Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Trampdan Netanyahuya xəbərdarlıq: “İrana qarşı tək qala bilərsən“

Tarix 09.06.26, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə apardığı telefon danışığının bəzi təfərrüatını açıqlayıb.

ABŞ lideri "N12" telekanalına müsahibəsində gərginliyin daha da artmasının qarşısını almağa çalışdığını, lakin Netanyahunun onun çağırışlarına tam əməl etmədiyini bildirib.

"Mən Netanyahuya dedim ki, ehtiyatlı olmalıdır. Atdığın addımlara qarşı çox diqqətli olmalısan, çünki tezliklə İrana qarşı tək qala bilərsən", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, o, Netanyahudan İranın raket hücumuna cavab verməməyi xahiş edib. Tramp qeyd edib ki, ABŞ və İran arasında vasitəçilik səylərində iştirak edən regionun beş ölkəsi də ondan İsrailin baş nazirinə təsir göstərməyi və mümkün razılaşma şanslarını qorumağı istəyib.

"N12" telekanalının məlumatına görə, sözügedən danışığı dinləyən şəxslərdə Trampın diplomatik həll üçün bir neçə günlük vaxt qazandığı təəssüratı yaranıb. Lakin bundan sonra Netanyahu təhlükəsizlik strukturlarının rəhbərləri ilə müşavirə keçirib və ABŞ dövlət katibi Marko Rubioya zəng edərək İrana zərbə endiriləcəyi barədə məlumat verib.

"Onlar bizə çox gec mərhələdə məlumat verdilər. Artıq İrana doğru yolda idilər. Mən yalnız zərbənin miqyasını kiçiltməyə nail oldum", - deyə Tramp bildirib.



Xəbərin oxunma sayı : 130




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap