Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Tramp Ərdoğan və Putinlə bir araya gəlir –Dünya liderləri Parisə toplaşır

Tarix 05.11.18, 19:37

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trampın bu həftə Parisdə həm rusiyalı həmkarı Vladimir Putin, həm də Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşəcəyi gözlənir.

Dünya liderləri Fransaya 1-ci Dünya müharibəsinin başa çatmasının 100 illiyini qeyd etməkdən ötrü yığışırlar.

“The Guardian” qəzeti yazır ki, Trampın bu ikitərəfli görüşlərinə sabah – noyabrın 6-da ABŞ-da keçiriləcək konqres seçkiləri də rəng qatacaq. Üstəlik, elə həmin gün Vaşinqton Britaniya torpağında kimyəvi silaha əl atdığına görə Rusiyaya iqtisadi sanksiyaları dərinləşdirməklə bağlı qərar verməlidir.

Konqresin qəbul edəcəyi bu sərt sanksiyaların görüşün ruhuna “soğan doğrayacağı” şəksizdir. Hələ bunsuz da ikitərəfli münasibətlərdə gərginlik hökm sürür, axı, Birləşmiş Ştatlar nüvə silahlarına nəzarət sazişindən çıxmağa qərar verib.

Suriya, İrana Sanksiylar

Qəzet yazır ki, Tramp – Putin görüşünün əsas mövzusu Suriyada yeddi ildir davam edən vətəndaş müharibəsini bitirmək, həmçinin İran neftinin idxalçılarına bu gündən – noyabrın 5-dən qoyulan sanksiyalar olacaq.

Vaşinqton Putin – Tramp görüşünün qısa olacağını, amma iyulda Helsinkidəki ilk sammit kimi ziddiyyətli olmayacağını proqnozlaşdırır. Amma hər iki şəxsin hərəkətini proqnozlaşdırmq çətindir və üstəlik, Tramp konqres seçkilərini udduğunu görsə, Rusiyayla münasibətlərdə daha sərbəst davrana bilər.

Türkiyə “Washington Post”un köşə yazarı Camal Xaşuqcinin öldürülməsində ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanını ittiham edir. Bu ittihamlardan sonra ilk dəfədir ki, Tramp Ərdoğanla bir araya gəlir. Ərdoğan Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı birbaşa bu qətlin sifarişində suçlayır. Amerika isə ər-Riyada hər hansı sanksiya qoymaq üçün Səudiyyənin özünün apardığı daxili təhqiqatın nəticələrini gözləyir.

Gözlənir ki, Ərdoğan da Trampla görüşündə əsas diqqəti Suriyanın şimalındakı İdlib vilayətində atəşkəsin qorunmasına, kürd qruplara qarşı birgə əməliyyatlara ayıracaq.

Paris Sülh Forumunu Almaniya kansleri Angela Merkelin açacağı gözlənir. O, 2021-ci ildə kansler postundan gedəcəyini açıqlayıb. Merkeldən sonra forumda BMT-nin Baş katibi António Guterresin çıxış edəcəyi, çoxtərəfli münasibətlərdə islahatlara çağıracağı gözlənir.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap