“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Emerald“da oğurluq: Otelə qadın çağırdı, telefonu aparıldı

Tarix 10.04.25, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda "Emerald" adlı oteldə müştərinin telefonunu oğurlayan qadına hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, "Emerald" otelinin 405 nömrəli otağından müştərinin "iPhone 15 pro" markalı mobil telefonunu oğurlayan 1989-cu il təvəllüdlü A.G. saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, zərərçəkmiş Orxan "Emerald"ın 405 nömrəli otağını bron etikdən sonra sosial şəbəkə vasitəsi ilə tanış olduğu təqsirləndirilən qadını otelə dəvət edib. A.G. Orxanın dediyi otağa qalxdıqdan sonra birlikdə yemək yeyiblər. Orxan otaqda olan hamama girdikdən sonra təqsirləndirilən şəxs zərərçəkmişə rəfiqəsinin gəldiyini və otelin qarşısına enib qayıdacağını bildirib. Gedərkən isə stolun üzərində olan "iPhone 15 pro" markalı mobil telefonu götürüb və oteldən çıxraq uzaqlaşıb. 

Daha sonra təqsirləndirilən qadın "28 may" metrosu yaxınlığında yerləşən "İnfinix" telefon mağazasına gedib və şəxsiyyət vəsiqəsini təqdim edərək oğurladığı "iPhone 15 pro" markalı mobil telefonu 1400 manata satıb və pulu şəxsi ehtiyacları üçün xərcləyib.

Məhkəmənin qərarı ilə 16 gün həbsdə saxlanılması nəzərə alınmaqla, A.G.-ya 5 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 496




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap