![]() |
|














“Arvadım yad kişilərlə evimə kamera quraşdırıb...” - Gəncədə dəhşətli olay
Tarix 04.04.23, 23:26 |
|
.jpg)
Gəncə şəhərində 1994-cü il təvəllüdlü Ayaz qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülü (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ayaz rəsmi nikah münasibətində olduğu arvadı Könülün ona xəyanət etməsindən şübhələndiyi üçün uzunmüddətli mübahisələrə birdəfəlik son qoymaq, məhkəməyə boşanmaq iddiası ilə müraciət etməsi səbəbindən onu öldürmək qərarına gəlib.
Ayaz 5 fevral 2021-ci ildə səhər saatlarında münaqişələrdən sonra Könülə 26 bıçaq xəsarəti yetirib. Qadına vaxtında ixtisaslaşmış tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 29 və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Könüllə 2017-ci ildə öz istəyi ilə ailə qurub:
“Bir-birimizi sevmişik, evlənməyimizdə ailələrimizin təsiri və narazılığı olmayıb. Evləndikdən sonra atamın verdiyi evdə birlikdə yaşamağa başladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 22 oktyabr 2018-ci ildə Əzizə adlı qız övladları dünyaya gəlib:
“Evliliyimizin ilk vaxtlarında münasibətlərimiz mehriban olsa da, təxminən 2020-ci ilin əvvəllərindən aramızda soyuqluq yaranmağa başladı. Bunun səbəbi Könülün mənə xəyanət etməsi barədə yaranmış şübhələrim oldu. Həmin ərəfədə Könül “Instagram” sosial şəbəkəsində özünə “Könül prensessa” və “Könül” adlı profillər açdı.
Bundan xəbər tutanda nəyə görə məndən icazəsiz və xəbərsiz profil açmasının səbəbini soruşdum. Könül həmin profillərin özünə məxsus olmadığını, anası Sevilin Əzizənin şəkillərini paylaşmaqdan ötrü açdığını bildirdi, and içdi. Bundan sonra bu söhbəti bağladım. Bu mövzuda mübahisə etmədim”.
Ayaz deyib ki, yenə də özündə Könülə qarşı şübhə qalıb:
“Könülün mənə xəyanət etdiyini, “Instagram”da kiminləsə danışdığını fikirləşməyə başladım. Çünki Əzizənin şəkillərini paylaşmaqdan ötrü qayınanamın iki fərqli profil açması mənə inandırıcı gəlmədi.
Bir neçə gün sonra qayınanam bizə gələndə bu barədə soruşdum. Qızının sözlərini o da təsdiq etdi, hər iki profilin özünə məxsus olduğunu bildirdi. Lakin Könül barədə şübhələrim yarandığına görə aradabir onun telefonunu yoxlamağa, kimlərlə danışıb-yazışdığına baxmağa başladım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin martında Könülün telefonuna baxanda “qalereya” bölməsində “silinmiş şəkillər” qovluğunda “Instagram”dan çəkilmiş ekran şəkillərini, yəni “screenshot”ları görüb: “Həmin şəkillərə əsasən mənə məlum oldu ki, Könül “Instagram”da özünə məxsus profillərdən biri ilə “eliw 45-38” istifadəçi adlı profillə mesajlaşıb.
Ekran şəklini Könülə göstərdim və hesabat verməsini istədim. Könül əvvəlcə mesajlardan xəbəri olmadığını, sonradan isə həmin profili anasının açıb işlətdiyini, ola bilsin, mesajları anasının yazdığını, “eliw 45-38” istifadəçinin xalası qızı Elmira olduğunu dedi.
Bir sözlə, Könül mənə qeyri-səmimi cavablar verdi. Bu barədə qayınanamdan soruşdum. Qayınanam da qızı Könülün dediklərini təsdiqlədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Könüllə aralarında “Instagram” mübahisəsi bağlanıb:
“Amma içimdə şübhələr qalmaqda davam etdi. Konkret sübutum olmadığına görə Könüllə bu mövzu ətrafında heç bir mübahisə etmədim. Baş vermiş hadisədən təxminən bir ay əvvəl Könüllə xəyanətlə bağlı mübahisələrimiz yenidən təzələndi. Bir ay əvvələ qədər müddət ərzində Könüllə danışanda tez-tez qonşuluqda yaşayan Elmar adlı iki şəxs haqqında söhbətlər açdı, təriflədi. Bizimlə eyni blokda iki nəfər Elmar adlı şəxs var, biri 4-cü, digəri isə 8-ci mərtəbədə qalır.
4-cü mərtəbədəki Elmar evlidir, arvad-uşağı ilə yaşayır, 8-ci mərtəbədəki isə subaydır, ata-anası ilə yaşayır. Həmin şəxslərlə qonşu kimi sıx münasibətim yoxdur, bir-birimizi görəndə ayaqüstü salamlaşıb, hal-əhval tutmuşuq.
Könül Elmar adlı qonşularından çox danışanda əsəbiləşdim. Ona irad tutdum və bunun səbəbini soruşanda Könül xüsusi bir səbəbi olmadığını, eləcə qonşulardan söhbət açıldığına görə danışdığını, hər ikisinə qardaş gözü ilə baxdığını dedi”.
Ayaz bildirib ki, bundan sonra Könülün Elmar adlı şəxslərdən biri ilə münasibətdə olduğundan şübhələnib:
“Biri evli olub ailəsi ilə yaşadığına görə ən çox subay olan haqqında şübhələrim yarandı. Amma şübhələrimi təsdiq edən dəlillərim yox idi. “Instagram”dakı “eliw 45-38” istifadəçi adlı profilin də Elmarlardan birinə məxsus olduğunu fikirləşdim.
Hətta Könülün danışdığı şəxslə əlbir olub yaşadığımız mənzilə və atamgilin evinə kiçikölçülü müşahidə kameraları yerləşdirdiyini, bizim evimizi izlədiyini düşündüm. Çünki əsasən, gecələr Könülün başqa otaqda telefonla söhbət edərkən məni görməsinə işarə edən sözlər deyirdi.
Bir dəfə mən tez Könülün yanına getdim. Ondan kiminlə danışdığına baxmaq istədim. Könül heç kəslə danışmadığını, istifadə etdiyim narkotik vasitə və psixotrop maddələrin təsiri ilə qulağıma səslər gəldiyini mənə dedi. Bu səbəbdən ailədaxili soyuqluq getdikcə artmağa başladı. Biz tez-tez xırda mövzularla bağlı dalaşırdıq”.
Ayaz qeyd edib ki, baş vermiş hadisədən təxminən 10 gün əvvəl atasıgilə gedib:
“Könül isə qızımla qaldı. Mən Könüllə danışmadım, yanına getmədim. Onunla qızımın yemək-içməyini və ehtiyacları olan başqa şeyləri atam alıb aparırdı.
Fevralın 3-də təxminən günorta saat 12 radələrində Könül mənə zəng etdi və qızım Əzizənin başına pis hadisə gəldiyini dedi, məni evə çağırdı. Kiminlə qarşılaşacağımı bilmədiyim üçün özümü və ailəmi qorumaq üçün hər ehtimala qarşı evdən iki mətbəx bıçağı götürdüm.
Könülün yaşadığı mənzilin qapısını döydüm. Qapı açılanda Əzizə qabağıma gəldi. Azyaşlı qızımı görəndə bıçaqları cibimdən çıxarıb bloka atdım. Onu qucağıma alanda kövrələrək ağladım. Daha sonra Könüldən nə baş verdiyini, Əzizənin başına nə hadisəsi gəldiyini soruşdum. Könül heç nə baş vermədiyini dedi”.
Ayazın ifadəsinə görə, belə olan halda Könüldən nə üçün Əzizənin başına pis hadisə gəldiyini deyib və onu oraya çağırdığını soruşub:
“Könül məni ümumiyyətlə ora çağırmadığını, yenə də narkotiklərin təsiri altında qarabasma gördüyümü dedi. Bunun üçün əsəbiləşdim. Arvadıma “mənimlə məzələnirsən?” dedim və ona şillə ilə başından zərbə vurdum. Əzizəni də götürdüm və atamgilə getdim.
Atam uşağın azyaşlı olduğuna görə anasından ayrılmasının düzgün olmadığını dedi. Həmin gün axşam qızımı Könülün yanına apardım”.
Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Könüllə danışmayıb, onun yanına getməyib:
“Fevralın 5-də saat 11:30-da Könüllə söhbət etmək üçün yaşadığı ünvana yollandım. Məqsədim Könüllə xəyanət mövzusunu aydınlaşdırmaq idi. Evə gedərkən üzərimdə bıçaq və ya başqa alət aparmamışam. Könülə zərər yetirmək niyyətim olmayıb. Sadəcə, onunla söhbət etmək istəmişəm.
Könülün yaşadığı ünvana çatdım və mənzilin qapısını döydün. Qapını Könül açdı və mən içəri girdim. Əzizəni qucaqladım, Könülə dedim ki, niyə belə elədin? Könül mətbəxə keçdi və arxası mənə tərəf dayandı, ağlamağa başladı.
Mən Könülə həmin sualı verəndə xəyanətini nəzərdə tutmuşdum. Lakin Könül ağlayaraq “sən onsuz da...” cümləsini işlətdi. Mən onun cümlənin davamını gətirməsinə imkan vermədim. Sözünü yarımçıq qoydum. Çünki cümlənin əvvəlindən yenə məni günahlandıracağını, səhvini etiraf etməyəcəyini başa düşdüm. Əzizəni qucağımdan yerə qoydum. Bıçaqla Könülün qarın nahiyəsindən zərbə vurdum. Daha sonra zərbələri davam etdirdim. Sinə və qarın nahiyəsinə çoxsaylı zərbələr endirdim”.
Ayaz qeyd edib ki, məqsədi Könülün xəyanətinə görə ondan qisas almaq olub:
“Vurduğum zərbələrin təsirindən Könül yerə yıxıldı. Daha sonra birtəhər gücünü topladı və ayağa qalxdı. Mətbəxin pəncərəsini açdı, qışqıraraq başqa şəxsləri köməyə çağırdı.
Arxadan Könülün kürək nahiyəsinə sayını dəqiq xatırlamadığım bıçaq zərbələri vurdum. Koftasından tutaraq geri çəkdim, pəncərəni örtdüm. Fürsətdən istifadə edən Könül əlimdən çıxdı və qapıya tərəf qaçdı.
Zərbə vurarkən bıçağın tiyəsi əyildi. Tiyəsi əyilmiş bıçaq əlimdə Könülün arxasınca qaçdım. Onu vurmağa davam etmək niyyətində idim. Könülə arxadan zərbə endirib-endirmədiyimi dəqiq xatırlamıram.
Könül qışqıra-qışqıra qapıya tərəf qaçdı, bloka çıxdı və qonşuları çağırdı. Əlimdə tiyəsi əyilmiş bıçaqla bloka çıxdım. Könülü blokda üzü üstə yerə yıxılmış vəziyyətdə gördüm. Əlimdəki tiyəsi əyilmiş bıçağı bloka atdım. Üzü üstə yerdə uzanmış vəziyyətdə olan Könülün kürəyindən bir təpik zərbəsi vurdum”.
Ayaz bildirib ki, qışqırıq səsinə üzbəüz mənzildə yaşayan və bir mərtəbə yuxarıda qalan qonşular onların yanına gəliblər:
“Qonşular məni oradan uzaqlaşdırdıqları üçün liftə mindim və aşağı düşdüm. Könüllü Gəncə Şəhər Baş Polis İdarəsinə getdim, törətdiyim əməli etiraf etdim”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Könülün sözlərinə görə, evləndikdən bir müddət sonra ailədə əhəmiyyətsiz mövzularda mübahisələr baş verməyə başlayıb:
“Ayaz qarşılıqlı anlaşmağı bacarmayan, tez əsəbiləşərək özündən çıxan insandır, əsassız yerə məni hamıya qısqanırdı. Küçədə, marketdə tanımadığı kimsə mənə baxanda, qonşu, yaxud hansısa tanış mənimlə salamlaşdıqda aqressiv şəkildə bunun səbəbini soruşurdu. Verdiyim cavablara qane olmur, mənimlə mübahisə edirdi”.
Könül qeyd edib ki, Ayaz heç yerdə işləməyib, ailənin dolanışığını qayınatası təmin edib:
“Qayınatam ona taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobil də aldı. Lakin Ayaz həmin vaxt da evə pul gətirmir, qazandığı pulun heç avtomobilin yanacaq xərcini ödəmədiyini deyirdi. Çünki mütəmadi olaraq narkotik vasitələr və psixotrop maddələr qəbul edirdi. Buna görə həm pullarını zərərli vərdişlərinə xərcləyir, həm də narkotiklərin təsiri altında əsəbi, halsız olur, tez-tez hallüsinasiyalara qapılırdı.
O, reallıqda mövcud olmayan adamlar gördüyünü, səslər eşitdiyini deyirdi. Məsələn, evdə oturduğumuz vaxt qəfil başqa otaqdan yanıma gəlir, telefonla kiminlə danışdığımı soruşurdu. Halbuki həmin vaxt heç kəslə danışmamışdım. Yaxud atası bizdə olmadığı halda gah atasının ayaq üstə dayanaraq bizə baxdığını, gah evdəki uşaq arabasının içində oturduğunu söyləyirdi.
Mən evdə özümüzdən başqa heç kəsin olmadığını bildirəndə: “Bəs mən dəliyəm? Olmayan şeylər uydururam?” - deyib mənimlə dalaşır, hallüsinasiya gördüyünü qəbul etmirdi.
Bu səbəblərdən ailədə mütəmadi baş verən mübahisələr artdı və aramızda ciddi soyuqluq yarandı. Amma biz yenə də ayrılmayıb birlikdə yaşamışıq”.
Könül qeyd edib ki, Ayazın nevroloji durumu yerində deyilmiş:
“Narkotikin və psixotrop dərmanların təsiri altında son dərəcə aqressiv və gərgin olurdu. Gözünə tez-tez qarabasmalar görünür, öz düşüncəsində qurduğu əsassız qısqanclıq şübhələri ilə məni incidirdi.
Baş vermiş hadisədən bir neçə gün əvvəl Ayaz iki bıçaqla yaşadığım evə gəldi, daha sonra məni şiddətlə döyməsi səbəbindən ondan qorxdum. Artıq birlikdə yaşamağın mümkün olmayacağını dərk etdim və boşanmaq haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etdim.
Ayaz boşanma ərizəsi yazdığıma görə məndən qisas almaq üçün öldürmək istəyib. Çünki həmin gün evə daxil olduqdan sonra mənə “sən niyə belə elədin?” deyəndə boşanmaq üçün müraciət etdiyimi nəzərdə tutduğunu fikirləşdim.
Bundan başqa, hadisədən sonra xəstəxanada məni ziyarət edən qonşularının dediyinə görə, Ayaz həmin gün mənə çoxsaylı xəsarətlər yetirdikdən sonra qonşulara deyib ki, guya bu, məni məhkəmələrdə süründürmək istəyirdi, indi görsün, onun başına nə oyun açıram.
Ayaz yalan ifadə verib. Biz heç vaxt ayrılmamışıq, ayrı yaşamamışıq”.
Zərərçəkmiş qeyd edib ki, Ayazdan xəbərsiz və icazəsiz “Instagram” sosial şəbəkəsində özünə istifadəçi hesabı açmayıb:
“Anam orada profillər açaraq qızım Əzizənin şəkillərini paylaşırdı. Ayaz bundan xəbər tutdu və məndən soruşanda məsələni eyni cür izah etdim. Hətta anam özü də Ayaza bu barədə izahat verdi.
“Eliw 45-38” istifadəçi adlı profil isə anamın qohumu Elmira adlı şəxsə məxsus idi. Anam Elmira ilə ümumi hal-əhval tuturdu. Həmin profillərlə heç kəslə danışmamışam, Ayaza heç vaxt bu və ya digər formada xəyanət etməmişəm. Elmar adlı qonşularımız ilə də münasibətlərimiz, sadəcə, qonşu kimi normal olub. Həmin şəxslərlə aramızda qətiyyən heç nə baş verməyib”.
Zərərçəkmiş qeyd edib ki, Ayaz narkotik və psixotrop maddə istifadəçisi olub, hətta bir müddət narkoloji kabinetdə qeydiyyata düşmədən ev şəraitində narkomaniyadan müalicə də alıb:
“Dəfələrlə yaşadığı evdə narkotik dərmanları, həmçinin avtomobilində istifadə olunmuş şprislər görmüşəm. Ayaz tramadol atdığını qəbul etsə də, iynə vurduğunu etiraf etməyib. Maşındakı şprislərlə taksi fəaliyyəti göstərdiyi dövrdə tanıdığı bir müştərinin maşında özünə narkotik vasitə vurduğunu deyib. Mən isə nə üçün elə müştəriləri maşına mindirdiyini soruşanda Ayaz həmin müştərinin həmişə taksiyə minəndə çox pul verdiyini deyib. Buna inanmamışam.
Ayazın dedikləri yalandır, yaşadığımız evə videokamera yerləşdirilməsi söhbəti onun təxəyyülünün məhsuludur”.
Könül deyib ki, hadisədən əvvəl Ayazla aralarında baş vermiş münaqişələr zamanı onu döyməsi və başqa formada zorakılıq hərəkətləri göstərməsi barədə hüquq-mühafizə orqanlarına heç vaxt müraciət etməyib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ayaz 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 763
Kriminal
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV