![]() |
|














Vilyam Hacıyevi “Gilan Holdinq”ə nə bağlayır?
Tarix 25.05.20, 13:39 |
|
495.jpg)
Son zamanlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya və rüşvət yolu ilə milyonlarla sərvət əldə edən yüksək vəzifəli məmurlara qarşı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat cəmiyyətdə böyük rezonans yaradıb.
İllərlə vəzifə səlahiyyətlərindən istifadə edərək dövlətin və xalqın sərvətini mənimsəyən bu məmurların televiziya ekranlarında göstərilən milyonlarla dəyəri olan villaları, obyektləri, yüz hektarlarla torpaq sahələri, yüzminlik avtomobilləri sosial şəbəkələrdə, ictimaiyyət arasında, mediada müzakirə olunmaqdadır.
Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi məmurların arasında ictimaiyyətdə və sosial şəbəkələrdə ən çox müzakirə olunan məmurlardan biri İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdir.
Buna səbəb isə may ayının 6-da Səbail rayon məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən V.Hacıyevin evindən milyonlarla nəğd pul vəsaitlərinin çıxması oldu. DTX-nin əməliyyat videosundakı kadrlarda görüntülənən 500-lük evro və 100-lük dollar əskinaslarından ibarət bandrollarda təxminən 4-5 milyon manat ekvivalentində pul olduğu deyilirdi.
Burada əsas məqamlardan biri də digər icra başçılarından fərqli olaraq Vilyam Hacıyevin evindən çıxan milyonlarla vəsaitin iri həcmli əskinaslardan ibarət olması və xüsusi qablaşdırılması idi.
İqtisadçı alım Qubad İbadoğlunun yazdığına görə, DTX-nin təqdim etdiyi əməliyyat kadrları göstərilən pulların hamısını özündə əks etdirirsə, onda hesablamalar göstərir ki, orda 2 milyon 480 min dollar, 450 min avro var: “Əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait bundan dəfələrlə çoxdur. Bundan əlavə pulların ondan da çox hissəsi biznesə və əmlaka yatırılır. Bu hesabla Vilyam Hacıyevın varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər. Bu da büdcə üçün əlavə maliyyə qaynağıdır”.
Bu nüansa diqqət edən bəzi ekspertlərin iddiasına görə, V.Hacıyevin evindən çıxan milyonlarla vəsait böyük ehtimalla bir mənşəlidirlər.
Səkkiz il İmişli rayonuna rəhbərlik etmiş V. Hacıyevin bu qədər sərvətə – villalara, bahalı avtomobillərə, milyonlarla manat nəğd pullara necə nail olması ətrafında günlərlə mətbatda və sosial şəbəkələrdə müzakirələr getsə də, hələ ki, ortada əsaslı arqument yoxdur.
Lakin Qlobal.az-ın əldə etdiyi məlumatda icra başçısının milyonlara necə sahibləndiyi barədə maraqlı iddialar yer alır.
Verilən məlumata görə, Vilyam Hacıyev sahib olduğu sərvətin böyük hissəsini “Gilan Holdinq” şirkəti ilə “əməkdaşlıq” çərçivəsində qazanıb. Belə ki, İmişli rayonu ərazisində 4300 hektar torpaq sahəsi icra başçısı tərəfindən sənədləşdirilərək “Gilan Holdinq”ə satılıb.
Məlumata görə, rəsmi sənədlərdə İmişli rayon İcra Hakimiyyəti tərəfindən “Gilan Holdinq”ə satılan torpaq sahələri 4300 hektar göstərilsə də, əslində şirkətin sahibləndiyi torpaqların 5000 hektardan artıq olduğu deyilir.
Qeyd edək ki, hələ ötən il İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Dövlət Fond torpağında uzun illərdir rəsmi müqavilə əsasında maldarlıq təsərrüfatı ilə məşğul 1-ci qrup Qarabağ müharibəsi əlili, Qarabağ müharibəsi veteranı Ağayev Elman İmişli rayon İcra Hakimiyyətinin rəhbərliyinin qanunsuzluqları ilə üz-üzə qaldığına görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişdi.
Birinci qrup Qarabağ əlili dövlətin ali rəhbərliyinə ünvanladığı şikayət məktubunda 2006-cı ildə rəsmi müqavilə əsasında 15 illiyinə İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Dövlət Fond torpağında maldarlığın inkişafı məqsədi ilə aldığı 250 hektar otlaq sahəsinin İmişli rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əlindən alınaraq yüksək vəzifəli məmurlara satıldığını deyirdi.
Birinci qrup Qarabağ əlilinin ölkə rəhbərliyinə ünvanladığı şikayət məktubunda səsləndirdiyi ittihamlara İmişli rayon İcra Hakimiyyəti o zaman rəsmi açıqlama vermişdi.
İmişli rayon İcra Hakimiyyəti açıqlamasında 1-ci qrup Qarabağ müharibəsi əlili, Qarabağ müharibəsi veteranı Ağayev Elmanın torpaq sahəsinin müqaviləsinə xitam verildiyini, həmin ərazinin isə qanuni şəkildə “Gilan Holdinq” şirkətinə satıldığını qeyd edirdi.
Maraqlıdır ki, başqa zaman mediada barəsində yazılanlara operativ reaksiya verən “Gilan Holdinq” o zaman İmişli rayon İcra Hakimiyyətinin bu açıqlamasının üstündən sükutla keçdi.
Digər maraqlı məqam isə İmişli rayonunda 4300 hektar qnuni torpağa sahib olan “Gilan Holdinq”in rəsmi saytında bu barədə heç nə yazılmamasıdır.
Saytda yalnız şirkətin turizm, sənaye və tikinti fəaliyyəti barədə məlumatlar verilib. Belə olan təqdirdə isə “Gilan Holdinq”in İmişli rayonunda (rayon icra hakimiyyətinin vurğuladığı kimi) qanuni formada əldə etdiyi 4300 hektar torpaq sahəsində nə əkib-becərdiyini ictimaiyyətdən gizli saxlamaq istəməsi şübhələrə yol açır.
Analizlər də onu göstərir ki, iqtisadiyyatı yalnız aqrar sahədən ibarət olan İmişli rayonunun başçısı Vilyam Hacıyev milyonlarla vəsaitə yalnız rayonun min hektarlarla torpaq sahəsini arxasında oliqarx nazirlərin dayandığı şirkətlərə “qanuniləşdirib” satmaqla nail ola bilərdi.
Yerli mediada yazılanlara görə “Gilan Holdinq” Fövqaladə hallar Naziri Kəmaləddin Heydərova məxsusdur. Hazırda holdinqə K.Heydərovun qohumu (xalası oğlu olduğu iddia edilir) Cəmil Muradovun rəhbərlik etdiyi deyilir.
Məsələ ilə bağlı “Gilan Holdinq”dən mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf münasibət bildirmədi.
Mənbə: Qlobal.az
Xəbərin oxunma sayı : 826
Sosial
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV