Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“Aparıcılar polisə, prokurora tapşırıqlar verirlər“ - Deputat

Tarix 07.11.24, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda məişət zorakılığı artıq, demək olar ki, qatı cinayətləri üstələyir. Cinsindən, yaşından, mövqeyindən asılı olmayaraq, məişət cinayətinin qarşısı alınmalıdır”.

AzFakt.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

“Bu gün bunun ən çox əziyyətini çəkən qadınlar, uşaqlar, qocalardır. Demək olar ki, tez-tez mediada görürük, oğul atanı öldürdü, qardaş bacını öldürdü və sairə. Mətbəxdə mübahisə düşür, əlinə alır baltanı, vurur təpəsinə. Bu zaman 102-yə zəng gedir. Digər tərəfdən uzunmüddətli psixoloji cinayətlər var. Amma informasiya kanallarında bu cinayatlərin qızışdırılmasına dair verilişlər gedir, nəinki bunun sakitləşdirilməsinə.

İnformasiya kanallarında aparıcılar polisə, prokurora tapşırıqlar verirlər. Hüquqi təhsili olmayan, üç qonşunun dediyinə əsasən, aparıcı elə danışır ki, növbəti cinayətə yol açır. Bundan başqa, o verilişdə oturan ekspertlər harada yetişib, harada formalaşıb? Bu, incəsənət oxuyub və o deməkdir ki, insanlara necə yaşamağı öyrətməlidir?!

Digər məsələ, seriallardır. Əvvəllər oğullarımız Koroğluya, Nəbiyə bənzəməyə çalışırdısa, indi seriallardakı kriminal obrazlara, qızlar da Həcərə, Nigara bənzəməyə çalışırdısa, indi müxtəlif obrazlara oxşamağa çalışırlar. Bu, mənəviyyat məsələsidir. Bu problemlərin qarşısı alınmalıdır”, - millət vəkili əlavə edib.



Xəbərin oxunma sayı : 652




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap