbs edildi

Tarix 26.11.25, 19:18

Font ölçüsü : - / +
bitmap-img6


Qvineya-Bisauda dövlət çevrilişi olub. 

"Jeune Afrique" saytı xəbər verir ki, hazırkı prezident Houmaro Sissoko Embalo çevriliş nəticəsində Prezident Sarayındakı ofisində həbs olunduğunu açıqlayıb.

Dövlət başçısının sözlərinə görə, çevriliş zamanı ona qarşı heç bir zorakılıq tətbiq edilməyib.

"Jeune Afrique"nin məlumatına görə, Houmaro Sissoko Embalo Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Biage Na Ntan, Baş Qərargah rəisinin müavini general Mamadu Ture və Daxili İşlər naziri Boçe Kande ilə birlikdə həbs edilib.

Qeyd edək ki, bir neçə saat əvvəl "Agence France-Presse" agentliyi Qvineya-Bisaunun Prezident Sarayının yaxınlığında silah səsləri eşidildiyini bildirmişdi. 23 noyabrda ölkədə ümumi seçkilər keçirilib və bundan sonra Embalo özünü qalib elan edib. Seçki nəticələrinin rəsmi elanı 27 noyabr, cümə axşamı günü gözlənilir.

Qeyd edək ki, Qvineya-Bisau Qərbi Afrikada dövlətidir. Ölkə Atlantik okeanı sahilində yerləşir. Şimaldan Seneqal, cənub və şərqdən Qvineya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bisau, ərazisi 36,125 kvadrat kilometr, əhalisi 1,9 milyon nəfərə yaxındır.



Xəbərin oxunma sayı : 235




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap