| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Ukrayna müharibəsi Rusiya yəhudilərini necə vurur? – “Vaşinqton Post”
Tarix 02.08.22, 20:30 |
|
Ukrayna müharibəsi Rusiya yəhudilərini necə vurur? – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Moskvanın yəhudi agentliyini bağlamaq tədbirləri Rusiya yəhudilərini narahat edir” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə “Sohnut” Beynəlxalq Yəhudi Agentliyinin fəaliyyətinin Rusiyada qadağan olunması tələbindən bəhs edilir.
Mərkəzi ofisi İsraildə yerləşən “Sohnut” dünyada yəhudilərin repatriasiyası, İsrailə köçüb məskunlaşması ilə məşğul olur.
İyul ayında Rusiyanın Ədliyyə Nazirliyi “Sohnut”un Rusiya bölməsinin ləğvi tələbi ilə məhkəmə iddiası qaldırıb. Ayın 28-i Moskva məhkəmələrinin birində iş üzrə ilkin dinləmə keçirilib, məhkəmə baxışı avqustun 19-na təyin edilib.
“Vaşinqton Post”un məqaləsində vurğulanır ki, “Sohnut”un bağlanması tələbi Rusiya yəhudilərini qorxuya salıb və Moskva ilə Tel-Əviv arasında münasibətləri gərginləşdirib. 90 ildən artıqdır yaradılan və İsrail hökumətinə bağlı olan “Sohnut” agentliyinin yəhudi ailələrinin İsrailə köçməsinə, yaxud səyahət etməsinə yardım göstərdiyi xatırladılır.
Məqalədə İsrailin “Yerusəlim Post” qəzetinə istinadla qeyd olunur ki, bu ilin fevralında Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlayandan, Ukraynanın yəhudi əsilli prezidenti Vladimir Zelenskini devirmək üçün total təbliğata start verəndən bəri 16 mindən çox Rusiya yəhudisi ölkəni tərk edərək İsrailə köçüb. Daha 34 min Rusiya yəhudisi İsrailə turist kimi səfər edib.
Rusiya ilə İsrail arasında gərginliyin artması son vaxtlar bir neçə qalmaqalın, o cümlədən Rusiyanın hökumət rəsmilərinin antisemit ifadələri və Moskvanın baş ravvini Pinxas Qoldşmidtin ölkəni tərk etməsinin nəticəsidir. İsrailin baş naziri Yair Lapidin Rusiyanın Ukraynaya hücumunu pisləməsi və Kremli müharibə cinayətlərində ittiham etməsi də Moskvanı qəzəbləndirib.
Ukrayna müharibəsinə qarşı çıxan Pinxas Qoldşmidt iyunda ölkəni tərk edərək İsrailə köçüb, iyul ayının əvvəlində baş ravvin postundan istefa verib. Pinxas Qoldşmidt bildirib ki, onun bu postda qalması Moskvanın yəhudi icmasını təhlükə altında saxlayır: “Rusiya son aylarda İsrailə köçü üçün yəhudi agentliyinin son on ildə etdiyindən daha çox iş görüb”.
“Vaşinqton Post”un məqaləsində vurğulanır ki, İsrailin miqrasiya naziri Pnina Tamano-Şatanın sözlərinə görə, 600 minə yaxın rusiyalının İsrailə mühacirət etmək hüququ var.
Rusiya Yəhudi Konqresinin məlumatına görə, ölkədə 180 minə yaxın yəhudi yaşayır, onların 70 faizi Moskva və Sankt-Peterburqda məskunlaşıb.
Rusiyada yaşayan yəhudilərin çoxu yaxşı təhsil alıb və informasiya texnologiyaları kimi ixtisaslaşdırılmış sahələrdə çalışır. Minlərlə belə mütəxəssisin Rusiyadan getməsi ölkə üçün beyin itkisi deməkdir. Putinin müharibəsi ölkədən beyin axınına töhfə vermiş oldu və bunun təsiri uzun illər davam edə bilər.
Qeyd olunur ki, Putin İsrailə səfər edən ilk Rusiya prezidentidir və onun müxalif lider, keçmiş baş nazir Benyamin Netanyahu ilə isti münasibətləri var. Putin bir aylıq maaşını Moskvada oliqarxların maliyyələşdirdiyi, 2012-ci ildə açılan Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin tikintisinə bağışlayıb.
Amma Rusiyada antisemitizm hələ də geniş yayılıb. Müstəqil “Levada” mərkəzinin 2021-ci ilin dekabrında keçirdiyi sorğu göstərib ki, rus respondentlərin yalnız 11 faizi yəhudi ilə yaxın dost olmaq istədiyini bildirib. Sorğu iştirakçılarının yalnız 7 faizi yəhudilərin ölkədə çalışmasına tərəfdar çıxıb.
Bəziləri artan rus millətçiliyinin, Ukrayna prezidentinə qarşı nifrətin və Rusiya ilə İsrail arasında gərginliyin yəhudi icmasına qarşı düşmənçiliyi artıra bilməsindən ehtiyatlanır.
Xarici işlər naziri Sergey Lavrov və keçmiş prezident Dmitri Medvedyev də daxil olmaqla Putinə yaxın əsas Rusiya rəsmiləri bu yaxınlarda antisemit fikirlər səsləndiriblər. May ayında Zelenskini tənqid edən Lavrov Hitlerdə də yəhudi qanının olduğunu deyib və bu, tək İsraildə yox, dünyada qəzəb doğurub. 2021-ci ildə isə Dmitri Medvedyev “Kommersant” qəzetində Zelenski ilə bağlı antisemit ifadələrin yer aldığı məqalə yazıb.
Kreml yəhudi agentliyinin bağlanması təşəbbüsünün təşkilatın Rusiya qanunlarını pozması ilə bağlı olduğunu qeyd edir. Moskva bildirir ki, məsələ siyasiləşdirilməməli və Rusiya-İsrail münasibətlərinin bütün spektrini əhatə etməməlidir. Ancaq elə iyulun 27-də Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Ukraynadakı müharibə ilə bağlı mövqeyini tənqid edib, qərəzli, anlaşılmaz adlandırıb.
“Vaşinqton Post” yazır ki, iyulun 27-də Yair Lapid ölkəsinin hüquqi məsələlərin həllində Rusiya ilə dialoqa hazır olduğunu bildirib. Rusiya mətbuatının məlumatına görə, problemin həlli üçün Moskvaya göndərilən nümayəndə heyətinin səfəri bir neçə gün geciksə də, qrup iyulun 28-i danışıqlar üçün Rusiyaya yola düşüb.
Mülahizəyə görə, Rusiya Ədliyyə Nazirliyinin yəhudi agentliyinə qarşı hərəkətləri ümumi bir prosesin başlanğıcı ola bilər. “Yerusəlim Post” yazır ki, Rusiyada İsrail və ya ABŞ-ın maliyyə vəsaitlərindən asılı olan bir neçə digər yəhudi təşkilatı ötən həftə hökumətdən “xarici agent” elan oluna biləcəklərinə dair xəbərdarlıq alıb.
Xəbərin oxunma sayı : 1084
Analiz
Xəbərlər
-
Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi
-
“Planet Kids“də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi
-
Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsi - Nələr oldu?
-
Tezliklə Ərəb dənizi də “düşmən qüvvələri“ndən təmizlənəcək - Müctəba Xamenei
-
Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq - RƏSMİ
-
“Biz artıq top-komanda deyilik” - Şvaynştayger millini topa tutdu
-
Şuşa rayonunda mina partlayışı baş verib - Bakı sakini yaralandı
-
Prezident üç rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
-
Uzunmüddətli inkişaf strategiyası
-
Xatunun yolunu bağlayan kimdir? - “Mənə dedilər ki...“
-
“Süni intellekt milyardlarla insanın ölümünə səbəb ola bilər” - Bill Qeyts
-
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri - Açıqlandı
-
Ermənistanda benzininin qiyməti rekord səviyyəyə çatdı - TASS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pakistanda azərbaycanlı qadına təcavüz edildi - TƏFƏRRÜAT
-
Madyarın toxunulmazlığı ləğv edildi - Oğurluqda ittiham olunur
-
Azərbaycan xurmanı hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
Məktəblərdə kütləvi pul yığılır - SƏS YAZILARI
-
112 min manatlıq qanunsuz qumar əməliyyatı - TƏFƏRRÜAT
-
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
-
Prezidentin yeni rütbələr verdiyi şəxslər kimdir? - FOTOLAR
-
Həyat yoldaşının gözünü “göyərtdi“ - Məhkum edildi
-
Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
-
Sabah Azərbaycanda leysan olacaq -Xəbərdarlıq
-
Toyuq filesi marketlərdə niyə yoxdur? - AÇIQLANDI
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
-
Minatəmizləmə Agentliyi 5 maşın alır - 719 min manat xərclənəcək
-
Sabunçuda qadın qətlə yetirildi - Əri saxlanıldı
-
Ketçup hansı ölkələrdən gətirilir və marketdə neçəyə satılır? - Siyahı
-
Avtoxuliqanlıq edən sürücü həbs olundu - 15 sutka
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - FOTOLAR
-
Bakıda bu ərazidə yeni tunel inşa ediləcək - VİDEO
-
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - SƏRƏNCAM
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Anım Günü ilə əlaqədar
-
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik:Vətəndaşların yeni maliyyə seçimi
-
Prezident bir qrup prokurorluq işçisini təltif etdi - SİYAHI
-
Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib - Tokayev
-
Yasamal rayonunda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
-
Aİ-də miqrasiya böhranına qarşı yeni plan: 24 saata qüvvələr göndəriləcək
-
Tehran Vaşinqtonla həm yeni münaqişəyə, həm də danışıqlara hazırdır - Əraqçı
-
Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - VİDEO
-
Xırdalanda bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
27 Sentyabr Anım Günü tarixi Zəfərə aparan yolun başlanğıcı
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
-
Azərbaycanda 490 manata satılan meyvə - Xaricdən 22 manata gətirilir
-
“Kaşif Kozinoğlu işi“ ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
-
Tramp Feyrford aviabazasındakı həbslərdən danışdı: “Onları uzun müddət izlədik“
-
“Xəbərdarlıq etmişdik, dinləmədilər” - “Real”dan Fransa millisinə ittiham
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - Fotolar
-
Bakıda bu mənzil 10 milyona satılır - FOTOLAR
-
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
-
Anar Ələkbərov “44” filmindən daha bir hissəni paylaşıb - Video
-
“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” - Ərdoğan
-
Millətlər Liqası:Azərbaycan Litva ilə heç-heçə etdi
-
Hörmüz boğazından rekord həcmdə neft daşınıb - Tramp
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - SİYAHI
-
KTN rəhbərlik və kollektivi Zəfər parkında - FOTOLAR
-
Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq - Hikmət Hacıyev
-
Baxçalı 2 mafiya liderini barışdırdı - Sedat Peker dəstək verdi
-
Niderland əhaliyə çağırış etdi: Üç günlük ərzaq və su ehtiyatı saxlayın
-
Azərbaycan xalqının milli kimliyinin və ləyaqətinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişi
-
“Hər şey Sizdən başladı, cənab General“ - Polad Həşimovun xanımı
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
-
27 sentyabr-Anım Günü: Milli birlik, həmrəylik rəmzi, qəhrəman şəhidlərimizə dərin ehtiramın ifadəsi
-
Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahıda ABŞ və Avropa yoxdur
-
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
-
Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?
-
ABŞ İrana iqtisadi təzyiqi artırır - 50-dən çox ölkə ilə danışıqlar aparılıb
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
-
YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov
-
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - Video - Fotolar
-
44 günlük qəhrəmanlıq dastanının yazılmasının başlandığı tarix
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri təyin olundu - FOTO
-
Prezident və birinci xanım Zəfər parkında - FOTOLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
-
Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi
-
Dünyda ən çox dizel ixrac edən ölkələr - SİYAHI
-
TikTok 100 milyon dollar ödəyir - Uşaqlar üçün yeni rejim
-
Səhər nə içmək daha yaxşıdır: Qəhvə, yoxsa portağal şirəsi?
-
Kuba ilə ordusuz razılığa gələcəyik - Donald Tramp
-
Bakının bu ərazisində bulvar salınır - VİDEO
-
Ağsu aşırımında aktivlik yenidən artdı - VİDEO
-
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni açıqlama
-
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər
-
Prezident Anım Günü ilə bağlı paylaşım edib - FOTO
-
Anım Günü - Vətən müharibəsinin başlanmasından 6 il ötür
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
TOP 10
ARXİV






