Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Son bir ildə əhalinin xərclədiyi pulla aldığı məhsulun miqdarı necə dəyişib? – Hesablama

Tarix 12.09.24, 12:27

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 8 ayında  pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 456,1 manat xərcləyib.

AzFakt.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xərclənən vəsaitin 252,2 manatı (55,3%-i) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 203,9 manatı (44,7%-i) isə qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına bir nəfər orta hesabla ayda 248,5 manat, qeyri-ərzaq məhsullarının alınmasına isə 191,6 manat xərcləyib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bir il əvvəl ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclənən vəsait orta hesabla 1,5%, qeyri-ərzaq mallarına xərclənən vəsait isə 6,4% artıb.
Rəsmi məlumatlarda eyni zamanda bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları 3%, qeyri-ərzaq malları isə 1,8% bahalaşıb.
Belə olan halda ötən ilin avqust ayında 500 manatlıq ərzaq alan hər hansı bir şəxs bu ilin avqust ayında 500 manata eyni miqdarda ərzağı ala bilməyib. Belə ki, ötən ilin avqust ayında dəyəri 500 manat olan ərzaq bahalanaraq (3% inflyasiya) bu ilin avqust ayında 515 manat olub. Buna paralel olaraq ötən ilin avqust ayında 500 manat xərcləyən həmin şəxs bu ilin avqust ayında 507,5 manat (1,5% artım) xərcləyib. Bu da o deməkdir ki, həmin şəxs ötən ilin avqust ayından fərqli olaraq bu ilin avqust ayında 7,5 manat dəyərindəki ərzaq məhsulunu almayıb.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin avqust ayında daha çox qeyri-ərzaq məhsulu almaq mümkün olub. Belə ki, ötən ilin avqust ayında dəyəri 500 manat olan qeyri-ərzaq məhsulu bahalanaraq (1,8% inflyasiya) bu ilin avqust ayında 509 manat olub. Buna paralel olaraq ötən ilin avqust ayında 500 manat xərcləyən həmin şəxs bu ilin avqust ayında 532 manat (6,4% artım) xərcləyib. Bu da o deməkdir ki, həmin şəxs ötən ilin avqust ayından fərqli olaraq bu ilin avqust ayında daha çox (23 manat dəyərində) qeyri-ərzaq məhsulu alıb.



Xəbərin oxunma sayı : 1231




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap