Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2021

    Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO

  • / Maqazin / — 18 Sentyabr 2021

    Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 16 Sentyabr 2021

    Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2021

    Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO

  • / Maqazin / — 09 Sentyabr 2021

    Azərbaycanlı model bu cür soyunmağı sevir – FOTO

  • / Maqazin / — 30 Avqust 2021

    Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

Üçüncü Dünya müharibəsi harda başlayacaq? - Çin və Rusiya Yaponiyaya hücum edəcək...

Tarix 31.08.21, 17:03

Font ölçüsü : - / +
bitmap-img6


«Üçüncü dünya müharibəsi başlaya bilərmi» sualı son illərdə tez-tez səslənir. Həqiqətən dünyada baş verən kataklizmlər, müharibələr, əzələ nümayişləri, nüvə dövlətlərinin sayının artması gedişatın təhlükəli olduğunu göstərir. 

“Ərəb baharı” Suriyaya çatdıqda böyük dövlətlərin qarşıdurması daha da gücləndi. Bu halda da “üçüncü dünya müharibəsindən” danışanların sayı artdı. İş o yerə çatdı ki, Roma Papası da “üçüncü dünya müharibəsi” ifadəsini səsləndirmək məcburiyyətində qaldı.

“Üçüncü dünya müharibəsi” ilə bağlı yeni baxış Amerikadan gəldi. ABŞ-ın Hərbi-Dəniz Akademiyasının Strateji Təhlillər kafedrasının müdiri Ceyms Holms “The National Interest” dərgisində yayımladığı məqaləsində “üçüncü dünya müharibəsinnin” başlanğıc nöqtəsini fərqli məkanda işarə edib: “Rusiya və Çin Yaponiyaya qarşı ərazi iddiası əsasında bölgədə gərginlik artacaq və bu üçüncü dünya müharibəsinə təkan verəcək”.

Amerikalı alimin sözlərinə görə, Moskva və Pekin Yaponiya torpaqlarının bir hissəsinə ərazi iddiası irəli sürə bilərlər: “Moskva ilə Tokio arasında Kuril adalarına görə mübahisə davam edir. Bu mübahisə Moskvanı Tokioya qarşı əks-planlar hazırlamağa sövq edir. Bundan başqa Pekin Yaponiyanın Senkaku adasında iddia edir. Aydındır ki, əgər Rusiya və Çin adalara görə Yaponiyaya qarşı vahid cəbhə açarlarsa, Tokionun strateji müttəfiqi ABŞ işə qarışmalı olacaq”.

Amerikalı alim Vaşinqtonun Tokioya dəstəyini artırması vacibliyini bildirib. Onun sözlərinə görə, əks halda Çin Rusiya ilə birgə Yaponiyaya qarşı aqressiyanı gücləndirəcəklər.

Yaponiyanın hər hansı bir dövlətə qarşı müharibə aparmaq planı yoxdur. Buna baxmayaraq, Tokio Kuril adalarının geri qaytarılması siyasətindən əl çəkmir və Pekinin ona qarşı ərazi iddiasını rədd edir. Pekin isə hesab edir ki, Yaponiya İkinci Dünya Müharibəsinin nəticələrindən hələ dərs çıxarmayıb. Yəni Pekinin fikrincə, əgər Yaponiya İkinci Dünya Müharibəsində məğlub olubsa üstündən uzun onilliklər keçdikdən sonra da Tokio hələ də məğlubiyyətin acısını yaşamalı və haqqını tələb etməməlidir.

Yaponiya keçmiş səhvlərindən nəticə çıxarıb, aqressiv siyasət yürütmür, müharibələrdə iştirak etmir, nüvə dövləti olmağa çalışmır və s. Eyni sözləri Rusiya və Çin haqqında demək mümkün deyil.

Bu arada, bəzi mütəxəssislərin fikrincə, Vaşinqton Moskva ilə münasibətlərdə strateji sabitliyə nail olmağı arzulayır. Ancaq Moskva və Pekinin siyasəti hələ ki, “strateji sabitliyə” imkan vermir. Vaşinqtonda onu da anlayırlar ki, Amerikanın həm Rusiya, həm də Çinlə mübarizə aparması çətindir. Bu siyasət Moskva ilə Pekini bir-birinə daha da yaxınlaşdırır.

Amerika keçmişdə kommunist Çinlə münasibətləri normallaşdıraraq kommunist SSRİ ilə mübarizə aparırdı. Vaşinqtonun 1970-1980-ci illərdə yürütdüyü bu siyasət bəhrəsini verdi, SSRİ dağıldı. İndi isə əksinə, Vaşinqton Çini hədəf seçərək Rusiya ilə münasibətlərdə bütün çətinliklərə baxmayaraq dialoqunu genişləndirməyə çalışır. Ancaq Kreml son illərdə ətrafda o qədər problem yaradıb ki, Vaşintonla dialoq alınmır. Kreml bunun əvəzində Pekinlə müttəfiqliyi gücləndirməyə çalışır. Avqustun 13-də Çində Rusiya ilə birgə hərbi təlimlər başladı. Təlimlərdə hər iki ölkədən 10 min hərbçi və yüzlərlə hərbi texnika iştirak edib.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1216

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda