“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ukrayna PUA-larla Lipetskə hücum etdi: 9 nəfər yaralandı

Tarix 09.08.24, 10:27

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən Rusiyanın Lipetsk vilayətinə kütləvi hücum həyata keçirilib.

TASS xəbər verir ki, bu barədə Lipetsk vilayətinin rəhbəri İqor Artamonov “Telegram” kanalında bildirib.
“Lipetsk kütləvi PUA hücumuna məruz qaldı. Hava hücumundan müdafiə qüvvələri işləyir. Pəncərələrə yaxınlaşmayın. Təhlükəsiz yerlərə sığının”, - vilayət rəhbəri qeyd edib.
İqor Artamonov ilkin məlumatlara görə, PUA hücumunun 9 nəfərin yaralanması ilə nəticələndiyini bildirib. Qubernator qeyd edib  ki, onların hamısı Lipetsk xəstəxanalarına yerləşdirilib. O, həmçinin vilayətdə qırmızı təhlükə səviyyəsinin qaldığını bildirib.
Digər tərəfdən, Lipetsk hərbi aerodromunda yanğın baş verib və enerji infrastrukturu obyekti zədələnib. Nəticədə, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hücumla bağlı Lipetskdə fövqəladə vəziyyət elan edilib.
Vilayət rəhbəri təhlükəsizliyin təmin edilməsi üçün Koptsevı Xutora, Fedorovka, Yakovlevka, Tınkovka qəsəbələrinin sakinlərinin təxliyə edildiyini bildirib.
Ümumilikdə, Lipetsk vilayətində 416 ev təxliyə zonasına düşüb. 
Giriş-çıxışlarda nəzarət buraxılış məntəqələri yaradılıb, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hücumu Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi də təsdiq edib.



Xəbərin oxunma sayı : 1018




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap