“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tikinti daşı təxminən iki dəfə bahalaşdı - Mütəxəssisdən bədbin proqnoz

Tarix 22.07.24, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


Son iki həftə ərzində tikinti daşının qiymətində əhəmiyyətli artım qeydə alınıb. Yəni 14 gün əvvəl 52 qəpik olan tikinti daşı indi 0.8-1 AZN-ə satılır.

Bu artım həm fərdi ev tikənlər, həm də tikinti şirkətləri üçün ciddi problemlər yaradır. Mütəxəssislərin fikrincə, qiymətlərin qalxması bir sıra faktorlardan qaynaqlanır.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, ilk növbədə bu, tikinti daşlarına tələbatın artması ilə bağlıdır:

Açıklama yok.

"İkinci səbəb isə odur ki, ekoloji standartlar yüksəlir. Daş karxanalarını əvvəlki kimi istismar edə bilmirlər, buna ciddi nəzarət var. Bu da xərcləri, qiymətləri artırır. Üçüncü səbəb isə odur ki, daşınma qiymətləri artır. Dizelin, yanacağın bahalaşması tikintidə daşınmaya da mühüm təsir edir. Əvvəl nə qədər istəyirdilər, maşınları yükləyirdilər, indi yollara elektron tərəzilər qoyublar. Bu tərəzilər maşınların artıq yüklənməsinə imkan vermir. Avtomatik cərimələyir, radara salır. Bu kimi bir çox səbəblər qiymətlərin artmasına səbəb olur".

Mütəxəssis bu vəziyyətin uzunmüddətli perspektivdə necə inkişaf edəcəyi ilə bağlı qeyd edib ki, alıcılıq qabiliyyətindən asılı olaraq, artım davam edəcək.



Xəbərin oxunma sayı : 595




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap