Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

“Anamı gecə yatdığı yerdə baltalayıb” - Gəlin 9 gündür yoxa çıxıb

Tarix 05.08.24, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


Daşkəsəndə gəlini tərəfindən baltalanan və 9 gün sonra xəstəxanada ölən Tahirə Qurbanovaya qarşı cinayət hadisəsi gecə saatlarında, yatdığı vaxt törədilib.

AzFakt.com xəbər verir ki, bu barədə APA-ya mərhumun qızı Şəlalə Qurbanova danışıb.

Onun sözlərinə görə, hadisəni qardaşının həyat yoldaşı Səidə Həsənova törədib: “Mən bu barədə gecə saat 3-də eşitdim, zəng edib çağırdılar. Gəlin anamın başına zərbələr endirmişdi, qanın içində idi. Huşunu itirməmişdi, amma danışa bilmirdi, dili bağlanmışdı”.

Qadının dediyinə əsasən, anasını əvvəlcə Daşkəsən xəstəxanasına, oradan isə Gəncəyə aparıblar. Sonra Bakıya aparılan qadın 7 gün komada qaldıqdan sonra vəfat edib. Şəlalə Qurbanova bildirib ki, anası ilə gəlinləri arasında mübahisə olmayıb: “Qardaşım yoldaşına Rusiyadan zəng edib ki, mən səninlə dolanmaq istəmirəm, çıx get. Gəlin də razılaşıb şəxsi əşyalarını yığmışdı. Hər şey evin içində qalıb. Gecə qalxıb, evdə olan baltanı götürüb, anama zərbələr endirib. Səidə anamı gecə 3-4 arası yatdığı zaman vurub”.

Şəlalə Qurbanovanın sözlərinə görə, qardaşı Səidə Həsənova ilə 1 ilə yaxındır, qeyri-rəsmi ailəlidir.

Qeyd edək ki, qayınanasına balta ilə ağır xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini olan Səidə Həsənova elə həmin gündən hadisə yerindən qaçıb. Onun tutulması istiqamətinə axtarışlar davam edir.



Xəbərin oxunma sayı : 1288




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap