Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Sənədsiz evlərə “kupça” veriləcək - YENİ QƏRAR

Tarix 23.06.24, 11:07

Font ölçüsü : - / +
bitmap-img6


Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası yeni qaydada tənzimlənəcək. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər.

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bununla bağlı bir sıra normativ aktlar nəzərə alınmalıdır:

“Bu qanunda bir sıra normativ aktlar var. Kənd təsərrüfatı təyinatlı torpağın ümumi ölçüsü minimum 5 hektar olmalıdır və onun yalnız 1 faizində, yəni 500 kvadratmetrində tikinti işi aparmaq olar. Nəzərdə tutulmuş yerdə təkcə fərdi yaşayış evi deyil, müəyyən inzibati binalar, qonaqlama yerləri və bu kimi obyektlər də tikilə bilər. Digər yerdə qalan ərazilər isə yenə də kənd təsərrüfatı təyinatlı torpaq kimi qalacaq”.

Ekspert yeni qanunun daha öncə kənd təsərrüfatı təyinatı torpaqlarda tikilən evlərə aid edilməyəcəyini deyib:

“Bu qayda daha öncə kənd təsərrüfatı təyinatlı torpaqda tikilən evlərə şamil olunmayacaq. Həmin evlərin sənədləşdirilməsi ilə bağlı birmənalı olaraq torpaqlarda təyinat dəyişikliyi olmalıdır. Yaxud həmin daşınmaz əmlak sahəsinə amnistiya verilməlidir. Bu tətbiq olunmadıqca həmin yerlərdəki evlərə sənəd verilə bilməz. Çünki hər hansısa bir tikiliyə çıxarışın verilməsi üçün o tikilinin faktiki təyinatı ilə torpağın təyinatı eyniləşməlidir. Yəni həmin tikilinin yerləşdiyi torpağın təyinatı da dəyişdirilib tikinti təyinatına çevirilməlidir. Əks halda belə bir tikiliyə çıxarış verilə bilməz”. 



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap