“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yevlax görüşü başa çatdı - Tərəflərdən ilk açıqlamalar - VİDEO

Tarix 21.09.23, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


“Bakı ilə yekun razılaşma yoxdur, detallar razılaşdırılmalıdır”.

AzFakt.com xəbər verir ki, bunu jurnalistlərə Yevlaxda Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələri ilə görüşdə iştirak edən Qarabağ ermənilərinin təmsilçisi deyib.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov isə bildirib ki, bir görüşdə bütün problemlərin həllini gözləmək çətindir. “Hesab edirəm ki, bu gün Yevlaxda aparılan danışıqlar çoxsaylı görüşlərdən birincisidir. Qarabağ erməniləri ilə Azərbaycan arasındakı bütün problemlərin bir görüşdə həll olunacağını gözləmək lazım deyil”, - Əmirbəyov “Sky News Arabia” telekanalının efirində bildirib.

O qeyd edib ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında aparılan danışıqlar münaqişəyə son qoyacaq sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.

Erməni “Teleqram” kanallarının yazdığına görə, görüşdə Azərbaycan rəsmiləri onlara ultimativ tələblər verib.

Xatırladaq ki, Prezident Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşlərin davamlı olacağı gözlənilir.




Xəbərin oxunma sayı : 679




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap