Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Sərxoş halda ağır qəza törədən tanınmış şəxs imiş - FOTO

Tarix 16.09.23, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 15-nə keçən gecə Mingəçevir şəhəri Heydər Əliyev prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "Lexus” markalı avtomobillə ağır qəza törədən 1986-cı il təvəllüdlü Elmar Allahverdiyev tanınmış şəxsdir. Belə ki, E.Allahverdiyev keçmiş hərbçidir və ali təhsilli kəşfiyyatçı olub.

Aprel döyüşlərində iştirak etmiş Elmar Allahverdiyev "Tərtər işi”ndə ermənilərə casusluq ittihamı ilə həbs edilib və dəhşətli işgəncələrə məruz qalıb. Bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılan E.Allahverdiyev daha sonra Vətən müharibəsində iştirak edib və bir sıra medallarla təltif edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı Elmar Allahverdiyev spirtli içkinin təsiri altında olub. Onun avtomobili yüksək sürətlə idarə etməsi də müəyyənləşib.

Həmçinin o da məlum olub ki, qəzada vəfat edən 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva Elmar Allahverdiyevin həyat yoldaşıdır. Hadisə nəticəsində onun 2 övladı və digər qohumu da müxtəlif xəsarətlər alıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb.


Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 850




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap