“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Bu il 40 min hektar ərazi minadan təmizlənəcək“ - Hökümət

Tarix 28.01.22, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


"Nazirlər Kabinetinin təsdiq etdiyi minatəmizləmə planına uyğun olaraq bu il 40 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulur".

Bunu jurnalistlərə Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov bildirib.

Hökümət rəsmisi qeyd edib ki, ötən ilə nisbətən bu il 2 dəfə artıq ərazilərdə mina təmizlənməsi işləri həyata keçiriləcək: "Minatəmizləmə işlərinin belə sürətlə aparılmasında əsas məqsəd İşğaldan azad olunmuş ərazilərdə əlverişli şəraitin yaradılması, sahələrin iqtisadi dövriyyəyə buraxılması, turizm sahəsi və dağ mədən sənayesinin inkişaf etdirilməsidir. Bundan başqa yaşayış məntəqələrinin bərpası və yenidən qurulması da nəzərdə tutulur".

R.Məmmədovun sözlərinə görə, Ağdam rayonu partlamamış hərbi silah-sursatlardan daha çox çirkləndiyi üçün minatəmizləmə işlərində yeni yeni sistemin tətbiqinə başlanılıb: "Bu ərazilər digər yerlərdən daha çox çirkləndiyi üçün süni intellekt əsasında çalışan, havadan mina sahələrinin tədqiqatı sisteminin tətbiqinə başlamışıq. Azərbaycan dünyada bu tətbiqdən istifadə edən ilk ölkələrdən biridir. Bu sistemlə minaların yerini dəqiq müəyyən etmək olur".

Aparat rəhbəri əlavə edib ki, bu il görülən işlər çərçivəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən qurumların maddi-texniki bazasının gücləndirilməsi də təmin olunacaq.



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap