Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Sabiq nazir Kəmaləddin Heydərovla məhkəmə davasına çıxdı - Qalmaqal

Tarix 05.04.20, 22:48

Font ölçüsü : - / +
bitmap-img6


Vaxtilə Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutmuş şəxs işlədiyi nazirliyi məhkəməyə verib. 

“Yeni Sabah”ın xəbərinə görə, Muradov Raqif Murad oğlu Fövqəladə Hallar Nazirliyini məhkəməyə verərək 4 illik maaşını tələb edir. Məhkəmə ötən ilin noyabrında başlasa da icraata qəbul olunmayıb. Aprel ayının 20-də Bakı İnzibati Məhkəməsində hakim Fərid Mədətlinin sədrliyi ilə şifahi məhkəmə baxışı keçiriləcək. 

Qeyd edək ki, dövlət qulluğunda baş dövlət müşaviri vəzifəsi tutmuş Raqif Muradov Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifələrində çalışıb. 

Həmçinin Raqif Muradov 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bu ilin fevral ayında Milli Məclisə keçirilən seçkilərdə isə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olub. 

Adınıçəkdiyimiz şəxsin avtobioqrafiyasına nəzər saldıqda görmək olur ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla yaxın dost olan Raqif Muradov bu qurumda 15 ilə yaxın yüksək vəzifə tutub. Sonra isə onu agentliyin rəisi vəzifəsindən azad etsələr də, işdən çıxarılması ilə bağlı əmrini 5 il sonra, yəni 2019-cu ilin fevral ayında veriblər . Ancaq 5 illik əmək haqqı əvəzinə 1 illik əmək haqqısını veriblər. 



Xəbərin oxunma sayı : 1345




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap