Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Rusiya yeni səfərbərlik elan edə bilər – “Bloomberg”

Tarix 14.08.24, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


“Bloomberg” agentliyi Kremlə və Rusiya Müdafiə Nazirliyinə yaxın üç anonim mənbəyə istinadən yazır ki, Rusiya ordusunun Ukraynada cəbhə xəttində itkiləri əvəz etmək üçün kifayət qədər əsgəri yoxdur və bu itkilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri ən yüksək səviyyəyə çatıb.

“Bloomberg” xəbər verir ki, Rusiya ordusunun Kursk vilayətində Ukrayna qüvvələrinin hücumunu dəf edə bilməməsi və sərhədə nəzarəti ələ keçirə bilməməsi Rusiyada müdafiə ehtiyatlarının olmadığını göstərdi.
Agentliyin mənbələrindən birinin sözlərinə görə, bütün bunlar Rusiya hakimiyyətini cəbhə xəttində hərbçilərə möhlət vermək üçün “rotasiya” kimi təqdim oluna biləcək yeni səfərbərlik həyata keçirməyə məcbur edə bilər.
“Bloomberg”in başqa bir mənbəsi deyir ki, yeni səfərbərlik əmri 2024-cü ilin sonunda verilə bilər.
Qrey edək ki, 21 sentyabr 2022-ci ildə Prezident Vladimir Putin Rusiyada 300 min insanı əhatə edən qismən səfərbərlik elan edib. Oktyabrın sonunda Putin səfərbərliyin başa çatdığını bildirsə də, müvafiq fərman imzalamayıb.



Xəbərin oxunma sayı : 931




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap