“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sabiq nazirin oğlunun Londondakı şirkəti fəaliyyətini dayandırdı – Fotofakt

Tarix 24.09.21, 20:44

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu – 1979-cu il təvəllüdlü Lətif Bağırov tərəfindən 8 il əvvəl Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “Nordfields Properties Limited” şirkəti 3 gün əvvəl fəaliyyətini dondurduğunu bildirib.

AzFakt.com yeniavaz-a istinadən xəbər verir ki, Londonda “Buchanan Arms Hotel, 23 Main Street, Drymen, Glasgow G63 0BQ” ünvanında yerləşən şirkət 55 gündür hesabat vermir.

Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatda qeyd olunur ki, şirkət 2020-ci ilin hesabatanı 31 iyul 2021-ci il tarixinə kimi təqdim etməli olduğu halda, etməyib.

Şirkətin sonuncu hesabatı 2019-cu ilə aiddir. Həmin hesabatda isə şirkətin 4,78 milyon funt-sterlinq borcunun olduğu qeyd olunub.


2015-2017-ci illərdə bu şirkətə Hüseynqulu Bağırovun 1989-cu il təvəllüdlü qızı Sevinc Bağırova da rəhbərlik edib.

Onu da bildirək ki, bu şirkət Hüseynqulu Bağırovun övladlarının xarici ölkələrdəki çoxsaylı şirkətlərindən biridir.

Lətif Bağırov və Sevinc Bağırova eyni zamanda aşağıdakı şirkətlərə də rəhbərlik ediblər:

– “Nordfıelds Management Lımıted” – Böyük Britaniya
– “Nordfıelds Hospıtalıtıes Ltd” – Böyük Britaniya
– “Nordfıelds Investment Lımıted” – Böyük Britaniya
– “Stamına Investments Lımıted” – Böyük Britaniya
– “Romerstal Investment Lımıted” – Böyük Britaniya
– “Lloyd Mckenzıe Lımıted” – Böyük Britaniya
– “Wu Traınıng Centre Uk Ltd” – Böyük Britaniya
– “Turnkey Solutıons Lımıted” – Böyük Britaniya
– “Derean Lımıted” – Böyük Britaniya
– “Reander Lımıted” – Böyük Britaniya
– “STS Turizm ve Otelcilik İnşaat Limited” – Türkiyə
– “Lıegenschaftsverwertungs GmbH” – Avstriya
– “Wu Immo Center GmbH” – Almaniya
– “Isla Investment, S.R.O.” – Çexiya
– “Welgear Investments Lımıted” – Kipr

Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 745




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap