“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Valideyn icazəsi olmadan hesab açmaq mümkün olmayacaq? - VİDEO

Tarix 09.06.26, 9:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni qaydalar gündəmə gəlib.

Təklifə əsasən, sosial media platformalarında fərdi hesab açmaq üçün minimum yaş həddi 16 olmalıdır.

AzFakt.com Baku TV-yə istinadən xəbər verir ki, 16-18 yaş arası şəxslər isə yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə sosial şəbəkələrdə hesab yarada biləcəklər. Əsas məqsəd uşaqları zərərli kontentdən, kibertəqibdən (bullinqdən), manipulyativ çağırışlardan, cinsi istismar risklərindən və psixoloji təsirlərdən qorumaqdır.

Qanun layihəsində sosial media platformaları üçün də konkret tələblər nəzərdə tutulur. Belə ki, platformalar yaşın təsdiqlənməsi mexanizmlərini tətbiq etməli, azyaşlılarla bağlı toplanan fərdi məlumatlardan kommersiya məqsədilə istifadə etməməli və dövlət qurumlarına müvafiq hesabatlar təqdim etməlidirlər.

Müzakirə olunan dəyişikliklərdə diqqətçəkən məqamlardan biri də 16-18 yaşlı istifadəçilər üçün sonsuz sürüşdürmə (infinite scroll) və videoların avtomatik oynadılması kimi asılılıq yarada bilən texnoloji mexanizmlərin məhdudlaşdırılmasıdır. Mütəxəssislərin fikrincə, xüsusilə, qısa video formatları uşaqlarda diqqət dağınıqlığına, informasiyanın səthi qavranılmasına və yaddaş problemlərinə səbəb ola bilər.

Bununla belə, ekspertlər hesab edirlər ki, məsələ yalnız qadağalarla həll olunmamalıdır. Onların fikrincə, sosial şəbəkələrə yaş məhdudiyyətinin tətbiqi geniş ictimai müzakirələr, valideynlərin maarifləndirilməsi və məktəblərdə media savadlılığı proqramları ilə müşayiət edilməlidir.

Çünki rəqəmsal təhlükəsizliyin təmin olunması təkcə dövlətin deyil, həm də ailənin və təhsil sisteminin birgə məsuliyyətidir.





Xəbərin oxunma sayı : 961




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap