“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Maksimal nəticə sürpriz oldu - 300 bal toplayan şagirdlər

Tarix 10.04.25, 20:04

Font ölçüsü : - / +
bitmap-img6


Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Modern.az maksimal nəticə göstərən aşagirdlər Mədinə İsmayılzadə və Ömər Rəsulovun təəssüratını öyrənib.

M.İsmayılzadə bildirib ki, çox çalışdığı üçün yüksək nəticə əldə edəcəyini gözləyirdi, amma maksimal nəticə onun üçün də sürpriz olub:
Ətraflı

"Təhsilimi gələcəkdə xaricdə tibb ixtisası üzrə davam etdirmək istəyirəm. İmtahanda hamı kimi mən də açıq suallardan qorxurdum. Ancaq mənə görə açıq suallar səviyyəli idi, hamısını cavablandırdım. Əgər məqsədə çatmaq üçün çalışırsınızsa, nəticə hər zaman olur. Abituriyentlər özlərinə güvənməlidirlər. Əgər çalışırlarsa, uğur da qazanacaqlar”. 

Ömər Rəsulov qeyd edib ki, xəbəri qürur hissi ilə qarşılayıb:
 
"Əziyyət çəkən hər kəs bəhrəsini görər. İmtahana qədər bütün fənlərdən yaxşı hazırlaşmışdım. Bir az ingilis dilindən çəkinirdim. İmtahana girəndə çətinlik çəkəcəyimi düşünmürdüm. İkinci mərhələdə inşallah 700 bal toplamağı planlaşdırıram. Mənim üçün əsas mərhələ birinci idi, ikinci mərhələyə daha yaxşı hazırlaşacağımı bilirəm. Gələcəkdə təhsilimi informasiya təhlükəsizliyi üzrə ADA Universitetində, yaxud BANM-da davam etdirmək istəyirəm. Abituriyentlərə demək istəyirəm ki, çox oxumaq yox, keyfiyyətli oxumaq əsasdır. Fikriniz dərsdə olmalıdır, çox çalışmalısınız. Əlavə şeylərlə çox çalışmaq yaxşı deyil, amma ətrafdan da məlumatlı olmalısınız”.



Xəbərin oxunma sayı : 637




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap