“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“İnter“dən Dibalaya ilk rəsmi təklif - Günün transfer xəbərləri

Tarix 09.06.22, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Daily Mail" nəşri: "Arsenal" yaxın vaxtlarda "Lester Siti"nin yarımmüdafiəçisi Yuri Tilemansı transfer etmək istəyir".

"Calciomercato" nəşri: "Atalanta" və "Montsa" Stefan El Şaravini transfer etmək niyyətindədir. İtalyan futbolçu yay transfer pəncərəsində “Roma”dan ayrılmağa hazırdır.  El Şaravi A Seriyasında qalmaqda maraqlıdır".

"Daily Mail" nəşri: "Sauthempton" "Mançester Siti"nin qapıçısı Gevin Bazununu 10 milyon funt sterlinqə almağa hazırdır". 

"Daily Mail" nəşri: "Sauthempton" “Tottenhem”ə keçən Freyzer Forsterin yerinə transfer bazarında həll yolu axtarır".

"The Sun" nəşri:  Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Manuel Akanci 21 milyon funt sterlinqə "Arsenal"a təklif olunub. Daha əvvəl futbolçu ilə "Mançester Yunayted" maraqlanırdı".

Fabritsio Romano, insayder:  "Argentinalı hücumçu Paulo Dibala müqavilə imzalamaq üçün ilk rəsmi təklifini alıb. Futbolçunu "İnter" heyətinə qatmaq istəyir".

"Goal" saytı: "Çelsi" hücumçu dəyişikliyi etmək üçün "İnter"lə danışıqlar aparır. Lautaro Martines Londona, Romelu Lukaku isə Milana getməlidir".

 "Le Parisien" nəşri: "PSJ bu yay "İnter"in mərkəz müdafiəçisi Milan Şkrinyar və "Sassuolo"nun hücumçusu Canluka Skamakkanı almağa çalışacaq.

"The Mirror" nəşri: "Cimmi Floyd Hasselbaynk "Barnsli"dən təklif aldığını, lakin "Berton Albion"da qalmağa qərar verdiyini təsdiqləyib".

"Xetafe"nin prezidenti Anxel Torres: “Bu gün Qaret Beylin agenti ilə danışdım. Bizə təklif etdilər. Bunu “Xetafe”nin məşqçilər korpusu və idman rəhbərliyi ilə müzakirə etməliyik”.

Baş tutmuş transfer xəbərləri: 

24 yaşlı danimarkalı sağ cinah müdafiəçisi Rasmus Kristensen "Zaltsburq"dan "Lids"ə keçib. Transfer məbləği 10 milyon funt sterlinq olan futbolçunun müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

26 yaşlı Mett Target "Aston Villa"dan "Nyukasl"a keçib. Transfer məbləği 15 milyon funt sterlinq olan futbolçunun müqaviləsinin müddəti 2025/26-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

30 yaşlı yarımmüdafiəçi Floren Molle "Monpelye"dən "Şalke 04"ə keçib. Transfer məbləği 500  min avro olan futbolçunun müqaviləsinin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

26 yaşlı Tobias Mor "Haydenhaym"dan "Şalke 04"ə keçib. Transfer məbləği 1 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

23 yaşlı hücumçu Ferran Jutqla "Barselona"dan "Brügge"yə keçib. Transfer məbləği 5 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

 



Xəbərin oxunma sayı : 1450




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap