“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Azərkosmos”un xidmətlərindən ən çox bu ölkələr istifadə edir - Siyahı

Tarix 01.12.24, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 50 ölkəsinə 15,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlirlər 4,3% azalıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 46 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,9 milyon dollar ilə Birləşmiş Krallıq, 3,2 milyon dollar ilə Lüksemburq, 781,4 min dollar ilə BƏƏ, 560 min dollar ilə Pakistan, 547,2 min dollar ilə Türkiyə qərarlaşıb.
Ötən ilin yanvar-oktyabr aylarında ilk 5-likdə olan Almaniya və Nigeriyanı Pakistan və Türkiyə əvzələyib. Belə ki, ötən ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 872,9 min dollar ilə Almaniya və 622 min dollar ilə Nigeriya da yer alıb.



Xəbərin oxunma sayı : 724




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap