| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Süd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi
Tarix 06.06.26, 20:46 |
|
2026-cı ilin ilk üç ayında Azərbaycan xaricdən 5 min 858 ton süd və qaymaq alıb. Rəsmi statistikaya görə, bu idxala 10 milyon 386 min ABŞ dolları vəsait sərf olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 35 faiz, dəyər baxımından isə 61 faiz artım deməkdir. Müşahidə olunan artım tempi bu seqmentdə ciddi struktur dəyişikliklərinin baş verdiyini göstərir. Belə olan halda sual yaranır: süd və qaymaq idxalına çəkilən xərclərin kəskin artımının səbəbi nədir?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Həm idxal, həm də xərc artıb
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, süd və qaymaq idxalına çəkilən xərclərin kəskin artımı təkcə qiymətlərin bahalaşması ilə izah oluna bilməz. Onun sözlərinə görə, burada həm idxal həcminin genişlənməsi, həm də xarici bazarlarda baş verən dəyişikliklər mühüm rol oynayır. Belə ki, idxalda təxminən 35 faizlik artım qeydə alınıb ki, bu da daxili istehsalın mövcud potensialına baxmayaraq, tələbatın yerli imkanlar hesabına tam ödənilmədiyini göstərir. Nəticədə bazarda yaranan boşluq idxal hesabına doldurulur.
Ekspert qeyd edir ki, hazırda dünyada müşahidə olunan geosiyasi proseslər də qiymətlərin formalaşmasına birbaşa təsir edir. Enerji resurslarının bahalaşması, nəqliyyat xərclərinin artması və logistika zəncirlərinin uzanması xüsusilə tez xarab olan məhsullar üçün daha ciddi problemlər yaradır. Süd və qaymaq məhsullarının daşınması isə xüsusi "soyuq zəncir" sistemi tələb etdiyindən, bu sahədə xərclər daha yüksək olur. Üstəlik, geosiyasi qeyri-sabitlik dövründə sığorta haqlarının artması da idxalın maya dəyərini yüksəldən amillər sırasındadır. Bu səbəbdən, süd və qaymaq idxal edən bütün ölkələr kimi Azərbaycan da qlobal qiymət artımının təsiri altındadır. Məlumatlara görə, ölkədə bu məhsullar üzrə qiymət artımı təxminən 19,3 faiz təşkil edir.
Premium məhsullara artan maraq
A.Nəsirli diqqətə çatdırır ki, idxal strukturunda da müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, bazarda məhsul çeşidi genişlənib, yeni brendlər ortaya çıxıb və daha yüksək keyfiyyətli, premium seqmentə aid məhsulların idxalı artıb. Bu isə onu göstərir ki, ölkə daxilində daha keyfiyyətli və fərqli məhsullara tələbat formalaşır. Lakin bu tendensiya ümumi idxal dəyərinin yüksəlməsinə də təsir edir.
Ekspertin sözlərinə görə, Azərbaycan uzun illər süd və süd məhsulları üzrə idxalda əsasən daha ucuz mənbələrə, xüsusilə İrana üstünlük verirdi. Lakin son dövrlərdə mövcud geosiyasi və iqtisadi vəziyyət səbəbindən bu istiqamətdə idxal imkanları məhdudlaşıb. Nəticədə, həm ucuz məhsul təklifi azalıb, həm də İrandan gələn məhsulların qiyməti müəyyən qədər yüksəlib. Bu boşluğu doldurmaq üçün alternativ bazarlara yönəlmişik.
Hazırda idxal coğrafiyası daha da genişlənib və Rusiya, Türkiyə, Belarus, Qazaxıstan, Qırğızıstan, eləcə də Avropa ölkələrindən süd və qaymaq məhsulları gətirilir. Lakin bu ölkələrdən idxal olunan məhsulların əhəmiyyətli hissəsi daha yüksək qiymətli seqmentə aid olduğundan, ümumi idxal xərcləri də artır.
Yerli istehsalı zəiflədən amillər
Məsələnin digər tərəfi isə daxili istehsalın niyə bu tələbatı qarşılaya bilməməsi ilə bağlıdır. Ekspertin fikrincə, bu, heyvandarlıq sektorunda mövcud olan sistemli problemlərlə əlaqədardır. Əsas çətinliklərdən biri örüş sahələrinin məhdudlaşmasıdır. Azərbaycanda təxminən 1,5 milyon hektar örüş sahəsinin olduğu bildirilsə də, onun 400 min hektardan çox hissəsi müxtəlif səbəblərlə istifadədən çıxıb və ya başqa təyinatlara yönəldilib. Bu isə heyvandarlığın genişlənməsi imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bununla yanaşı, istehsal xərclərinin artması da fermerlərin fəaliyyətini çətinləşdirir. Ekspert qeyd edir ki, bəzi ölkələrlə müqayisədə Azərbaycanda dizel yanacağının qiyməti yüksəkdir və bu, istehsalın maya dəyərinə birbaşa təsir edir: "Nəzərə alsaq ki, kənd təsərrüfatında xərclərin 30-40 faizi məhz yanacaqla bağlıdır, bu artımın ümumi qiymətlərə təsiri qaçılmaz olur. Digər mühüm məqam isə subsidiyalaşma mexanizmi ilə bağlıdır. Heyvandarlıq sahəsində subsidiyalar məhduddur. Bunun əsas səbəblərindən biri heyvanların qeydiyyat və identifikasiya sisteminin tam formalaşmamasıdır. Mövcud vəziyyətdə heyvanların cəmi 10-15 faizinin rəsmi qeydiyyata alındığı bildirilir ki, bu da subsidiyaların tam və effektiv şəkildə tətbiqini çətinləşdirir".
İstehsal xərclərinin artımı bazarı dəyişir
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, son dövrlərdə yem qiymətlərinin yüksəlməsi süd istehsalının maya dəyərinə birbaşa təsir göstərib. Bu tendensiya xüsusilə qış aylarında daha qabarıq hiss olunub və nəticədə fermer təsərrüfatlarından çıxış qiymətləri ilk dəfə olaraq 98 qəpik-1 manat səviyyəsinə yaxınlaşıb. Südün ilkin satış qiymətində baş verən bu artım emal müəssisələrinin xərclərini yüksəldib və onları alternativ xammal mənbələri axtarmağa sövq edib. Nəticə etibarilə, bir sıra müəssisələr daha sərfəli qiymət və stabil təchizat üçün yaxın xarici bazarlara yönəlib, bu isə süd və qaymaq idxalının artmasına təkan verən əsas amillərdən birinə çevrilib.
İdxal strukturunda dəyişiklik
Ekspert diqqətə çatdırır ki, bazarda başqa bir mühüm dəyişiklik də müşahidə olunur. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı idxalında azalma qeydə alınıb. Bu isə idxal strukturunun dəyişdiyini göstərir: artıq hazır məhsuldan daha çox xammal formasında - yəni süd və qaymaq şəklində məhsullar ölkəyə gətirilir. Bu xammal daxildə emal olunaraq son məhsula çevrilir və bazara təqdim edilir.
C.İbrahimli vurğulayır ki, idxal olunan xammalın bir hissəsi yalnız daxili tələbatı ödəmək üçün deyil, eyni zamanda emal edilərək yenidən ixrac üçün də istifadə olunur. Xüsusilə kərə yağı istehsalı bu baxımdan önə çıxır. Bu isə onu göstərir ki, Azərbaycan süd məhsullarının emalı sahəsində müəyyən istehsal və texnoloji potensiala malikdir və bu potensialdan istifadə getdikcə genişlənir.
Ekspertin fikrincə, bu tendensiya müsbət qiymətləndirilə bilər. Əgər xammal bazası gücləndirilərsə, gələcəkdə daxili istehsal hesabına xama, qaymaq və kərə yağı kimi məhsulların istehsalının həcmini artırmaq mümkündür. Bu isə həm idxaldan asılılığın azalmasına, həm də ixrac imkanlarının genişlənməsinə şərait yarada bilər.
Xəbərin oxunma sayı : 1210
Sosial
Xəbərlər
-
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı - FOTOLAR
-
“Azərbaycan mediası beynəlxalq nüfuzunu artırır“ - Prezidentin köməkçisi
-
“İran ABŞ ilə danışıqlara ciddi yanaşmır“ - Marko Rubio
-
Əli Əsədov yeni qərar imzaladı - Monitorinq qaydaları yeniləndi
-
Ailələrinə qaytarılan uşaqların sayı açıqlandı - RƏSMİ
-
“Qayğı” MTK-da liftlərin fəaliyyəti dayandırıldı - FOTOLAR
-
TƏBİB-də yeni təyinat - Nigar Rüstəmliyə vəzifə verildi
-
Azərbaycan nefti kəskin bahalaşdı - 100 dollara yaxınlaşır
-
Zelenskidən qərar - Sırski vəzifəsindən azad edildi
-
Dəniz məhsullarının qiyməti ucuzlaşdı - VİDEO
-
ABŞ bazası və radar kompleksləri məhv edildi - Küveytdə
-
Sertifikatsız həkim işlədirmişlər... - VİDEO
-
Bakıda yeni çəkilən yol nişanı nədir? - VİDEO
-
Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirib
-
Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub
-
Azərbaycan mətbuatı - 151 yaşında!
-
İstirahət üçün hovuzlu ``A-Frame`` seçdi, beh də getdi, ev də...- VİDEO
-
Azərbaycana xüsusi təchiz olunmuş təcili yardım motosikletləri gətirildi - VİDEO
-
Özgür Özəl CHP ilə vidalaşdı: Yeni partiyanı elan etdi
-
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevin Tural Sadıqlının üzünə dedikləri + VİDEO
-
Azərbaycanlı azyaşlıya Modriçin komandasından dəvət - Maliyyə məsələsinə görə qalıb + FOTO
-
“Tik-tok“da tanış oldum, aldatdı ki, həkiməm” - MƏHKƏMƏ
-
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırıldı - Bakteriyalar aşkarlandı
-
Azərbaycanda ağ-qara nisbəti: Son 10 ildə doğulanımız çox olub, ya ölənimiz?
-
Tramp sənəd imzaladı - Kanada məhsullarına əlavə 50% rüsum tətbiq etdi
-
Bakıda gizli görüş keçirən kimlərdir? - Prezident adları açıqladı (VİDEO)
-
Finaldan sonra qalmaqal – FIFA Argentinaya qarşı istintaqa başladı
-
Niyə hələ də diplomu olmayanlar tibbi prosedurlar icra edirlər? - Açıqlama
-
Bu küçədə təmir aparılacaq - Hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası - Təsdiqləndi
-
Direktorların işə qəbulunda müsahibə mərhələsi başlayır - Tarix və təfərrüatlar
-
“Almaniyanın marağındadır ki, Cənubi Qafqaz sakitləşsin“ - Merts
-
Trampı məhkəməyə verdi - Vətəndaşlıq və 75 milyon dollar tələb edir
-
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
-
“Bu səfərlərin çox böyük siyasi mənası var...“ - Prezident
-
Şöhrət Tağıyevi və şirkəti cərimələndi - Səbəb nədir?
-
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev və Fridrix Merz mətbuata bəyanatlarla çıxış edib - FOTOLAR
-
Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? - Siyahı
-
Mənzil almaq istəyənləri aldatdılar - 240 min manatlıq dələduzluq işində son qərar
-
Bu gün “dördüncü hakimiyyət”in üzərinə böyük məsuliyyət düşür
-
Naxçıvandakı istefaların pərdəarxası: Kadr dəyişikliyinin əsl səbəbi nədir?
-
Jurnalistikaya qəbulda mühüm yenilik: DƏYİŞİKLİK EDİLDİ
-
Azərbaycan klublarından günün transferləri: Kimlər gəldi?
-
Milli mətbuat Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilmişdir
-
Kəlbəcərdə mina partladı, bir nəfər yaralandı - Üç qurumdan birgə məlumat...
-
20 manat istədi, 700 manat götürdü - Bakıda qeyri-adi soyğunçuluq
-
Prezidentlərin geniş tərkibdə görüşü olub - FOTOLAR
-
Almaniyadan qızl, avtomobil, dərman alırıq - Bəs bu ölkəyə nə satırıq?
-
İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü - “Borc almışdım“ dedi
-
Türkiyə S-400 sistemlərini üçüncü ölkəyə sata bilər - Yaşar Gülərdən açıqlama
-
Azərbaycanda orta əməkhaqqı 7,3 faiz artıb - Rəsmi
-
“Putin bizim nə istədiyimiz bilmir...” - “Tramp bu işi bitirə biləcək şəxsdir”
-
Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq - Sabahın havası
-
Ali Məhkəmədən işəgötürənlərə xəbərdarlıq: “İşçi məlumat verməmişdi“ arqumenti əsaslı sayılmır
-
“Mağazada satılırsa, niyə çöldən gətirmək olmaz?“ - Nazirlikdən narazılıqlara münasibət
-
“Vital Hospital“da qalmaqal: Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir (VİDEO)
-
Azərbaycan və Almaniya prezidentləri təkbətək görüşür - FOTOLAR
-
“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən daha bir emosional mesaj
-
“Azəriqaz“ İB-nin baş direktoru 8500 manat cərimələnib - Komitə sədri sənədli fakt yaydı
-
İranın ABŞ bazasına hücumunun detalları: Hərbçilərin müdafiəsində boşluq olub?
-
Dron hücumlarının arxasındakı general nazir olur - Ali Radanın təsdiqi lazımdır
-
Azərbaycanda boşanmaların sayı açıqlanıb - Nikahların say azalıb
-
Magistraturaya ixtisas seçimi başlayıb - Dövlət İmtahan Mərkəzi
-
İlham Əliyev Endi Börnhemə təbrik məktubu ünvanlayıb - MƏTN
-
Eyni vaxtda həm magistraturaya, həm MİQ-ə hazırlaşdı - 90 bal topladı
-
Salyanda FACİƏ: 4 nəfər həlak oldu, cinayət işi başlanıldı
-
İranın zərbələri nəticəsində 100-ə yaxın ABŞ hərbçisi yaralanıb - “CBS News”
-
Fizioterapiyadan sonra xəstənin səhhəti pisləşib: İynədən infeksiya düşüb?
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Çevik iş rejimi modeli tətbiq ediləcək - VİDEO
-
İlham Əliyev Mixael Harmsla görüşdü - FOTOLAR
-
Sabah 39 yaşayış məntəqəsində işıq olmayacaq - Xəbərdarlıq
-
Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
-
İran ABŞ əsgərini öldürərsə, əvəzini dəfələrlə ağır şəkildə ödəyəcək - Tramp
-
Azərbaycanlıların olduğu daha bir gəmiyə hücum olub - VİDEO
-
Prezident Almaniyaya rəsmi səfərə gedib - FOTO
-
Qumarda uduzdu... - DGK-da iş vədi ilə 29 minlik dələduzluq etdi
-
Moldovada yanacaq böhranı: Ölkə 18 günlük benzin ehtiyatına malikdir
-
“Alko Holdinq“də minlərlə saxta aksiz markalı içki aşkarlandı - Direktor hakim qarşısında
-
Xətai rayonunda sakinlər bu liftə minməyə qorxurlar - VİDEO
-
Nigar Fərhad xaricdə təhsil adı ilə vətəndaşları aldadıb? - VİDEO
-
“ABŞ Xarq adasına hücum etsə, İran layiqli cavab verəcək“ - Bəqai
-
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
-
Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - Birgə məlumat
-
AAYDA sədrindən daha bir təyinat: Bakıda yolların mühafizəsi kimə tapşırıldı? - FOTO
-
Gömrük rüsumları ilə bağlı dəyişiklik: Siyahıya yeni qrup əlavə edildi
-
Serbiyada tutulub Bakıya gətirildi - 90 milyonluq dələduzluqda ittiham olunur
-
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
-
Aİ “AliExpress“ə rekord cərimə kəsdi: Səbəb təhlükəli məhsulların satışı oldu
-
“Məni “Ginnesin Rekordlar Kitabı“na salmaq istəyirlər, yoxlayacaqlar“ - Roza Zərgərli
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xameneyinin ilk xarici təması Putinlə olacaq? - Kreml aydınlıq gətirdi
-
Endi Bernem Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başladı - FOTO
-
ABŞ hərbi təyyarələrinə hücum edildi - Raketlərlə zərbələr endirdi
-
Xidmət rəisi generalın yerinə kimi təyin etdi? - Gömrükdə dəyişiklik
-
Dövlət qurumu direktoru məhkəməyə verdi: Müəllimin maaşını azaldıbmış
-
Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları - CƏDVƏL
-
7 yaşlı Nihatın köməyə ehtiyacı var - Anası xeyirxah insanlardan kömək istəyir
-
“Mənim missiyam tamamlandı“ - Starmer baş nazir vəzifəsini tərk etdi
-
“Dövlət satınalmaları haqqında“ qanun dəyişdi - DETALLAR
-
Si Cinpinin ABŞ-a səfəri bu tarixdə olacaq - Rubio açıqladı
-
Prezident 2026-2030-cu illər üçün Tədbirlər Planı təsdiqlədi - Sərəncam
-
Rusiya Qara dənizdə Türkiyəyə məxsus yük gəmisini vurdu - 10 nəfər öldü
-
Magistraturalara qəbul: ixtisaslaşma seçimi elan edildi
-
“Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
-
Bakıda mağazada döyülən qadın danışdı - VİDEO
-
İcra başçısı 3 qurumu birləşdirdi - Rəis təyin etdi - FOTO
-
“ABŞ İranla münaqişəni diplomatik yolla həll etməyə çalışacaq“ - Rubio
-
Smartfonlar uşaqlar üçün görünməyən təhlükəyə çevrilib - VİDEO
-
Kolbasanın içində nə var? - İstehsalçılar istehlakçının diqqətsizliyindən necə yararlanır
-
Daha bir gəmi hücuma məruz qaldı - Gəmidə 11 azərbaycanlı dənizçi olub + VİDEO
-
ABŞ İrana qarşı növbəti hücum dalğası başlatdı - Bu dəfə Təbriz bombalandı
-
Yay mövsümünün “ucuz“ tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər - VİDEO
-
Bu şəxslər 600 manat cərimələnəcək - Nazirlikdən müraciət
-
ABŞ vitse-prezidentinin köçmək qərarı şəhər sakinlərini narahat etdi - “The Washington Post“
-
İspaniya ilkə imza atdı: İndiyədək heç bir ölkə bunu bacarmamışdı
TOP 10
ARXİV






