Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir - Şolts

Tarix 10.02.25, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda Ukraynanın NATO üzvlüyündən söhbət getmir.

Bunu Almaniya kansleri Olaf Şolts Xristian Demokrat və Xristian Sosial İttifaqları blokundan kansler postuna namizəd Fridrix Merts ilə seçkiqabağı debatlar zamanı bildirib.

“Amerika hökuməti bunu ertələyir. NATO-nun qərarları belədir ki, bu bloklanmayacaq, lakin baxılmır da. Və ona görə də bu vəziyyətdə NATO üzvlüyündən söhbət getmir, mən bunu birbaşa bəyan edirəm”, – Şolts qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, hazırda söhbət Ukraynanın müdafiəsinin təmin edilməsindən gedir. Onun sözlərinə görə, Kiyevin “arxasında” hər hansı müzakirələr olmamalıdır.

“Bəzilərinin Ukraynanın ərazisindən güzəştə gedə biləcəyini söyləməsi xoşuma gəlmir. Bu da onların işidir”, – Şolts deyib. Eyni zamanda o bildirib ki, "Ukraynaya kömək göstərmək lazımdır ki, onun güclü ordusu olsun".

“Axı öz iqtisadiyyatı ilə o, özünümüdafiə üçün lazım olan bu miqyasda ordunu maliyyələşdirə bilməz. Bu, razılaşmalı olduğumuz birinci vacib məsələdir, həmçinin bunun ətrafında təhlükəsizlik zəmanətləri də var”, – Şolts vurğulayıb.

Merts də hesab edir ki, Ukraynanı hazırda Şimali Atlantika Alyansına qəbul etmək olmaz, çünki ölkə müharibə vəziyyətindədir. eport.az



Xəbərin oxunma sayı : 1300




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap