Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycan ordusu Qarabağda tədricən irəliləyir“ - Ermənilər bu statusdan niyə qorxuya düşdü?

Tarix 03.05.21, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


“Xankəndi Azərbaycanın nəzarətinə kecəcək” cümləsi Qarabağ separatçılarını və Ermənistandakı siyasətçiləri qorxudub. Ermənilər iddia edirlər ki, 10 noyabr bəyanatında Xankəndinin Azərbaycana qaytarılmasıyla bağlı bənd yoxdur. Ona görə də guya Xankəndi rəsmi Bakının tabeçiliyinə verilə bilməz. Belə bir bənd bəyanatda yoxdursa, erməni separatçıları niyə narahat olublar?

AzFakt.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, erməni separatçılarının narahatlığı üçün əsaslar kifayət qədərdir:

"Birincisi, Azərbaycan qarşısında qoyduğu hədəfin böyük hissəsinə çatıb. Azərbaycan Ordusu işğal altındakı ərazilərin əhəmiyyətli hissəsini azad edib. Ancaq Azərbaycan hədəflərinə tam çatmalıdır. Misal üçün Prezident İlham Əliyev də qeyd edib ki, biz Xocalıya qayıdacağıq. Bu o deməkdir ki, Azərbaycan istənilən vasitə ilə Xocalını işğaldan azad etməyi qarşısına məqsəd qoyub. Bunu erməni separatçıları da anlayırlar. Azərbaycan hərbçiləri Xocalıya daxil olduqdan sonra Xankəndinin mühasirəsi daralacaq. Bunu da erməni separatçıları anlayırlar.

İkincisi, erməni informasiya saytları son zamanlar belə xəbərlər yayırlar ki, Azərbaycan Ordusunun bölmələri Qarabağın müxtəlif istiqamətlərində postlarını irəli çəkirlər. Yəni Azərbaycan Ordusu Qarabağda tədricən irəliləyir. Bu, Azərbaycanın haqqıdır. 10 noyabr bəyanatı o demək deyil ki, biz əldə etdiyimizlə kifayətlənməliyik, harda mümkündürsə, postlarımızı iləri çəkməliyik.

Qarabağdakı erməni separatçıları indiki şərtlər altında Azərbaycan Ordusunun irəliləməsinə mane ola bilməyəcək. Ona görə də erməni separatçıları yeganə həll yolunu Rusiyanın bu prosesin qarşısını almaqda görürlər. Erməni separatçıları istəyirlər ki, Azərbaycan Ordusunun yeni əraziləri nəzarət altına almasına Rusiyanın bölgədəki hərbçiləri mane olsunlar. Əlbəttə, rusiyalı hərbçilərin Qarabağda saylarının artması ilə bağlı şübhələr var. Halbuki 10 noyabr bəyanatına görə, rusiyalı hərbçilərin Qarabağdakı sayı 1960 nəfər olmalıdır. Ancaq, hətta sayın artıq olduğunu fərz etsək, rusiyalı hərbçilər Qarabağdakı təmas nöqtələrinin tamamına nəzarət edə bilmirlər. Erməni separatçılarını qorxudan amillərdən biri də budur".

Politoloqun sözünə görə, erməni separatçıları Rusiya hakimiyyətinin Azərbaycan və Türkiyə ilə tərəfdaşlığa zərər verməmək üçün Qarabağda rəsmi Bakının hansısa istəklərini yerinə yetirəcəyindən narahatdır:

“Rusiya və Türkiyə rəsmilərinin tez-tez görüşmələri və fikir mübadilələri aparması də erməni separatçılarını narahat edir. Bakı ilə Ankara Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu ay Şuşaya səfərinə ciddi hazırlaşır. Bu hazırlıqların arxasında Azərbaycan - Türkiyə ittifaqının Qarabağda da möhkəmləndirilməsi dayanır. Bu prosesə Moskva mane ola bilməyəcək. Misal üçün Kremlin əlində Türkiyənin Şuşada konsulluq açmasına və ya Türkiyənin Şuşada hərbi qarnizon yerləşdirməsinə qarşı alətləri yoxdur.

İrəvan Ərdoğanın Şuşaya gəlişinə baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın Laçın dəhlizi üzərindən Xankəndiyə gəlişi ilə cavab verə bilər. Ancaq Paşinyan anlamalıdır ki, seçki öncəsi Xankəndiyə gələrsə, Qarabağ erməniləri keçmiş dövrlərdən fərqli olaraq, onu bu dəfə gül-çiçəklə qarşılamayacaqlar. Paşinyanın Xankəndiyə gəlişini Moskva da istəməz. Çünki bu hal həm Qarabağda, həm də azərbaycanlılarla ermənilərin arasında dayanan rusiyalı hərbçilərin problemlərini artırar. Onsuz da Azərbaycanda ən çox səslənən tələblərdən biri budur ki, Laçın dəhlizi nəzarət altına alınmalıdır.

Moskvada onu da anlayırlar ki, Qarabağda separatizmin yox edilməsinin əngəllənməsi Azərbaycan və Türkiyə ilə indiki tərəfdaşlıq münasibətlərini poza bilər".

Qeyd edək ki, ictimai fəal Əhməd Şahidovun sosial şəbəkə hesabında “iyunda Xankəndi Bakının tam nəzarətində olacaq – istər güc, istərsə sülh yolu ilə” sözləri Ermənistanda panikaya səbəb olub. Ə.Şahidovun sözlərinə görə, 10 noyabr bəyanatında aydın şəkildə yazılıb ki, Xankəndi və digər şəhərlər tədricən Azərbaycan Ordusunun nəzarətinə keçəcək.



Xəbərin oxunma sayı : 1399




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap