“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Artıq olanımızı da itirməyə başlamışıq“ - AFFA-nın sabiq vitse-prezidenti

Tarix 22.11.24, 19:04

Font ölçüsü : - / +
bitmap-img6


Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq.

Bunu "Report"a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov komandanın Millətlər Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

65 yaşlı mütəxəssis millinin C Liqasında qalmaq şansını Estoniya ilə matçda əldən verdiyini vurğulayıb: “Çox çətindir nəsə demək. Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq. Son vaxtların ən potensiallı yığmasını gördük və çox ümidlər bağlamışdıq. İnanırdıq ki, inkişaf edərək bizi sevindirməyə çalışacaqlar. Qəbələdə Estoniya ilə oyundan sonra C Liqasındakı yerimizi 90 faiz itirmişdik. Son oyunda təkcə nəticə deyil, komandanın çıxışı da bizi məyus etdi. Düşünürəm ki, Azərbaycan bu gün layiq olmadığı yerə yuvarlanıb”.

AFFA-nın sabiq vitse-prezidenti millinin İsveçə 0:5 hesablı məğlubiyyətini də xatırladıb: "İsveç yığmasının güclü olduğunu bilirdik, qrupun lideri idi. Baş məşqçiləri son açıqlamasında məqsədlərinin Millətlər Liqasında ən yaxşı nəticə əldə etmək olduğunu söylədi. Bizimlə oyunda tam güclərini qoyacaqları gözlənilən idi. İsveçə daha əvvəl 0:5 hesabı ilə məğlub olmuşduq. Həmin oyun ərəfəsində də rəqibi dağın başına qaldırmışdılar və bunu bilirdik. Kimsə kimdənsə üstün ola bilər. Ancaq bu o demək deyil ki, meydana ruhsuz çıxasan və mübarizəsiz tərk edəsən".

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda cari mövsüm Millətlər Liqasında yer aldığı C Liqasının I qrupunda cəmi 1 xal toplayaraq D Liqasına yuvarlanıb. Komanda son olaraq səfərdə İsveç millisinə 0:6 hesabı ilə uduzub.



Xəbərin oxunma sayı : 850




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap