Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

Türkiyə-Azərbaycan dostluğu regionda sülhün qarantıdır

Tarix 22.02.24, 8:01

Font ölçüsü : - / +
bitmap-img6


 Azərbaycan-Türkiyə dostluq və qardaşlığının dərin tarixi kökləri vardır və bu dünyada birlik, güc nümunəsidir. Qardaşlığın əsl nümunəsini dünyaya nümayiş etdirən iki ölkə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarda, irəli sürdükləri təşəbbüslərdə aydın şəkildə göstərirlər. Azərbaycanda prezident seçkilərindən sonra cənab İlham Əliyevin fevralın 18-də Türkiyəyə səfəri bu qardaşlığın ən parlaq nümunələrindəndir. Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bugünümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi  apararaq gələcək hədəflərin mesajlarını verdilər.
      
Qardaş dövlətlərin birgə fəaliyyəti çərçivəsində görülən işlərin hər biri mühüm siyasi hadisədir. Mətbuata bəyanatında Prezident İlham Əliyevin bildirdiyinə görə Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır.  Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır.
      
İki ölkə arasında əməkdaşlığın önəmli istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. Hər il ən azı 10 birgə hərbi təlim keçirilir ki, bu da bizim hərbi gücümüzü daha da artırır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
      
Bu gün müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Görüşdə bu barədə də geniş müzakirələr aparılıb. Birgə istehsalla əlaqədar konkret planlarımız mövcuddur. Eyni zamanda görüşdə təhsillə bağlı önəmli anlaşma imzalanıb. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Bu gün həm Türkiyədə, həm Azərbaycanda gənc nəsil qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalı, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalı, yad təsirdən uzaq olmalı, bilikli, savadlı vətənpərvər insanlar olmalıdırlar. Bununla əlaqədar Türkiyə-Azərbaycan Universitetinin yaradılması iki qardaş dövlətin birliyinin növbəti rəmzidir.
      
Azərbaycan və Türkiyə birliyinin fonunda dövlət başçılarının göstərdiyi səylər bütün türk dünyası üçün inam, güc və əzmdir, antimilli qüvvələr üçün qorxu və təşvişdir, bəzi dairələr üçün isə açıq mesajdır. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm edən "Bir millət, iki dövlət" milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Azərbaycan-Türkiyə birliyi regionda sülhün qarantıdır.

Elçin Quliyev



Xəbərin oxunma sayı : 487




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap