“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Türkiyədən Azərbaycana avtomobil ixracı artıb – Ticarət Nazirliyi

Tarix 13.01.20, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


2019-cu ildə Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci illə müqayisədə 119,6 faiz artıb və 137,543 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bidiriblər.

Nazirlikdən qeyd ediblər ki, dekabr ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 44,65 faiz artıb və 11,020 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədən avtomobil ixracı 2018-ci ilin yekunları ilə müqayisədə 3,5 faiz azalaraq 30,594 milyard dollar və ya Türkiyənin ümumi ixracının 17 faizini təşkil edib.

2019-cu ilin dekabr ayında Türkiyədən avtomobil ixracı 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2,9 faiz artıb və 2,544 milyon dollar və ya ümumi ixracın 16,5 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 33,240 milyard dollar təşkil edib.

Sözügedən dövr ərzində ixrac 2018-ci ilin noyabr ayı ilə müqayisədə 0,1 faiz artaraq 15,503 milyard dollar təşkil edib.

2019-cu ilin noyabr ayında Türkiyəyə idxal 2018-ci ilin analoji dövrü ilə müqayisədə 9,7 faiz artıb və 17,737 milyard dollar təşkil edib.

Ötən ilin yanvar-noyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 340,57 milyard dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə avtomobil istehsalı üzrə Avropada altıncı yeri tutur. Ölkədə “Ford”, “FIAT”, “Renault”, “Toyota”, “Honda”, “Opel”, “Hyundai”, “Mercedes-Benz” və “MAN” avtomobil markaları yığılır. Bundan əlavə, Türkiyədə yerli markalı avtobuslar da istehsal olunur – “BMC”, “Temsa” və “Otokar”.



Xəbərin oxunma sayı : 670




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap