“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Rəşad Atakişiyevin həyat yoldaşı: “Onun yolunu övladları davam etdirəcək“

Tarix 21.08.19, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


“İnternetdə bu tipli qəzaları araşdırdım. Məlumatlar topladım. Qəribədir ki, analoji qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir. Bu qəzanın üzərinə "qara qutu"nun açılması və məlumatların oxunması böyük işıq saçacaq".

“Report” xəbər verir ki, bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimində onun qayınatası Qabil Hüseynli deyib.

Q.Hüseynli xatırladıb ki, R.Atakişiyevin qəzaya uğradığı təyyarənin radardan itməsi ilə radioəlaqənin kəsilməsi eyni anda olub: "Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönləndiyi təsbit edilib. Hər şeyi aparılan tətqiqatların nəticəsi söyləyəcək. Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb. "Qara qutu" bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq".

Q.Hüseynli vurğulayıb ki, şəhidlərdən biri - Rəşad Atakişiyev torpağa tapşırıldı, onun qanı torpağa olmasa da, Xəzər dənizinə tökülüb: "Rəşad çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşa bilmədi. O, Vətən uğrunda şəhid oldu".

R.Atakişiyevin həyat yoldaşı Könül Hüseynova da pilotun yolunu övladlarının davam etdirəcəyini bildirib.



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap