Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Rusiya Tiflisin razılığı olmadan BTQ-yə qoşulur? –Ekspertdən şərh

Tarix 12.05.19, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


“Bir neçə gün əvvəl Türkiyə, Rusiya və Azərbaycan arasında Bakı-Tiflis-Qars (BTQ) layihəsi ilə bağlı imzalanın memorandum niyyət bəyanıdır”.

Bunu Axar.az-a Türkiyə, Rusiya və Azərbaycan arasında BTQ layihəsi ilə əlaqədar imzalanın memorandumla bağlı Gürcüstanın etirazlarına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Rusiyanın Bakı-Tiflis-Qars layihəsinə qoşulması mümkünlüyü haqqında imzalanın memorandum Rusiya yüklərinin daşınması anlamına gəlmir:

“Niyyət bəyanının olması gələcəkdə daha geniş münasibətlərin qurulmasına və ya müqavilələrin bağlanmasına əsas yaradır. Təbii ki, burada bütün yolboyu yerləşən ölkələrin nümayəndələrinin iştirakı bu anlamda vacibdir ki, tranzit xərclərində və dövrü keçid qiymətlərində fərqli yanaşmalar olmasın. Yolun bir hissəsinin Gürcüstandan keçdiyini nəzərə alsaq, Gürcüstanın tranzit xərclərində bir dəyişikliyə getməsi yolun iqtisadi səmərəsini və perspektivliyini aşağı sala bilər. Bu isə müştəriləri başqa yolları seçməyə təşviq edə bilər. Bu mənada Gürcüstan tərəfinin iştirakı vacibdir. Ümumi tranzit qiymətinin olması bu layihənin uğurlu olması üçün əsas səbəblərdən birinə çevriləcək. Əgər fərqli-fərqli tranzit qiymətləri olsa və hər bir ölkə öz istədiyi qiyməti diktə etməyə başlasa, bu, müştərilərin başqa yolu seçmə ehtimalını gücləndirəcək. Bu səbəbdən də Gürcüstanın iştirakı keçid tarif planlarını və tranzit xərclərinin planlaşdırılması və eyniləşdirilməsinin mümkün ola bilməsi üçün vacibdir”.

Qeyd edək ki, mayın 6-da Türkiyə, Rusiya və Azərbaycan arasında Bakı-Tiflis-Qars layihəsi barədə imzalanın memorandumda Gürcüstanın iştirak etməyib.




Xəbərin oxunma sayı : 142




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap