Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“25 saylı şəhər poliklinikasında travmatoloq yoxdur“ - ŞİKAYƏT

Tarix 03.02.25, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri, Binəqədi rayonu, 10 saylı şəhər poliklinikasında travmatoloq olmaması sakinlərin şikayətinə səbəb olub.

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, sakinlər poliklinikaya yaxınlaşıb tibbi kitabçalarını götürdükdən sonra 25 saylı şəhər poliklinikasına getmək məcburiyyətində qalırlar.

"10 saylı şəhər poliklinikasında travmatoloq yoxdur. Xəstə məcbur qalır ki, buradan tibbi kitabçasını götürüb 25 saylı şəhər poliklinikasına getsin. O, orada ucsuz-bucaqsız qeydiyyat növbəsindən sonra saatlarla həkimin qəbuluna düşmək üçün gözləməlidir. Hələ kitabçanı götürüb geri qaytarmaq da lazımdır. Vəziyyəti ağır olan xəstələr üçün isə yaxınları əziyyət çəkməli olurlar. Eyni prosesi icra edərək 35 manat ödəyib həkimi evə çağırmalıdır. Verilən bülletenin müddəti 3 gün olduğu üçün əmək qabiliyyətin bərpa olunana qədər eyni proses mütəmadi olaraq təkrarlanır", - sakin qeyd edib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.



Xəbərin oxunma sayı : 1045




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap