Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Durovun Bakıda olduğunu bilmirdim” - Putin ilk dəfə danışdı

Tarix 05.09.24, 12:58

Font ölçüsü : - / +
bitmap-img6


“Bakıda teleqramın təsisçisi Pavel Durovla görüş keçirməmişəm”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hətta Durovun Bakıda olmasından xəbərsiz olub.

Rusiya lideri qeyd edib ki, sahibkarla illər əvvəl cəmi bir dəfə Moskvada görüşüb və Durov bu görüş zamanı biznesinin inkişafı barədə planlarından bəhs edib.

O, həmçinin əlavə edib ki, digər ölkələrin rəhbərliyindən fərqli olaraq, Rusiyanın Pavel Durova hər hansı iradı olmayıb. 

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

“O, 5 milyon avro məbləğində girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və ona Fransa ərazisini tərk etmək qadağan edilib”, - prokurorluğun açıqlamasında bildirilir.





Xəbərin oxunma sayı : 991




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap